Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2021
11:20
Yəməndə iqtisadi mühasirəyə görə hər 5 saniyədə 1 uşaq aclıqdan ölür

Yəmənin Milli Nicat Dövlətinin rəsmiləri Səudiyyə-Amerika koalisiyasının hücumları nəticəsində Yəməndə hər 5 saniyədə 1 uşağın aclıqdan öldüyünü elan edib.

Yəmənin Milli Nicat Dövlətinin Müzakirə Heyətinin rəisi Məhəmməd Əbdüs-Səlam deyib: Mübarək Ramazan ayının astanasında Səudiyyə-Amerika koalisiyasının Yəmən xalqını iqtisadi mühasirədə saxlaması təcavüzkar ölkələrin insani dəyərlərdən xəbərsiz olduqlarını göstərir.

O əlavə edib:  Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi sosial şəbəkə hesabında deyib: Dünya Sağlamlıq Günü qeyd edildiyi bir vaxtda Amerika, İngiltərə, BƏƏ və Səudiyyənin zalimanə iqtisadi mühasirəsinə görə Yəməndə hər beş saniyədə bir uşaq acından ölür. Bu isə təcavüzkar qüvvələrin Yəmən xalqı əleyhinə bütün qırmızı xətləri keçməsini və BMT-nin bütün qanunlarını ayaq altına alması deməkdir.

O əlavə edib: Bu gün dünya dövlətləri Yəmən xalqını qətliam edən Amerika, İngilis, Səudiyyə və BƏƏ kimi təcavüzkar dövlətləri məhkum etmək yerinə, onlar xəstəxanaların xilası üçün bir neçə gəmini buraxdıqları üçün bizdən onlara təşəkkür etməyimizi istəyirlər. Biz qatilə qətliamı dayndırdığı üçün təşəkkür etməliyik, ya o, bu cinayətlərinə görə cavab verməlidir?!  

Yəmən xalqı müharicə və təcavüzün qarşısında Allahın köməyi ilə müqavimət göstərəcək, öz azadlıq, yaşamaq, izzət və hakimiyyət haqqını müdafiə edəcəkdir.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
125

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
175

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
265

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
250

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
461

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
495

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
743

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
554

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
611
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 18:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru