Bu günlər beynəlxalq sionizm dünyanın hər yerində yeni iftiraçı bir ssenari üzrə iş aparmaqdadır. Bu ssenarinin mövzusu isə güya İranin Ali Dini Lideri Ayətullah Seyyid Əli Xameneinin İmam Zaman Ağanın yaxın zamanlarda zühur edəcəyi və bununla bağlıda müsəlman ölkələrinin vahid cəbhədə birləşmə zəruriyyətindən söz açmasıdır. Maraqlı burasıdır ki, bizimdə ölkədə bu iftiraçı mövzu tez bir şəkildə heç bir araşdırma olmadan, İslama qənim kəsilən ABŞ ekspertlərinin bu mövzuda rəyləri ilə birgə yer almışdır. Bu yalan məlumatı ilkin olaraq beynəlxalq sionizmin dəstəyi ilə yaranmış Ərəbdilli "Əl-ərəbiyyə" kanalı gündəmə gətiribdir. Bu kanalın sionizmin sözçüsü olması, müsəlman ölkələrində o qədər aydındır ki, bu ölkələrdə kanal "Əl-İbriyyə" (İbri-İvrit, yəhudi dilinə deyilir) kimi tanınır. Bu gün sinozm başda İsrail və Amerika olmaqla yeni üslubda İslam dünyasında parçalanma siyasəti aparmaqdadır ki, bunlardan biri də məhz belə yalan mövzular yaymaqla İslamı və beynəlxalq sionizm imperatorluğuna qarşı vuruşan insanları müxtəlif vasitələrlə gözdən salmaqdan ibarətdir. Çox təəccübləndirici məsələ budur ki, Şiə əqidəsinə görə İmam Zamanın zühuru vaxtını heç kim tərəfindən müəyyən edilə bilməməsi məsələsi, bizim qəzet və saytlarda məhz ABŞ mütəxəssislərinin dilindən səsləndirilmişdir. Sanki, Ayətullah Seyyid Əli Xamenei özü İslamın böyük alimlərindən olmasına baxmayaraq, İslamı və onun əsil prinsiplərindən biri sayılan İmam Zaman Ağanı zühuru məsələsini kimliyi bilinməyən Amerikalı "ekspert"-dən öyrənməlidir. Doğurdanda gülünc bir dünyada yaşayırıq. Buradan, İslamın düşmənlərinin kimliyi və bizimdə ölkədə bilərəkdən və ya bilməyərəkdən İslama qarşı bu cəbhədə yer alan insanların qeyri obyektiv olduğu açıq şəkildə bəlli olur.