Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2019
16:45
606
Yırtıcıların insanlara hücumu halları niyə artıb? - VİDEO

Kürdəmir rayonunda yırtıcıların həyətyanı sahələrə hücumu nəticəsində xəsarət alan insanların sayı xeyli artıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) travmatalogiya şöbəsinin müdiri Seyfulla Atamalıyev bildirib ki, sentyabr ayı ərzində yırtıcıların hücumuna məruz qalan 7 nəfər xəstəxanaya müraciət edib: "Yırtıcıların həyətyani səhələrə girib insanlara hücum etməsi halları daha çox rayonun Yenikənd, Mürtülü və Dəyirmanlı kəndlərində müşahidə olunur". 

Xəstəxananın şöbə müdiri əlavə edib ki, 2 gün öncə Yenikənd kənd sakini, 59 yaşlı Osmanova Sucayət Kərim qızı həyətyani sahəsində işləyərkən ona yırtıcılar hücum edib və çoxlu xəsarət yetiriblər. Ona köməyə gələn qonşusu, 58 yaşlı Abdullayeva Minirə Sırac qızı da yırtıcıların hücumuna məruz qalıb. Ətrafdakı insanların köməkliyi ilə hər iki qadın yırtıcıların cəngindən azad olunub. Hər iki yaralı Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Bundan əvvəl rayonun Mürtülü kənd sakini, Qədirova Ədibə Əlövsət qızı da həyətində təsərrüfat işləri ilə məşğulı olan zaman yırtıcıların hücumuna məruz qalmışdı. Onun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki özəl xəstəxalardan birinə yerləşdirilib və barmaqları amputasiya edilmişdi. 

Mütəxəsislər fikrincə yırtıcaların baş sayının artması və onlara qarşı mübarizənin aparılmamasıdır: "Əvvəllər belə hallar əkin, meşə və çol sahələrdə baş verirdisə hazırda həyətyani sahələrə hücum sahələrə və insanların sıx yaşadığı yerlərə yırtıcıların hücumu halları baş verir. Buna səbəb isə çöllük və meşə ərazilərdə yem azlığının olması, yırtıcıların baş sayının artması və onlara qarşı mübarizənin aparılmamasıdır. Nəzərə alsaq ki, azyaşlı uşaqlar həyətyani sahələlərdə oynayırlar və yırtıcıların hücumunun nə ilə nəticələnəcəyini adam düşünmək belə istəmir".(report)

Məqalədə : Yırtıcılar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
834

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
41

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
66

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 02:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru