Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2021
10:36
Yeni məhdudiyyətlər restoran və kafelərin fəaliyyətinə necə təsir edəcək?

Sentyabrın 1-dən koronavirusla bağlı qüvvəyə minən qadağalar ictimai iaşə obyektlərindən, o cümlədən kafe, restoran və digərlərinin xidmətlərindən istifadəni müvəqqəti azaldacaq.

Bu barədə BAKU.WS-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Operativ Qərargahın avqustun 31-ə olan məlumatına əsasən Azərbaycanda ümumi peyvənd olunanların sayı 6 911 439 nəfər, onlardan hər iki dozanı vurduranların sayı isə 2 731 755 nəfərdir ki, bu da ümumi vaksin olunanların 40 faizə yaxınını, ümumi əhalinin isə təxminən 27 faizini təşkil edir:

"Bu o deməkdir ki, yerdə qalan əhali ictimai iaşə obyektlərinin, iri ticarət mərkəzlərinin xidmətlərindən hələki istifadə edə bilməyəcək.

Ancaq hazırda birinci doza peyvənd olunanlar növbəti bir ay ərzində iki doza peyvəndi də alacaq və həmin xidmətlərdən istifadə edə biləcəklər ki, bu da sektorda yenidən canlanmaya səbəb olacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
185

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
201

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
290

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
352

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
295

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
375

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
432
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 19:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru