Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2013
12:42
Məcburi köçkünlərin köçü başladı
Məcburi köçkünlərin BDU-nun yataqxanalarından köçürülməsinə başlanılıb

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesi başlanılıb. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Köçürülmə prosesinə dünəndən start verilib. BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfər hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürüləcək.

BDU-nun yataqxanalarının köçürülməsinin dəqiq nə zaman başa çatacağı hələlik məlum deyil. BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarının köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
237

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
319

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
584
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 05:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru