ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
AZƏRBAYACAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR? | POLŞADA DONVURMADAN 62, RUMINİYADA 5, İTALİYADA İSƏ 16 NƏFƏR ÖLÜB | MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB | KİTABXANA RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ | MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB | BU GÜN YUNANISTANDA TƏTİL ELAN OLUNUB | ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Şərabın bəlaları
11/04/2009 - 13:16

Faiq Vəlioğlu
Şərabın nə vaxt meydana gəlməsi bizə dəqiq məlum deyildir. Hal-hazırda mövcud olan Tövrat və İncil kitablarında da şərab haqqında danışılmışdır. Bundan əlavə, qədim Misir və Babil aşurilərindən əldə qalan əsərlərdə, müxtəlif millətlərin əfsanələrində, o cümlədən yunanların, rumların qədim əfsanələrində şərabın adı çəkilmişdir.

 

Həzrəti İsa (əleyhissalam)-dan qabaqkı dövrlərdə yaşamış qədim yunan tarixçisi Blinyus yazır ki: Mən yüz ildən qalmış şərab içdim. Humerus adlı başqa bir tarixçi özünün Əl-Yazər kitabında şərabın adını çəkir.

Bəziləri üzüm şərabının meydana gəlməsini belə nəql edirlər: Həzrət Adəm (əleyhissalam) üzüm ağacını əkir. Bu səhnəni görən Şeytan gəlib onun dibində tovuz quşunu kəsir. Üzümün yarpaqları açıldıqdan sonra isə dibində meymun kəsərək onun qanını ağacın dibinə tökür. Amma ağac bar gətirdikdən sonra, Şeytan onun dibində bir şir kəsir. Meyvə kamil yetişdikdən sonra isə bu dəfə onun dibində bir donuz kəsir. Deyilənə görə, həmin səbəbə görə şərab içən şəxsdə bu dörd heyvanın xasiyyəti zahir olur.

Şərab içənin rəngi və surəti əvvəlcə tovuz quşu kimi qızarır. Şərab onun damarlarına keçdikdən sonra məst olaraq meymun kimi rəqs etməyə başlayır. Sərxoşluq halı onun bütün bədənini bürüdükdən sonra kimisə vurub öldürmək istəyir. Şir kimi hər tərəfə həmlə edir. Daha sonra onda əsəb yorğunluğu yaranır və yatmaq istəyir. Bu vaxt xoruldayaraq yuxuya gedir və özünü Şeytanın ixtiyarında qoyur.(Kanuni fesad səh-150)

Tarix səhifələrində bu cür əhvalatlara çox rast gəlmək olar. Hər halda, şərabın yaranma tarixi bizə dəqiq şəkildə məlum olmasa da, onun adının qədim zamanlardan, hətta demək olar ki, bəşərin ömrü ilə bərabər olmasına şübhə yoxdur.

Amma şərab və məstedici içkilərin rəsmi şəkildə hazırlanması miladi tarixinin birici ilindən İskəndəriyyədə başlanır.

QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA

Bəşəriyyətin ən qatı düşmənlərindən biri olan şərab haqqında Qurani-Kərimin bir neçə surəsində ayələr nazil olmuşdur. Məlum olduğu kimi cahiliyyət dövründə şərabdan çox geniş şəkildə istifadə olunurdu. Onu da qeyd edək ki, bəzi şərabxorların şəxsi fikirlərinin əksinə olaraq, İslam dini nöqteyi-nəzərindən bütün səmavi dinlərdə, dini kitablarda (həmçinin, Tövrat və İcildə), həzrəti Adəm (əleyhissalam)-dan indiyə qədər şərab haram olmuş və Qiyamətə qədər də haram olacaqdır. Bütün müsəlman alimlərinin fətvasına uyğun olaraq, şərab və məstedici içkilər zatı nəcis sayılan on bir nəcis (murdar) şeylərdən biridir.

İndi də Quranda şərab haqqında nazil olan bəzi ayələri nəzərdən keçirək:

1. Bəqərə surəsi, 219-cu ayə:

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا ............. كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

[Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır.................... Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz...

Bu ayə barəsində məşhur təfsir kitabı olan Məcməul-bəyanda yazılır: İnsanlara söylə: Şərabda və qumarda böyük günah var! Ola bilsin ki, ondan bəziləri mənfəətlər də götürsünlər. Belə ki, şərabı alıb-satmaqla qazanc əldə edilir, onu içib ləzzət alanlar da olur və s. Sonra əlavə edir ki, onların günahı və zərəri xeyrindən daha çoxdur. Çünki, içki və qumarın istifadəsi ötəri, faydası isə məhduddur. Amma günahına gəldikdə isə, onu içən insan əgər tövbə etməsə, Pərvərdigari-aləmin qəzəbinə, O müqəddəs varlığın qarşısında düşmən mövqeyində durmasına səbəb olur. Halbuki, ondan götürülən azacıq xeyir, günah və zərəri ilə müqayisədə bir damla ilə dəryanın fərqi qədərdir. Əlbəttə, qeyd olunan zərər insanın iman, təqva və mənəviyyatında olan zərərdir, tibbi və fiziki bəlalarından isə gələcək bəhslərdə söz açacağıq.

2. Maidə surəsi,90-ci ayə:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Şərab da [içki də], qumar da bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!

Bu ayə dörd cəhətdən şərabın haram olmasına dəlalət edir:

1. Allah şərabı çirkin bir şey adlandıraraq insanın nicat tapmasının mümkünlüyünü bu çirkinliklərdən uzaqlaşmaqda görmüşdür.

2. Bu cür əməlləri Şeytan əməli adlandırır. Aydındır ki, Şeytan əməli haram işlərdəndir.

3. Göstəriş verir ki, bu işdən çəkinin. Allahın göstərişlərinə əməl etmək vacib və bu göstərişin icrasından yayınmaq isə haramdır.

4. İnsanın düz yola gəlməsini və xoşbəxt olmasını bu cür murdar işlərdən çəkinməkdə görür. Onu da qeyd edək ki, Allah-təala bu günahın adını bütpərəstlik kimi günahla bir sırada çəkir. Bu da həmin əməlin şiddətli haram olmasına bir nişanədir. Bu mətləblərdən əlavə, şərabın təkcə içilməsinin deyil, satılmasının da haram olması aydınca başa düşülür.

Sonrakı ayədə buyurur:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı.(Maidə surəsi,91-ayə)

Göründüyü kimi şərab insanın həm dünyasını, həm də Axirətini xarab edir.

Bütün bunlardan nəticə olaraq başa düşmək olar ki, şərab içən. Allahın düşməni sayılır. Çünki, insan şərab içdikdə Şeytana yaxın olanlardan sayılır. Əgər insan vaxtında bu yoldan peşiman olub qayıtmasa, dünya və Axirətdə Allahın bəlasına düçar olar.

14 MƏSUMLARDAN (əleyhimussəlam)-ŞƏRAB BARƏSİNDƏ

İslam dininin insanlara nemət olaraq bəxş etdiyi Peyğəmbər (səlləllahi və alehi və səlləm) və Əhli-Beyt (ələyhimussalam), cəmiyyətin bəlasına çevrilmiş şəraba qarşı çoxlu hədislər buyurmuşlar. Hər bir ağıllı insan bu kəlamlardan sonra şərab içmək, sərxoşluğa qurşanmaq və hər hansı bir məstedici içkilərə əl uzatmaqdan çəkinər. Aşağıda şərab haqqında nəql olunan bəzi rəvayətləri qeyd edirik:

1) İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) şərab barəsində bir neçə dəstəni:

Üzüm ağacını şərab əldə etmək məqsədilə əkib becərənləri;

Üzüm sıxıb şərab çəkəni;

Şərab satanı;

Şərab içəni;

Şərab alanı;

Şərab və içkidən hər hansı bir yolla xeyir götürənləri;

Şərabın hazırlanmasında və onun istifadəsində əli olanların hamısını lənətləmişdir. (iİqbalul əmal,səh-25)

2) Yenə də İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) buyurur:

Hər kəs şərab içsə, ar etməz, anası, xalası və ya bibisi ilə də olsa, zina edər. (Usuli Kafi 2-ci cild, səh.287.)

3) İmam Baqir (əleyhissəlam) buyurur:

Şərabxor şəxs, Allahın ədalət məhkəməsinə bütpərəst kimi gələr. (Biahrul-Ənavar 6-ci ciold,səh.107.)

4) İmam Sadiq ələyhissalamdan nəql olunur;

Hər kəs zina etsə, imandan xaric olar;

Hər kəs şərab içsə, imandan xaric olar;

Və hər kəs Ramazan ayında bir gün qəsdən orucunu yesə, imandan xaric olar. ( Biharul-Ənvar 11-ci cild.)

5) İmam Sadiq ələyhissəlamdan, başqa bir hədis nəql olunur:

"Neməti azaldan günah - təcavüzkarlıq və Allahın göstərişlərindən çıxmaqdır.

İnsana həmişə peşmançılıq gətirən günah, adam öldürməkdir.

Allahın bəlasını nazil edən günah, zülmkarlıqdır.

İnsanı imansız edən günah, şərab içməkdir.

Ruzini kəsən günah zinakarlıqdır."

Həzrəti imam Rza (əleyhisalam)dan nəql olunur:

Allah şərabı haram buyurmuşdur. Çünki, onda fəsad vardır, o, şərab içənin ağlını əlindən alaraq Allahın inkarına gətirib çıxarır;

Şərabxor, Allah və Onun rəsulunun adından yalan danışmaqla (nalayiq sözlər söyləməklə) nəticələnir;

Həmçinin, fəsad, qətl, böhtan və zinaya səbəb olur;

Şərabxor, haram olunmuşlardan çox az çəkinir. Ona görə də, Allah əmr edir ki, bütün məstedici şeylər haramdır!" (Müstədrək 3-cü cild.)

6) Həzrəti imam Sadiq (ələyhissalam) buyurur:

Allah-təala Behişti üç dəstəyə haram edibdir. [Onlardan birincisi] şərab içənlərdir." ( Platon )

Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:

Başqaları ilə şərab içilən süfrənin başında əyləşən şəxs, məlundur (Aristotel)

7) Həzrəti imam Rza (əleyhisalam) buyurur:

Allah şərabı fəsad əmələ gətirdiyinə, əqli və fikri batil etdiyinə, abır-həyanı aradan apardığına görə haram etmişdir. (Dərd və dərman, səh.219.)

ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL

Tarixdən məlum olur ki, böyük peyğəmbərlərdən olan Həzrəti Yəhya ibni Zəkəriyyanın (əlyehissalam) qətli şərab və içkinin təsirindən baş vermişdir. Yazırlar ki, O həzrətin ölümü zinakar bir qadınla şərabxor şahın əyyaşlıq macərası ilə bağlıdır. O qadın öz zinakarlığı ilə şahın səltənətində yüksək mövqe və qüdrət ələ gətirmişdi. Qocalana yaxın qorxur ki, şah ondan üz döndərsin və bununla da öz mövqeyini itirsin.

Buna görə də, başqa kişidən olan qızını şahla evləndirmək fikrinə düşür. Qızını yüz bir oyunla bəzəyib şahın hüzuruna gətirir ki, onunla evlənsin.

Şah deyir: Bu işdən ötrü Yəhya Ibni Zəkəriyya (zəmanənin peyğəmbəri) ilə məsləhətləşməliyəm. Əgər o icazə versə, sözüm yoxdur. Şah bu məsələ ilə bağlı Həzrəti Yəhya (əleyhissala)-ma müraciət edir. O Həzrət bu işə icazə vermir və buyurur ki, bu iş şəriətdə haramdır! Şah nəfsani istəyinin əksinə olan cavab eşitdiyinə görə, hirslənir. Amma zahirdə özünü dindar kimi göstərdiyinə görə etiraz etmir. İstəmir ki, onu, bir şəriət hökmünü bəyan etdiyinə görə qətlə yetirsin.

Qadın bu işin qisasını Yəhya peyğəmbərdən almaq fikrinə düşür. O, şah şərab içib sərxoş olan halda qızını bəzəyib onun yanına gətirir. Qızına tapşırır ki, şah səndən Nə istəyirsən? - deyə soruşsa, söylə ki, Yəhya peyğəmbərin başını istəyirəm.

Qız şahın yanına gəlir. Şah sərxoş olduğuna görə qızla zina edir və ondan nə istədiyini soruşduqda, qız həmin arzusunu söyləyir. Şah sərxoş olduğuna görə tez əmr verir ki, Yəhya ibni Zəkəriyya (əleyhissalam)-ın başını kəsib onun yanında hazır etsinlər.

Beləliklə, bu fitnə nəticəsində Allah peyğəmbərinin başını faciəli şəkildə teştin içində kəsdirir.

Göründüyü kimi şərab, Allahın peyğəmbərini qətlə yetirəcəyi qədər böyük təsirə malikdir.

 

TİBB ALİMLƏRİ ŞƏRAB HAQQINDA

İnsan bəzi vaxtlar hər hansı bir işin mahiyyətini başa düşmədən kor-koranə onu icra edir. Əgər onu bu işdən çəkindirmək istəsələr, tutarlı dəlil olmasa, heç vaxt öz işindən əl çəkmir. Bu vəziyyət insanın fitrətində qoyulmuş təbii bir məsələdir. Yəni, insan həmişə səbəb və elm axtarışındadır. Qeyd olunan bu məsələni İslam dini tamamilə qəbul edir, hətta, bu məsələ İslamın əsas şüarlarıdan biri sayılır. Buna görə də, İslamda etiqadi məsələlərdə təqlid etmək düzgün sayılmır.

Bütün müctehidlər Şəriət hökmləri kitabının birinci məsələsində yazırlar ki, etiqadi məsələdə, yəni, Üsuliddində təqlidə icazə verilmir. Yəni, hər bir müsəlman Allahın varlığını, Onun vəhdaniyyətini və bu kimi digər etiqadi məsələləri sübut və dəlillə qəbul etməlidir. həmçinin, başqa əqidəvi məsələlər də bu qayda üzrə olmalıdır. Biz, müsəlman və qeyri-müsəlman olan alimlərin şərab və ümumiyyətlə, bütün məstedici içkilərin nə qədər zərərli və murdar bir şey olması haqqında söylədikləri nəzəriyyələrdən söhbət açmaq istərdik.

Onu da bilmək lazımdır ki, insanın ağlı onun üçün dəlil (əsas) sayılır. Yəni, hər bir sağlam insan öz ağlı ilə həqiqi nəticəyə gələ bilər. Ona görə də, Allah-təala, ağılsız və ya ruhi cəhətdən tam mənada qeyri-sağlam şəxslər üçün heç bir təklif və vəzifə müəyyən etməmişdir. Elə bu səbəbdən də, dəli insanlar hər hansı bir cinayət və günahlarına görə məsuliyyət daşımırlar və onlar üçün sorğu-sual yoxdur.

Tanınmış alim və filosof Əflatun şərab və başqa fəsad amilləri ilə mübarizə aparmaq yolunda belə bir təklif irəli sürür:

Cəmiyyətlərin bədbəxtçiliyi ondadır ki, savadsızlıq və cəhalət üzündən yaxşı ilə pisi bir-birindən ayıra bilmirlər. Cinayət və fasid işlərin təsirindən xəbərləri yoxdur. Bəs, əhalinin savadlanmasına çalışmaq lazımdır ki, murdar işlərin acı nəticələrindən xəbərdar olsunlar və bununla da, yaramaz işlərin kökü kəsilsin. İnsan bir şeyin zərər və puçluğunu bildikdən sonra ondan çəkinər.

Amma Əflatunun şagirdi Ərəstu ustadının bu sözünü nəqd edərək yazır:

"Doğrudur ki, əhalinin savadlı və elmli olması, onları etdikləri cinayətlərin nəticəsindən xəbərdar edir. Amma bu iş heç də fitnə-fəsadı və günahı aradan aparmağa səbəb olmur. Çünki, biz gözümüzlə görmüşük ki, qazilər və məhkəmə işçiləri rüşvət almaq kimi böyük bir cinayətin cəmiyyətdə dağıdıcı nəticələrini bilə-bilə bu işə əl uzadırlar. Digər bir misal, tibb elmini çox yaxşı bilən təbib şərabın pis təsirindən, bədənə olan zərərlərindən xəbərdar olduğu halda onu içir.

ŞƏRAB, BAŞQA GÜNAHLARIN AÇARIDIR

Məmun-ər-Rəşid bəni-Əbbas xəlifələri arasında elmi mübahisələrə daha çox diqqət edən bir şəxs idi. Nəql edirlər ki, o, həftədə iki dəfə məclis təşkil edər, alimləri, elm sahiblərini oraya dəvət edib çətin məsələlər haqqında bəhs edərmiş.

Günlərin birində üst-başı çox da səliqəli olmayan bir dərviş məclisə daxil olur və bir guşədə oturur. Hər kəs öz növbəsində bir çətin məsələ barəsində söz açır. Dərvişə növbə çatanda, məharətlə çox çətin bir məsələni həll edir. Məmun onun bu elmini görüb yuxarı başa keçirir. Hansı məsələ müzakirəyə qoyulursa, dərviş tez cavabını tapır. Məclisin sonunda Məmun hamını şərab süfrəsinə dəvət edir, dərvişə təklif olunanda isə, bu işdən imtina edir. O, Məmundan icazə alaraq sözə başlayır:

Bu gün azacıq elmimə görə məni yuxarı başa keçirtdin, amma, indi istəyirsən bu neməti məndən alasan?! Bu elm mənim izzətimdir. İstəyirsən məni uca məqamdan endirib zəlil edəsən? Sənin kimi xəlifəyə yaraşmaz ki, mənim bu kiçik elmimə paxıllıq edib məndən alasan. Çünki, şərab insanın ağlını aradan apararaq, ədəb və elmini əlindən alır. Insanların gözündə adamı xar və zəlil edir.

Məmun bu sözlərdən xəcalət çəkib başını aşağı salır (Meracus-Səadət, səh.675.)    

 

Davami var.............

 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net