Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2021
11:57
`Ərbəin` ziyarətinə quru yolu ilə getmək istəyənlərin nəzərinə

Bu il dünyanın müxtəlif şəhərlərində, o cümlədən Kərbəlada "Ərbəin" mərasiminin vaxtı 27 və 28 sentyabr günlərinə təsadüf edəcək. Bu günlərə qədər isə bu mərasimin əsasını təşkil edən “Nəcəf-Kərbəla yürüşü” baş tutacaq. Əvvəlki illərdən fərqli olaraq pandemiya səbəbindən bu mərasimə xarici ölkələrdən nisbətən az zəvvar qatılacaq. Bizim ölkəmizdən də hər il olduğu kimi bu il də zəvvar qrupları az sayda olsa belə bu mərasimə qoşulacaq.

Hər il 10 minlərlə azərbaycanlını quru sərhədlərlə qəbul edən İraq dövləti bu il isə məhdud sayda yalnız hava limanından qəbul edəcəyini açıqlayıb. Lakin, İraq dövlətinin daima dəyişkən qərarlarını tanıyan vətəndaşlarımız hələ də quru sərhədlə bu ziyarətə getmək ümidlərini itirməyib.

“Salamtour” şirkətinin rəhbəri Nurlan Dadaşov bildirib ki, şirkət bu il quru yolla zəvvar aparmasa da digər şirkətlər bu yolla zəvvar aparmağı planlaşdırır. Quru yolla zəvvar aparmaq istəyən şirkətlər isə 2 yerə ayrılıb.

1. Tranzit ölkə kimi İrandan keçib getmək istəyən.

2. Tranzit ölkə kimi Türkiyədən (Naxçıvan) keçib getmək istəyən.

O, qeyd edib ki, İraq dövlətinin indiki qanunlarına görə hər iki sərhəd bağlıdır. Amma açılma şansı az olsa belə şəxsən 2-ci yolu 1-ci yola nisbətən daha şanslı hesab edirəm. Ümumiyyətlə pandemiya dövründə İraqa tez-tez səfər edən biri kimi həm şirkət rəhbərlərinə, qrup liderlərinə, həm də zəvvarlara bu məsələdə daha diqqətli olmağa çağırıram. Ancaq qanun imkan verərsə səfərə çıxmaq məsləhətdir. Digər hallarda nəticə yaxşı olmaz.

Şirkət rəhbəri daha sonra bildirib ki, Allahdan ən böyük istəyimiz budur ki, tezliklə bu xəstəlik bəlası yer üzündən çəkilsin və arzusunda olanlar bu il və gələn illərdə bu ziyarətə rahatlıqla yenə gedə bilsinlər.

Məqalədə : "Ərbəin" ziyarəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
337

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
309

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
286

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
310

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
282

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
402

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
411

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
409

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
467
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 18:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru