Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2021
13:40
Zakir Həsənov: `Azərbaycan Türkiyə ilə hərbi və hərbi-texniki əməkdaşlığını genişləndirir`

"Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulub".

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonaqlara məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Məqalədə : Zakir Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
180

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 04:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru