Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
10:07
311
Zərif: İran vursaydı, `Aramko` təmirə yaramazdı

Birləşmiş Millətlər Təşkilatının 74-cü Baş Assambleyası üçün ABŞ-da olan İranın xarici işlər naziri Cavad Zərif, ABŞ mətbuatına açıqlamalar verib.

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid neft obyektlərinə hücumdan danışan Zərif ABŞ-ın bu məsələdə İrana qarşı ittihamının anlaşılmaz və əsassız olduğunu söyləyib. Vaşinqtonun yeganə hədəfinin hücumlar bəhanəsi ilə bölgədəki hərbi varlığını artırmaq olduğunu iddia edən Zərif, "İran bu hücumların arxasında olsaydı, Səudiyyə Ərəbistanının neft obyektlərində təmir üçün heç bir şey qalmazdı" deyib.

ABŞ ilə mümkün müzakirə mövzusuna toxunan Zərif Vaşinqton hazır olacağı vaxt İranın hazır olacağını bəyan edib. Digər tərəfdən, o, sanksiyaların ləğv edilməsinin dialoqa yönəlmiş konkret bir addım olduğunu söyləyib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyənin "Aramco" neft şirkətinə dronlarla hücum etmişdi. Həmin vaxt hücumda məsuliyyəti "Ənsarullah" hərəkatı götürsə də, Tramp bunu arxasında İranın olduğunu bildirmişdi. Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr də son açıqlamasında hücumun arxasında İranın adının qoyulduğuna inandıqlarını və Aramco istintaqının yaxın zamanda başa çatacağını söyləmişdi.

Məqalədə : Zərif Aramko Aramco 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
834

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
41

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
66

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 02:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru