Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2013
15:40
Məcburi köçkünlərə şad xəbər
Bu il qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə salınacaq

2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq. Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, bu il görüləcək işlər üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

"Gəncə şəhərində artıq tikintisinə başlanılan 1500 mənzildən ibarət 25 beşmərtəbəli binadan ibarət şəhərcik, Bərdədə əvvəllər çadır şəhərciyi salınan yerdə 866 mənzildən ibarət 15 beşmərtəbəli bina tikilir", - Həsənov deyib və qeyd edib ki, həmçinin Abşeronda, İmişlidə, Qaradağda, İsmayıllı, Balakən və Qəbələ də belə binalar tikiləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
495

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
595

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-06-2021 04:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru