Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
23:04
1455
Yurçeviç: Azərbaycan millisinin bütün futbolçularının qiyməti Lobotka qədər yoxdur

"Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Bu nəticədən sonra nəsə demək çətindir. Matça yaxşı başladıq. Topa da sahib ola bilirdik. Hər qol barədə danışmaq istəmirəm. Şeydayevin qolundan sonra geridönüş edə bilərdik. Hesab 1:4 olanda artıq oyun bitdi. Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, bu, böyük məğlubiyyətdir. Meydanda futbolçular mübarizə apardı. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra isə fiziki və psixoloji cəhətdən bu rəqibə qarşı oynamaq çətin oldu".

Xorvatiyalı məşqçi 5 qolu buraxmağın böyük şok olduğunu söyləyib: "Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm".

Yurçeviç deyib ki, Slovakiya millisinin bütün futbolçuları Avropanın aparıcı klublarında çıxış edir: "Məğlubiyyət utanc vericidir. Bu komandalara qarşı yaxşı nəticə istəyiriksə, xüsusi günlərdən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Qurban Qurbanov belə, Maltaya qarşı çətinlik çəkib. Qrupdakı komandalar bizdən qat-qat güclüdür. Əlimizdən gələni etməliyik ki, onlara qarşı yaxşı mübarizə apara bilək".

Baş məşqçi böyük hesablı məğlubiyyətdən sonra pis hisslər keçirdiyini deyib: "Hər kəsi başa düşürəm. Futbol situasiyalı oyundur. Sağa və sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilər. Bəzi kiçik nüanslar nəticəyə təsir edir".

Yurçeviç növbəti matçda daha yaxşı nəticə qazanacaqlarına və böyük hesabla məğlub olmayacaqlarına inandığını deyib: "Hazırda diqqət mərkəzində bu matçdır. Komanda daha yaxşı oynaya bilər. İndi böyük təhlil etməyə dəyməz. Növbəti qarşılaşmaların yaxşı olacağına inanıram"./Report

Məqalədə : AVRO-2020 Yurçeviç 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3374

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1615

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2718

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1064

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1097

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 17:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru