Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2020
14:32
İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

Bunu Azvision-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, karantin rejiminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

“İnsanlar artıq öz gəlirlərini formalaşdırır və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk. Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.

F.Talıbov həmçinin qeyd edib ki, may ayında 3 mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb: “Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manat almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47061

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45235

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46820

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46445

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51986

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46110

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46598
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 23:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru