Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
11:50
Yolun ortasında rəqs edərək, maşınları təpikləyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Avtomobil yollarında bu kimi hərəkətlərə yol vermək bütün hərəkət iştirakçıları üçün təhlükəlidir.

Bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Babək prospektində yola çıxaraq qəza şəraiti yaradan şəxslə bağlı məsələyə münasibət bildirərkən deyib. 

O bildirib ki, həmin şəxs yalnız özünün deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb:

“Nəzərə almaq lazımdır ki, normal insan avtomobillərin sürətlə hərəkətdə olduğu yola bu şəkildə çıxmaz. Videogörüntülərdən də görünür ki, o insan özündə deyil. Yaxşı olardı ki, sürücülər bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına məlumat versinlər.

Əraziyə gələn polis əməkdaşları isə həmin şəxs haqqında müvafiq tədbir görsünlər. Ola bilər ki, o şəxs ərazidə xidmət edən polis əməkdaşlarını görən zaman yoldan çıxır. 

Amma məsələyə yerindəcə müdaxilə edildikdə həmin insanın içkili vəziyyətdə, yoxsa psixoloji problemlər səbəbindən bu cür davranışlara yol verdiyi məlum olacaq. Sağlamlığında problem olduğu aşkarlanarsa, aidiyyəti orqanlara müraciət olunacaq. Amma yalnız məsələyə yerində baxıldıqdan sonra həmin şəxs barəsində hansı tədbirlərin görüləcəyinə qərar vermək olar”.  

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Babək prospekti ərazisində bir nəfər özünü avtomobil yoluna ataraq, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında rəqs edib və qəza şəraiti yaradıb.(oxu.az)

Məqalədə : rəsmi açıqlama 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
202

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
190

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
186

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
263

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
587

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
324
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 19:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru