Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
14:47
295
Yeni zibil qutuları ilə bağlı müzakirələrə

Sosial şəbəkələrdə paytaxtda yeni qoyulan plastik zibil yeşiklərinin boşaldılması zamanı tullantıların hamısının bir yerə boşaldılması ilə bağlı fikirlər yayılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, hər axşam qutulardakı zibilləri bir zibil maşını eyni yerə tökərək daşıyır. Bu zaman da tullantı yeşiklərinin ayrılmasının əhəmiyyəti qalmadığını vurğulayırlar.

FaktXəbər bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən münasibət öyrənib. Bildirilib ki, zibil yeşiklərinin çeşidlənməsi prosesi ilk olaraq Nərimanov rayonunda aparılır. Orada qoyulan narıncı konteynerlər üçün 3 ayrı maşın, yaşıl konteynerlər üçün isə 11 maşın ayrılıb. Həmin narıncı yeşikdən yığılan zibillər çeşidləmə mərkəzində çeşidlənir. Sonra Balaxanıdakı emal zavoduna gedir. Böyük Britaniyadan iki aydan bir mütəxəssislər gəlib burada bizim əməkdaşlara təcrübə keçirlər. 

Ekspertlər ilk olaraq iyulun 10-dan etibarən Nərimanov rayonunda bu təcrübəni həyata keçirirlər. İlk aylarda bu rayonda 2 və ya 5 ton zibil çeşidlənirdi. Sentyabr ayında isə bu göstərici 24 tona çatıb. Gələcəkdə maşınlara çiplər də quraşdırılacaq. İkinci mərhələdə konteynerlərə da çiplərin quraşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nizami rayonlarında da çeşidlənmə ilə bağlı hazırlıq işləri gedir.  İyulun 10-dan 4 yerdə konteyner meydançası düzəldilib.

Məqalədə : Yeni zibil qutuları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
19

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
43

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
63

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
52

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
229

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 13:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru