Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2013
15:42
Nazirlər Kabineti məcburi köçkünlər barədə qərar qəbul edib

FaktXəbər-in Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Nazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar verib.

Qərara əsasən, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, qərarın həmin hissəsində Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2013-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etməsi göstərilib.

Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılıb ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər.

Qərarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
196

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
274

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
574
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 03:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru