Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
11:07
893
Yəmən ordusu Səudiyyəyə müharibə başlayandan bəri ən güclü raket hücumu edib -VİDEO

Yəmən ordusu və husilər Səudiyyə Ərəbistanı ərazisində müharibə başlayandan bəri ən güclü raket zərbəsi ilə hücum həyata keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Yəmən Ordusunun mətbuat katibi  Yəhya Sərayi mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, ərazyə ümumilikdə "10 Bədr-1" raketi atılıb. Hücumda əsas hədəf Səudiyyə Ərəbistanının Cizan əyalətində Yəmən ərazisinə reydlər zamanı koalisiya tərəfindən hava bazası olaraq istifadə edilən hava limanı olub.

Bildirilir ki, hücum koalisiya qüvvələrinin Yəməndə dinc sakinlərə qarşı bombardmanına cavab olaraq həyata keçirilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın komandanlığı hərbi obyektə raket atəşi faktını təsdiqləyib. Onlar "MİM-104 Patriot" zenit raket sistemlərinin 6 raketi ələ keçirdiyini iddia ediblər.

Yerli sakinlər hava limanı ərazisində 16 partlayış səsi eşidildiyini bildiriblər. Söhbət hussilərin atdığı "Bədr-1" raketlərindən, həmçinin hədəfləri vura bilməyən Patriot zenit raketlərindən gedir.

Hələ ki, ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.



Məqalədə : Yəmən Səudiyyə Cizan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
327

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
327

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
376

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1198

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1389

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1163

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1192

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
508
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 04:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru