Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
12:22
562
Yenidən qurulan “Azərbaycan” İES-dən son görüntülər - VİDEO

“Azərenerji” ASC ötən ilin iyul ayında qəza baş verdikdən sonra tamamilə yenidənqurulan Mingəçevir şəhərində yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesi ilə bağlı video görüntülər yayıb. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, hərbiri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə yenidən qurularaq təmir edilir. Ötən ilin payızından başlayaraq bu günə qədər 4 blokda yenidənqurma işləri aparılıb. 1 blokda isə işlər yekunlaşmaq üzrədir. Digər 3 enerji bloku da növbəli şəkildə yenidən qurulacaq. 

Paralel olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin 2 ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görülüb və hazırda sazlama işləri həyata keçirilir. Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə yenidənqurma sürətlə davam etdirilir və işlərin yarıdan çoxu görülüb. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb.

Bundan başqa su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi və yolun çəkilməsi prosesi yekunlaşıb və əhalinin ixtiyarına verilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşıb, hazırda idarəetmə vasitələrinin sazlanması prosesi həyata keçirilir. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb, son tənzimetmə işləri aparılır. 

İstismar müddətini çoxdan keçən “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulduqdan sonra ömrü ən azı 20 il uzanacaq, 320 meqavat “itirilmiş” güc bərpa ediləcək. Ən əsası isə elektrik stansiyasının etibarlığı, dayanıqlığı və təhlükəzisliyi təmin olunacaq.

“Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

Məqalədə : Azərbaycan İES 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şənbə-bazar yol qəzalarında 5 nəfər ölüb

21

Oktyabr
10:52
HÜQUQ,HADİSƏ
24

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
51

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
37

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
39

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1323

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
80
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 11:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru