Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
09:02
365
Yeni orfoqrafiya lüğəti gələn həftə nəşrə veriləcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn həftənin sonunda nəşr üçün olunmaq üçün təqdim ediləcək.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, yeni orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın söz daxil edilib. Eyni zamanda hazırkı lüğətdə mövcud olan təxminən 1000-ə yaxın söz isə lüğətdən çıxarılıb:

"Köhnə lüğətdə yaddan çıxarılan sözlər yeni lüğətə daxil edilib. Məsələn, hazırkı lüğətdə "uca" sözü yox idi. Lüğətə daxil edilən sözlərin əksəriyyəti yeni yaranan sözlərdir. Məsələn, multikulturalizm, tolerantlıq, qloballaşma, bloger, skaut kimi sözlər hazırkı lüğətdə yoxdur, ona görə də bu sözlər yeni lüğətə daxil ediləcək".

M.Nağısoylu qeyd edib ki, 2013-cü ildən sonra Dilçilik İnstitutu 3 lüğət nəşr edib. Yeni lüğətə 2500-dən çox sözdən ibarət olan "Yeni sözlər və yeni mənalar", iki cildli "Yeni terminlər" lüğətindəki sözlər də daxil ediləcək. Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz isə orfoqrafiya lüğətindən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

Orfoqrafiya lüğəti Azərbaycan dilində sözlərin yazılışında əsas mənbə hesab edilir./Trend

Məqalədə : orfoqrafiya lüğəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
836

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
41

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
67

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru