Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2021
16:45
Yeni nazir kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov gənclər və idman naziri təyin olunub. F.Qayıbov 1979-cu ildə Bakıda doğulub.

O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirib. Yeni nazir 2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika meneceri olub.

2005-2006-cı illərdə AGF-nin baş meneceri olub.

2006-cı ildə federasiyanın hesabat-seçki konfransında Baş katib seçilib. 2010-cu ildə ikinci dəfə, 2015-ci ildə isə 3-cü dəfə federasiyanın baş katibi olub.

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa çempionatının Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini icra edib.

2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. Buna görə də həmin ittifaqın şura üzvlüyündən imtina edib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür.

O, həmçinin Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apellyasiya Hakimlər Briqadasının prezidenti olub.

2017-ci ildə Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilib və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa verib. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.

Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

Fərid Qayıbov 2017-ci ildə Prezident İlham Əliyev sərəncamı ilə “Azərbaycan Respublikasının fəxri diplomu” ilə təltif edilib. 

Fərid Qayıbov evlidir və 3 övladı var.

Məqalədə : Fərid Qayıbov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
175

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
181

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
280

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
342

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
290

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
360

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
427
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 19:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru