Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2011
11:17
Xırdalan tunelində qəza olub, xəsarət alanlar var
Hadisə bu gecə baş verib

Bookmark and Share

Bu gecə Bakı-Quba yolunun 11-ci kilometrliyində iki nəfərin xəsarət almasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzası Xırdalan dairəsi yaxınlığında, “VAZ-2106” markalı avtomobil tunelə daxil olarkən baş verib. “Jiquli” sürətlə hərəkət edərək tunelə daxil olan zaman bordyura çırpılıb. Daha sonra avtomobil bir neçə metrə sürüşərək digər avtomobillərə dəymədən dayana bilib.

Avtomobilin sürücüsü canını yüngül xəsarətlərlə qurtara bilsə də, maşında olan iki nəfər sərnişinin aldığı xəsarətlər nisbətən ağır olub. Bu səbəbdən də Sumqayıt şəhər sakinləri olan sərnişinlər, 42 yaşlı Rəşid Abbasovla 40 yaşlı Mübariz Əliyev 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstələrdən Rəşidə ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb. Mübarizin bədənində isə sınıqlar aşkarlandığından o, müalicəsini xəstəxanada davam etdirməli olub.

Hadisənin baş verdiyi ünvana Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
420

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
432

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
563

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
610
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru