Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
14:45
Yuyulan və əksinə yuyulması qadağan olan ərzaqlar

Mütəxəssislər yuyulması tövsiyə olunmayan və əksinə - yeməzdən əvvəl su ilə təmizlənməli olan ərzaqların siyahısını dərc edib. FaktXeber.com-un verdiyi məlumata görə, məlumatı Rusiyanın  “Roskachestvo” qurumu yayıb.

Mütəxəssislər toyuq ətini yumamağı tövsiyə edir, çünki bu zaman bakteriyalar nəinki ölmür, əksinə mətbəx və qablar vasitəsilə yayılır. Onların fikrincə, quş ətinin tərkibindəki zərərli bakteriyalar yalnız uzunmüddətli termik proseslə məhv edilə bilər, bu zaman məhsulun daxili temperaturu ən az 74 dərəcə Selsi olmalıdır.

Su ilə təmizlənməməli olan məhsullar siyahısında yumurta və göbələk də var.

Yumurta qabığı gözənəkli bir quruluşa malikdir, həm də onların üzərində mikrobun qarşısını kəsən nazik pərdə var. Yumurtaları yuyanda o, çıxa bilər və bu halda bakteriya qabığa nüfuz edəcək.

Mağazalarda satılan göbələkləri ləzzətini və ətirini korlamamaq üçün nəm material ilə silmək yaxşıdır. Çox çirkli yerləri isə səliqə ilə kəsmək lazımdır.

Mütəxəssislər qeyd edirlər ki, balıq, tərəvəz, meyvə, düyü və paxlalılar, əksinə, bişməzdən əvvəl yaxşı yuyulmalıdır.

Şəkərin miqdarını və güclü bir kanserogen olan akrilamid riskini azaltmaq üçün isə kartofu islatmaq tövsiyə olunur.

Quru meyvələr və tumlardan istifadə edərkən isə qablaşdırmanı diqqətlə oxumaq və üzərindəki təlimatlara diqqət etmək məsləhət görülür.

Məqalədə : ərzaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7371

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6204

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7765

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7704

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11047

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7452
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 05:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru