Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2021
13:13
Yevlaxın icra başçısının imarətində müəmmalı intihar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.

FaktXəbər-in “Yeni Müsavat”a istinadən xəbərinə görə, mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Daxil olan məlumata görə, icra başçısı hüquq - mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.

Müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.

Qeyd edək ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. O, sözügedən təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb.

Məqalədə : Yevlax 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
560

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
600

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
741
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 10:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru