Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2021
09:58
`Sabah` – `Neftçi` oyununda mövsümün rekordu vurulub

Azərbaycan Premyer Liqasında vərəqə sayında mövsümün rekordu qeydə alınıb.

Apasport-un məlumatına görə, XXIV turun “Sabah” – “Neftçi” görüşündə ümumilikdə 22 vərəqə göstərilib.

Bu rekorda qarşılaşmanın hakimi Vüqar Həsənli imza atıb. O, dörd qırmızı və 18 sarı vərəqədən istifadə edib. Xəbərdarlıqlardan altısı sonradan qırmızıya çevrilib.

Həsənli meydan sahiblərini daha çox cəzalandırıb. “Sabah”ın üç futbolçusu ikinci sarı vərəqə üzündən qırmızı vərəqə alıbsa, daha üç oyunçusu da xəbərdarlığa layiq görülüb. Komandanın məşqçisi bir sarı və bir qırmızı vərəqə ilə də cəzalanıb.

“Neftçi”nin üzvləri isə 8 dəfə xəbərdarlıq görüb. Bakılıların 7 üzvü və baş məşqçisi cəzalanıb.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
112

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
170

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
490

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
398
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 14:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru