Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2013
10:25
Bakıda məcburi köçkünlər yolu bağlayıblar - Foto
Onların nə səbəbə aksiya keçirdikləri hələ ki, bilinmir

Məcburi köçkünlərin aksiya keçirmələrinin səbəbi məlum olub. Bu barədə aksiya keçirən məcburi köçkünlər məlumat veriblər. Onların sözlərinə görə, məcburi köçkünlərin bir çoxlarının məişət problemləri hələ də həllini tapmayıb. Qaçqınlar onların sözlərini eşidən, onları qəbul edib, dinləyən şəxsin olmamasından şikayətləniblər.

“Sadəcə biz yığılıb yolu bağladıqdan sonar bizi qəbul edib, problemlərimizlə maraqlanmağa razılıq verdilər”, - deyə aksiya iştirakçıları bildirib.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov açıqlamasında bildirdi ki, həmişə məcburi köçkünlərin problemləri ilə maraqlanıblar.

“Sadəcə onlar bir az səbirsizlik etdilər. Qəbul günlərini gözləmək istəmədilər. Onların tələbi məişət problemləri, bəzilərinin işsiz olmasıdır. Axı hansısa problemi birdəfəlik həll etmək mümkün deyil. Hazırda məcburi köçkünlərlə danışdıq. Onlar yolu açdılar. Mən özüm şəxsən və komitə sədrinin müavini və digər əməkdaşalrımız onları qəbul etmişik. Hazırda qaçqınların problemləri dinlənilir”, - deyə Telman Məmmədov bildirib.

***

Bakının Yasamal rayonu ərazisində məcburi köçkünlər etiraz aksiyası keçirir. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən verilən məlumata görə, Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısındakı yolu bağlayıblar. Hazırda ərazidə polis qüvvələri yolu açmağa çalışırlar.

Hələlik məcburi köçkünlərin yolu nə səbəbə kəsməsi məlum deyil./anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
221

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
304

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 04:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru