Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
12:42
633
Yerevan-Moskva reysinin sərnişini təyyarəni partlatmaqla hədələdi

"Sibir" Hava Yollarının İrəvan-Moskva reysinin sərnişini əl çantasında bomba olduğunu deyib. O saxlanılıb, təyyarədə təhlükəli əşyalar tapılmayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən xəbər verilib.

"Sentyabrın 9-da "Sibir" Hava Yollarının 908 Yerevan-Moskva reysinə minərkən sərnişinlərdən biri heç bir tələb irəli sürmədən əl çantasında bomba olduğunu bildirib", - deyə komitənin Facebook səhifəsində yerləşdirilən mesajda bildirilir.

Agentliyin məlumatına görə, hadisə ilə əlaqədar təlimata əsasən aviasiya təhlükəsizlik xidməti və polisə məlumat verilib:

"Siqnal alındıqdan sonra aviasiya təhlükəsizlik işçiləri sərnişini (bomba barədə məlumat verəni - red.) təcrid etdi, onun əl yükü nəzarətə alındı, sərnişinlər təyyarəni tərk etdilər".

Həmçinin qeyd olunur ki, bundan sonra bütün sərnişinlərin əl yükləri, baqajlarında axtarışı aparılıb.

Yoxlama nəticəsində nəqliyyat vasitəsi ilə qadağan edilmiş əşyalar, materiallar və avadanlıqlar tapılmayıb. Sərnişin "Zvartnots" hava limanının polis şöbəsinə təhvil verilib. İstintaq davam edir".

Məqalədə : Yerevan-Moskva Yerevan İrəvan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
337

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
336

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
386

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1205

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1397

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1170

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1200

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
510
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 05:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru