Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Yanvar

2020
15:19
Yeni ilin ilk iş gününə olan hava proqnozu açıqlanıb

Yeni ilin ilk iş gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 3-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
396

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
397

Neft yenidən bahalaşıb

14

İyun
09:32
İQTİSADİYYAT
401

AMB-nin valyuta məzənnələri

14

İyun
09:20
İQTİSADİYYAT
451

Bu gün məktəblərdə "Son zəng" keçiriləcək

14

İyun
09:11
ELM / TƏHSİL
594
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 13:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru