Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2012
10:13
Məcburi köçkünlər Bakıdan çıxarılır
Onlar üçün Müşfiqabad qəsəbəsində şəhərcik salınıb

"Noyabrın sonlarından Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Həmin universitetin yataqxanalarında yaşayan 7 minə yaxın məcburi köçkün Qaradağ rayonunun Müşfiqabaq qəsəbəsində inşa edilmiş şəhərciyə köçürüləcək." Bu barədə Bakı Dövlət Unuversitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq məcburi köçkünlər üçün sözügedən ərazidə tam şəraitli mənzillər hazırlanıb.

BDU-nun yataqxanaları boşaldıqdan sonra söküntü işləri başlayacaq: "Biz belə bir qərara gəlmişik ki, bu yataqxanalar 50 ildən artıq istismarda olduğundan, son illərdə isə məcburi köçkünlərin həmin yataqxanalarda yerləşməsindən sonra binalar yararsız hala düşüb. Odur ki, biz yeni bir layihə hazırlamışıq və həmin layihəyə əsasən, Bakı Dövlət Universitetinin həyətində yüksək mərtəbəli tələbə şəhərciyi salınacaq. Bunun üçün Maliyyə Nazirliyinə də müraciət olunub ki, vəsait ayrılsın. Həmin şəhərciklər 5 min nəfər tələbə üçün nəzərdə tutulub. İlin sonuna kimi biz həmin maliyyəni nazirlikdən alaraq, nəzərdə tutulan planın həyata keçirilməsinə başlayacağıq. Yeni salınacaq tələbə şəhərciyi Avropa standartlarına uyğun olacaq".
   
Xatırladaq ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 16-sı 80, dördü isə 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilib. Məhəllədə 1296 şagird yerlik məktəb, 140 nəfərlik uşaq bağçası, kitabxana, klub, təcili tibbi yardım stansiyası, yanğın deposu, poçt binası da tikilib. Məhəllə qaz, su, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
237

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
304

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 05:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru