Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
11:33
292
Özəl reabilitasiya subyektləri üçün standartlar və tələblər müəyyənləşib

Nazirlər Kabineti “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”ın təsdiq edilməsi barədə” qərar verib.

Bu Standartlar özəl və bələdiyyə reabilitasiya subyektləri tərəfindən əlilliyi olan şəxslərin reabilitasiyasını özündə ehtiva etməklə, reabilitasiya tədbirlərinin əsas növlərini və qısa məzmununu müəyyən edir.

Əlilliyi olan şəxslərin reabilitasiyası əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial, iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası tədbirləridir. Özəl və bələdiyyə reabilitasiya subyektləri özəl və bələdiyyə mülkiyyətində olan və bu standartlarda göstərilən tədbirlər sisteminin bir və ya bir neçəsinin həyata keçirilməsini təmin edən reabilitasiya müəssisələridir.

Əlilliyi olan şəxslərin reabilitasiyası erkən müalicə müddətindən başlanılmalıdır. Əlilliyi olan şəxslərin reabilitasiyasının həyata keçirilməsi minimal vaxtda maksimal effektin əldə edilməsinə yönəldilməlidir. Əlilliyi olan şəxslərin reabilitasiyası üzrə tədbirlər kompleks şəkildə, müxtəlif profilli mütəxəssislərin iştirakı ilə bu standartlarda qeyd olunan mərhələlərlə aparılmalıdır. Əlilliyi olan şəxslərin reabilitasiyası ardıcıl və davamlı olaraq həyata keçirilməli, əlilliyi olan şəxsin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasına hədəflənməlidir. Həyata keçirilən reabilitasiya ilə bağlı tədbirlər sistemi aşağıdakı mərhələləri özündə əks etdirir:

- əlilliyi olan şəxsin müayinəsi;

- ilkin qiymətləndirmənin aparılması;

- reabilitasiya potensialının və proqnozunun müəyyən edilməsi;

- fərdi reabilitasiya proqramının hazırlanması;

- reabilitasiyanın aparılması;

- reabilitasiyanın gedişatına nəzarət edilməsi;

- reabilitasiyanın nəticəsinin qiymətləndirilməsi.

Əlilliyi olan şəxslərin reabilitasiyası təyinatından asılı olaraq aşağıdakı növlərə bölünür:

- tibbi reabilitasiya;

- peşə-əmək reabilitasiyası;

- sosial bacarıqların inkişafı;

- psixoloji-pedaqoji reabilitasiya.

Tibbi reabilitasiya orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemidir. Əlilliyi olan şəxslərin tibbi reabilitasiyası aşağıdakı tədbirlərdən ibarətdir:

- bərpa müalicəsi;

- rekonstruktiv cərrahiyyə;

- protezləşmə;

- ortezləşmə;

- sanatoriya-kurort müalicəsi;

- psixoterapiya;

- loqopediya;

- əlilliyi olan şəxslərin dərman preparatları ilə təmin edilməsi;

- əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması;

- tibbi reabilitasiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi.

Əlilliyi olan şəxslər üçün nəzərdə tutulan peşə-əmək reabilitasiyası əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir. Peşə-əmək reabilitasiyasının əsas məqsədi əlilliyi olan şəxsin məşğulluğunun təmin edilməsindən və onun əmək bazarına inteqrasiyasından ibarətdir. Peşə-əmək reabilitasiyası aşağıdakı tədbirlərdən ibarətdir:

- peşə yönümü;

- peşə təhsili və təlimi, ixtisas artırılması;

- məşğulluğun təmin edilməsi;

- iş yerinin və iş şəraitinin ağlabatan uyğunlaşdırılması;

- əlilliyi olan şəxsin iş şəraitinə adaptasiyası.

Sosial bacarıqların inkişafı üzrə tədbirlər sisteminə əlilliyi olan şəxslər tərəfindən sosial vərdişlərin mənimsənilməsi, onlara digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılması tədbirləri daxildir. Sosial bacarıqların inkişafı tədbirlərinin əsas məqsədi əlilliyi olan şəxsə cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılmasını və sosial vərdişlərin mənimsənilməsini təmin etməkdən ibarətdir. Sosial bacarıqların inkişafı üzrə tədbirlər sistemi aşağıdakı sahələri əhatə edir:

- sosial mühit;

- sosial-pedaqoji;

- sosial-psixoloji;

- sosial-mədəni;

- sosial idman;

- sosial-məişət;

- sosial məlumat;

- sosial-texniki;

- sosial hüquq.

Psixoloji-pedaqoji reabilitasiya əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemidir. Psixoloji-pedaqoji reabilitasiya aşağıdakı tədbirlərdən ibarətdir:

- şəxsin digərləri ilə bərabər təhsil almaq imkanlarının artırılması;

- psixo-pedaqoji korreksiya;

- fərdi təhsil proqramları üzrə məşğələlər.

Özəl və bələdiyyə reabilitasiya subyektləri reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və kommunal şəraiti olan binada yerləşdirilməlidir. Özəl və bələdiyyə reabilitasiya subyektlərində çalışan mütəxəssislər çalışdıqları sahə üzrə ali, peşə və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.

Özəl və bələdiyyə reabilitasiya subyektləri öz fəaliyyətlərində Konstitusiya, qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları, həmçinin bu Standartları rəhbər tuturlar.

Məqalədə : Nazirlər Kabineti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
20

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
44

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
63

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
53

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
229

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 14:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru