Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2012
12:2o
Bakıda məcburi köçkünlərin məskunlaşdığı zavod yandı
Hadisə 2 saylı Dəzgahqayıtma Zavodunun ərazisində baş verib

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı zavodun ərazisində yanğın baş verib. Yanğın Füzuli rayonundan məcburi köçkün olan Eloğlu Məhəmmədəli oğlu Qurbanovun ailəsinin məskunlaşdığı ümumi sahəsi 35 kv. metr olan tikilinin mətbəx hissəsində baş verib.
Hadisə Binəqədi yolu 100 ünvanındakı 2 saylı Dəzgahqayıtma Zavodunun ərazisində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmasa da, mənzildə olan əşyalar külə dönüb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır. anspress

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
237

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
319

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
584
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 05:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru