Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2021
10:30
Zərif: İrana qarşı sanksiyaların ləğvi ABŞ-ın qanuni borcudur

"İrana tətbiq olunan sanksiyaların ləğvi ABŞ-ın mənəvi və qanuni vəzifəsidir".

Fars News agentliyinin verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ dövlət katibi Entoni Blinkenin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı yeni açıqlamasına Tvitter hesabında yazıb. 

"Trampın dövründə tətbiq olunan sanksiyaların ləğvi danışıqlarda təzyiq rıçaqı deyil, qanuni borcdur. Sanksiyalar Tramp üçün xeyri olmadığı kimi, mövcud ABŞ hakimiyyəti üçün də işləməyəcək",  - Zərif yazıb.

Qeyd edək ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planı  (JCPOA) üzərindəki öhdəliklərinə yalnız ABŞ-ın İrana qarşı bütün sanksiyaları ləğv etdikdən və sanksiyaların bu ləğvinin İran tərəfindən təsdiqlənməsindən sonra qayıdacağını vurğuladı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
312

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
305

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 05:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru