Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2011
11:53
MAHMUD ABBAS HƏMASA MÜRACİƏT ETDİ
Fələstin muxtariyyatının lideri Mahmud Abbas, Həmas təşkilatına müraciət edib: "Prezident, parlament və Fələstin milli şurası ilə bağlı keçiriləcək seçkiləri eyni vaxtda həyata keçirək"

FaktXeber.com-un verdiyi məlumata görə, Mahmud Abbas Kiprin Yunan seqmenti üzrə rəhbəri Dimitris Xristofyası Ramallah şəhərində qəbul edib. Görüşdən sonra mətbuat konfransı keçirən liderlər, jurnalistlərin suallarını cavablandırıb. Mətbuat konfarnsı ilə paralel olaraq Fələstin küçələrinə çıxan minlərlə nümayişçi isə "Ölkədə bölünməyə son verilsin" şuarları səsləndib. Konfrans zamanı nümayişlərə münasibət bildirən Mahmud Abbas, bölünmənin qarşısının yalnız seçki keçirməklə alına biləcəyini bildirib.

Qeyd edək ki, Mahmud Abbas konfrans zamanı həmçinin söyləyib ki: "Qəzzada və İordan çayının qərb sahilində nümayişçilər tərəfindən səsləndirilən şüarları dəstəkləyirik. Fələstinin birləşməsi üçün keçirilən bütün nümayişlərin tərəfdarıyıq. Həmas qəbul etsə  prezident, parlament və fələstin milli şurasına aid olan seçkilərini bir yerdə və bir gündə keçirmək istəyirik".

Nəzərinizə çatdıraq ki, İsrailin hazırda Şərqi Qüds və Fələstin torpaqlarında qeyri-qanuni fəaliyyətinə görə çıxılmaz vəziyyət düşdüyünü deyən Mahmud Abbas, Orta şərq ölkələrinə və İsrailə müstəmləkəçilik etməkdə yardımçı olan dövlətlərə xəbərdarlıq edib: "Artıq Müstəqil Fələstin dövlətinin BMT-yə üzv olmasının vaxtı çatıb. Fələsinlilər öz müstəqil ölkəsi üçün əllərindən gələn hər şeyi ediblər".

Xatırladaq ki, həmkarından sonra jurnalistlərə müsahibə verən Kiprin Yunan Seqmentinin lideri Xristofyas bundan sonra Fələstinlə əlaqələrini daha da inkişaf etdirəcəklərini və tezliklə ölkələrində Fələstin səfirliyini açacaqlarını bildirib.

Məlumat üçün bildirək ki, Həmas Fələstində keçirilən bundan əvvəlki seçkilərdə qalib gələrək baş nazir postuna yiyələnib. Lakin o vaxt Mahmud Abbas baş nazir İsmayıl Haniyyənin hakimiyyətini qəbul etməyib və Fələsində iki hakimiyyətçilik yaranıb.

Samir Əliyev

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
233

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
13:43
İQTİSADİYYAT
261

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
295

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
271

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 19:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru