ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB | KİTABXANA RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ | MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB | BU GÜN YUNANISTANDA TƏTİL ELAN OLUNUB | ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR | SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU | İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n QƏRBƏ MEYDAN OXUDU: TÜRKİYƏNİN NAZİRİNİ HƏBS EDƏCƏK GÜC TANIMIRAM
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Bir neçə sual
14/08/2009 - 18:45

Əziz Sahiboğlu

SUAL 1: Məşhur psixoloq Freyd deyir: "İnsan özündən böyük və qüdrətli bir şəxsin ona dayaq olduğunu hiss etməyə möhtacdır. Beləcə o "Tanrı" adlı varlığa itaət etməyə ehtiyac duyur. Əslində Tanrı yoxdur və o, sığınacaq axtaranların, "Tanrı" adlı varlığa pərəstiş edənlərin təsəvvürüdür." Bu, Freydin sözləridir. Ona necə cavab verə bilərsiniz?

FREYDİN NƏZƏRİYYƏSİ

Avstriyalı məşhur nevropatoloq və psixoloq Ziqmund Freyd (1856-1939) öz nəzəriyyələrini bəyan edərkən insandakı qorxu hissini Allaha inam və dindarlığın əsas amili hesab edir. Əlbəttə, bu nəzəriyyə ondan öncə də irəli sürülmüşdür. Çox ehtimal ki, həmin nəzəriyyəni açıq şəkildə bəyan edən ilk şəxs (b.e.ə təqr. 99-55) romalı şair Tit Lukertsi Kardır. O, öz şerlərinin birində belə deyir: "Tanrıları yaradan ilk şey qorxudur." Bir sözlə, bu nəzəriyyəyə əsasən, sel, zəlzələ, xəstəlik, ölüm və bu kimi təbii hadisələrdən yaranan qorxu bütün təbii hadisələr üçün müştərək amilin yaranmasına və onu Allah adlandırılmasına səbəb olmuşdur. Z. Freydin nəzərincə, insanı Allah yox, əksinə Allahı insan yaratmışdır. Həqiqətdə, insanların zehnində dini inancların yaranış səbəbi təbii hadislərindən qorxu, onların özlərini qoruyub saxlamaq istəyidir. Qədim insanlar özlərini zərərli hadisələr müqabilində həyəcan və qorxudan qorumaq üçün tədricən qüdrətli, dərrakəli və təbiətə hakim varlıqlara inanmağa başladılar ki, xahiş, dua, ibadət etmək, qurban kəsmək və bu kimi əməllər vasitəsilə həmin varlıqların məhəbbətini cəlb etmək, təhlükəni özlərindən uzaqlaşdırmaq istəyirdilər. Onun fikrincə, insanın Allaha üz tutmasının səbəbi qədimdə də, müasir dövrdə də qorxu hissi olmuşdur və bu baxış öz gücündə qalmaqdadır. Çünki insan tarixi bir varlıqdır və keçmişdəki varlığın xüsusiyyətləri saysız-hesabsız nəsillər vasitəsilə müasir insana verilir.

"QORXU" AMİLİNƏ İRADLAR

1-Bu nəzəriyyə yalnız bir fərziyyə və ehtimaldır, onun isbatı üçün heç bir dəlil də yoxdur.
2-Ümumiyyətlə, insanın qorxmasında iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi cəhətdən qüdrətsizlik. İnsan tanımadığı və məlumatlı olmadığı bir çox gerçəklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca qorxusu da azalır. Məsələn, xəstəliyə düçar olan və onun səbəbini bilməyən bir insan təsəvvür edək. Onun həmişə qəm-qüssə, iztirab içində olduğunu görəcəksiniz. Çünki o, əlacsız xəstəliklərə tutulduğunu ehtimal verir. Lakin həkimə müraciə edib, xəstəliyinin səbəbini öyrəndikdə, onun elə də təhlükəli olmadığını başa düşür, qorxu və həyəcanı aradan qalxır.
Fiziki və ruhi çatışmazlıq da insanda qorxu yaranmasına səbəb olur. İnsan bəzi ruhi və psixi xəstəliklərə yoluxduqda, həmişə qorxu və iztirab halında olacaqdır. Ruhi və psixi baxımdan sağlam olanlar isə bir çox təhlükələr müqabilində əsla qorxu hissi keçirmirlər.
Beləliklə, əgər insanın məlumatı artarsa, bir çox psixi sıxıntı və ruhi xəstəliklərdən amanda qalar, heç vaxt qorxu hissi keçirməz. Bu nöqtəni nəzərə almaqla, Z. Freydin "Allaha inamın səbəbi qorxudur!" - nəzəriyyəsinə diqqət yetirək. Bu nəzəriyyəyə görə, insanın məlumatı artarsa və ruhi sağlamlığa malik olarsa, onun qorxusu aradan qalxar və Allaha inanmaz olar.
Başqa sözlə, heç bir hadisədən qorxmayan insan Allaha da inanmamalıdır. Eləcə də, bir hadisədən qorxan insanın məlumatının artması və ruhunun sağlamlığı nəticəsində qorxusu aradan qalxarsa, deməli, həmin şəxs Allaha inanmamalıdır. Halbuki həyatda həmişə bunun əksi müşahidə olunur.
3-Fərz edək ki, insanların hamısı və ya bir qrupu qorxu nəticəsində "Allah" adlı bir varlığa inanıb, Ona itaət edir. Məntiə əsasən yenə də "Allah yoxdur, bütün dinlər puç və batildir!" - nəticəsini ala bilmərik. Freydin nəzəriyyəsinin düzgün olduğunu fərz etsək, bunu isbat etmiş olarıq ki, insanların dinə və Allaha inamında rol oynayan səbəb düzgün deyil.
Bu da, "Allahın varlığını və hər hansı bir dinin haqq olmasını" inkar etməkdən tamamilə fərqlənir.
Bu misala diqqət yetirin: Tarix boyu bəşər cəmiyyətinin elmi ixtiralar və kəşflər etməkdə əsas məqsədi məşhurlaşmaq, ictimai mövqe qazanmaq və sərvət toplamaq olmuşdur. Bunu əxlaqi və düzgün məqsəd hesab etmək olmaz. Lakin insanın elmi ixtira etməkdə məqsədinin düzgün olmaması elmi ixtiranın puç və yersiz olduğunu göstərmir.
Bir sözlə, bu nəzəriyyədə səbəblə (insanı hansısa bir şeyə sövq edənlə) nəticə (insanın nail olduğu şey) arasında uyğunsuzluq yaranmış, birinin batil sayılması digərinin batil sayılması ilə nəticələnmişdir.
4-Bu nəzəriyyənin batil olmasını isbat edən amillər:
a) Tarix özü şəhadət verir ki, dini gətirənlər və camaatı Allaha doğru dəvət edənlər ən şücaətli, dözümlü şəxslər olmuşlar.
b) Dünyada Allaha əsla etiqad bəsləməyən qorxaq insanlar çox olmuşdur və hal-hazırda da mövcuddur.
Bizim əqidəmizə əsasən, Allahın varlığına inam tarix boyu bütün insanların fitrətində və daxilində olmuşdur; yəni (məsələn) məhəbbət bəsləməyin yaxşı iş olması, həqiqəti tapmaq hissinin bütün insanların fitrətində mövcudluğu səbəbə ehtiyaclı olmadığı kimi, Allahı tanımaq və Ona itaət etmək hissi də fitridir. İlahi fitrət onları Allaha inanmağa sövq edir.

ÇOXALLAHLILIQ FƏRZİYYƏSİNİN BATİL OLMASI

SUAL 2: Mən Allahın varlığınaşübhə etmirəm, lakin sizdən Onun yeganəliyini isbat etməyi xahiş edirəm.
ALLAHIN YEGANƏLİYİNİN İSBATI
Allahın yeganəliyinin isbatı ilə əlaqədar müxtəlif dəlillər mövcuddur. Biz onların birini şərh etməklə kifayətlənirik. Bu dəlilin başa düşülməsi üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
1. Hər bir nəticənin varlığı öz səbəbinə bağlıdır; başqa sözlə, səbəb-nəticə (determinizm) qanununa əsasən, hər bir məxluq və nəticə öz varlığını xaliqdən, yaradan səbəbdən alır. Əgər onların şərtlərə və istedadlara ehtiyacı olarsa, varlıqları da mütləq özünü yaradan səbəbə istinad etməlidir. Buna əsasən, əgər iki, ya ikidən çox varlıq bəxş edən səbəb fərz olunsa, onların hər bir nəticəsi öz səbəbinə bağlı olar və əsla başqa bir səbəbə, yaxud onun nəticələrinə bağlı olmaz. Beləliklə, onların nəticələri arasında əlaqə və bağlılıq yaranmaz.
2. Varlıq aləminə vahid nizam hakim kəsilmişdir. Onda uyğun gələn və uyğun gəlməyən fenomenlərin bir-birlərilə əlaqələri var. Uyğun gələn fenomenlər arasındakı əlaqələr müxtəlif səbəb-nəticə qanununun təsirindədir. Bu qanunlar dəyişikliklərin baş verməsinə səbəb olur və onları heç vəchlə inkar etmək olmaz. Lakin keçmiş, indiki və gələcək fenomenlər arasındakı əlaqələr belədir: Keçmiş fenomenlər indiki fenomenlərin vücuda gəlməsinə zəmin yaradır. İndiki fenomenlər da öz növbəsində gələcək fenomenlərin yaranmasına zəmin hazırlayır. Əgər səbəb-nəticə əlaqələri dünya fenomenlərin arasından götürülsə, dünyadan əsər-əlamət qalmaz və digər bir fenomen də vücuda gəlməz. Necə ki, insanın hava, su, işıq və qida məhsulları ilə əlaqəsi qırılsa, artıq öz yaşayışını davam etdirib, başqa bir insanın dünyaya gəlişinə, yaxud digər bir əşyanın düzəlməsinə zəmin yarada bilməz.
Bu iki müqəddimə əsasənda belə bir nəticə çıxarmaq olar ki, saysız-hesabsız keçmiş, indiki və gələcək fenomenlərin, varlıq toplumuna aid bu dünya və onun nizamının bir xaliqi və yaradanı var. (Dünya və ona hakim nizam) Allahın nəzarəti, hikmətli tədbiri və müdrikliyi ilə idarə olunur. Əgər Ondan başqa, tanrı olsaydı, onlar arasında əlaqə və bağlılıq yaranmaz, dünyaya vahid nizam hakim kəsilməzdi. Eləcə də, hər bir xaliq öz xaliqi tərəfindən yaranar və onun xaliqi başqa xaliqlərin köməyilə vücuda gələrdi. Nəticədə müxtəlif və müstəqil nizamlar, varlıqlar yaranardı və onlar arasında heç bir bağlılıq olmazdı. Halbuki dünyada mövcud nizamlar bir-birlərinə bağlı vahid nizamdandır. Və onların fenomenləri arasında da bağlılıq müşahidə olunur.

QURANDA ALLAHI TANIMAQ YOLLARI

SUAL 3: Qurani-kərimdə insanların Allah-taalanı tanıması məsələsi müqabilində (inkar, şəkk-şübhə, şəhadət və yəqin kimi) müxtəlif mövqelər bəyan olunmuşdur. Bu da insanlar arasında (kafirlər, münafiqlər, müsəlmanlar və möminlər kimi) müxtəlif qrupların yaranmasına səbəb olur. Bu səbəbdən də, mənə tam aydın deyil ki, bu mövqelər əməldə necə aşkar olur?

QURANDA MƏRİFƏT

Qurani-kərimdə mərifət və onun əsasları, - elm və alim, - eləcə də şərtləri, vasitələri, maneələri haqqında geniş şəkildə söz açılmışdır.

MƏRİFƏT VƏ ALLAHA İNAM

İman, mərifətlə əlaqəli olduğundan Qurani-kərimdə "Allahı tanımaq" məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları təyin olunur. Mərifətin maneələrinə empirik idrakı, (Bəqərə surəsi, ayə 55)
kor-korana təqlidləri (Zuxruf surəsi, ayə 22-23) və gümana əsaslanmağı (Yunis surəsi, ayə 36 və 66); Allaha yönəlmə maneələrinə isə ani həvəs və istəkləri,(Muhəmməd (s) surəsi, ayə 13) insanın öz gələcək rifahı barədə ifrat fikirləşməsini,(Təkasur surəsi, ayə 1-2) Allah, peyğəmbər və dinlə (Muddəssir surəsi, ayə 11-25)
düşmənçiliyi misal göstərmək olar.
Qurani-Kərimdə dini məsələlər, xüsusilə tövhid və məad barədə zənn, şəkk-şübhə, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilmişdir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: insanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) "inkar" ifadəsini yalnız kafirlərə, "şəkk" ifadəsini yalnız müşriklərə, yaxud münafiqlərə, "şəhadət" ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.
Misal üçün: "Qafir" surəsinin 81-ci və "Muminun" surəsinin 99-cu ayələrində "inkar" sözü kafirlər barəsində işlədilsə də, onlar "İbrahim" surəsinin 10-cu və "Səbə" surəsinin 54-cü ayələrində "şəkk və tərəddüd" ifadələri ilə vəsf olunmuşlar. "Qafir" surəsinin 59-cu və "Tövbə" surəsinin 45-ci ayələrində qeyri-möminlərin şəkk-şübhəyə düçar olmaları qeyd olunmuşdur. "Qeyri-möminlər" isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. "Münafiqun" surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanmışdır.
Belə ifadələrin açıqlanması, eləcə də kafirlərin, müşriklərin və münafiqlərin müsəlmanlar və möminlərin Allaha, məada, dini məsələlərə inamları qarşısında mövqelərinin məlum olması üçün Quran ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb, "şəkk", "zənn" və "yəqin"in mərifət və Allaha tərəf yönəlməklə əlaqədar tərifini və təsirlərini araşdırmaqla kifayətlənirik:

QURANDA ŞƏKK

Şəkk bir nöqteyi-nəzərdən üç qismə bölünür:
1-Qanuni şəkk: Həqiqət axtarışında hər hansı bir hadisənin, hərəkətin, hökmün predmeti və predikatı arasında əlaqənin tapılmasında tərəddüd, zehni işlətmək. Bu növ şəkk təbiidir və həyəcan dolu ehtimalları aradan qaldırır. Buna əsasən, hadisənin digər tərəfindəki əsaslı və faydalı yəqinlərə qanuni şəkk demək olar. İnsanı yəqinə çatdıran bu növ şəkk əsassız zahiri imandan olduqca üstündür.
2-Xəstəliklə bağlı şəkk: Bu, həqiqət axtarışında müddəalar və sübutlarla üzləşdikdə zehnin acizliyindən irəli gəlir. Bu xəstəliyin səbəbi zehnin həqiqətləri araşdırıb, onları xəyallardan ayırarkən qorxuya düşməsidir. Şəkkin özünəməxsus xüsusiyyətlərindən biri beyin fəaliyyətlərindən xilas olmaq üçün zehni rahatlıq qayəli "xəstəlikdir". Bu şəkk həqiqətdə mərifətin antonimidir.
3-Əsaslı şəkk: Bu, zəif imanlı şəxslərin yüksək təfəkkür sahibi olduqlarını göstərməsidir. Bu şəkkə düçar olanlar iddia edirlər ki, mərifət və idrak məqamına nail olmuşlar. Şəkk və tərəddüddən başqa yol tapa bilməmiş, yaxud həqiqətə çatmaq üçün şəkk edənlərə məhəbbət bəsləmişlər, onların şəkki həqiqətləri tapmağa eşq üzündəndir!
Qurani-Kərimdə işarə olunan, eyni zamanda məzəmmət edilən şəkk "qanuni şəkk" yox xəstəliklə bağlı "əsaslı şəkk"dir.

QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA

Diqqət yetirmək lazımdır ki, Qurani-Kərim "şəkk edənlər" dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-Kərimdə şəkk edənlər iki qrupa bölünür:
Birinci qrup: "Bilmirəm" və "başa düşmürəm" deməklə şəkk-şübhəyə düçar olduqlarını bildirənlər. Yəni bu qrup şəkk edənlər açıq-aydın ayələri görə-görə yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.(İbrahim surəsi, ayə 9-10)
İkinci qrup: Allahı, nübüvvəti və məadı inkar edən şəxslər. Lakin onlar həqiqətdə bu məsələlər barəsində yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.(Casiyə surəsi, 24 və 32-ci ayələr)
Quran baxımından, şəkk edənlər məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin dəvətinin batil olmasını sübuta yetirən heç bir dəlil göstərmirlər.

ŞƏKKİN TƏSİRLƏRİ

Qurani-kərimin tövhid, məad, risalət, vəhy və digər dini məsələlərlə əlaqədar ayələrinə diqqət yetirdikdə iki əsas nöqtə ilə rastlaşırıq.
1-Şəkk-şübhə ya qəlbdə, ya dildə, ya da həm qəlb, həm də dildə inkara səbəb olur.(İbrahim surəsi, ayə 9-10)
2- Bu şəkk bəzən müşriklərə (Nəml surəsi, ayə 66), bəzən də kafirlərə(Səbə surəsi, ayə 54)
aid edilir.
Demək, şirk və küfrə səbəb olan amillərdən biri də şəkk-şübhədir.
Bir incəlik: Qurani-kərim ayələrində qeyd olunan "rəyb"in "şəkk" dən müəyyən fərqləri var. "Rəyb" lüğətdə böhtan və bu kimi bir şeylə birgə şəkk və nadanlıq nəticəsində nəfsdə yaranan iztirablı (həyəcanlı) haldır. Buna əsasən, ayələrdə qeyd olunan "murib" şəkk sifəti qərar verilmişdir; yəni həyəcan yaradan şəkk. "Səba" surəsinin 54-cü ayəsini misal göstərmək olar. Həmin ayədə buyurulur: "Kafirlər "murib" (şəkk) içində idilər." Yəni onlar həyəcanla birgə şəkkə düçar olmuşdular. Bəzən insan (misal üçün) filan ağacın ildə neçə dəfə bar verdiyini bilmir. Bu zaman (Quran ayələrində qeyd olunan) "reyb" yox, şəkk yaranır. Bəzən isə (misal üçün) filan yolda bir quldurun pusquda durub-durmaması bilinmir. Burada insanda şəkk-şübhədən əlavə, həyəcan da yaranır.

QURANDA "ZƏNN" (GÜMAN)

Qurani-kərimdə beş növ gümandan söz açılmışdır:
1-Həqiqətə uyğun gəlməyən güman.(Ən-am surəsi, ayə 116)
2-Həqiqətlə uyğun gələn güman.(Tövbə surəsi, ayə 118)
3-Günah sayılan güman.(Hucurat surəsi, ayə12)
4-Həqiqəti kəşf etməyən güman.(İsra surəsi, ayə 52)
5-Məhkum olunan güman.(Nəcm surəsi, ayə 28)
Ayələrin məcmusuna diqqət yetirməklə Qurani-Kərimin bu məsələyə münasibətini belə qeyd etmək olar:
a) Güman təbii ki, insanı həqiqətə çatdırmır. Xüsusilə gümanın müqəddimələrində nəfsani istəklər olarsa.(Nəcm surəsi, ayə 23)
Çünki bu halda, güman nəfsani istəklərə uyub, dəlil və sübutdan uzaqlaşır.
b) Məhkum olunan güman insanın əqidə üsullarında, xüsusilə əbədi həyat (qiyamət) və onunla əlaqəli mövzularda yaranır. Yəni belə məsələlərdə elm və yəqinə çatmaq labüddür.
v) İnsanların əksəriyyəti gümana uyur, elm və yəqinə çatmaq üçün özlərini zəhmətə salmırlar.
q) Qurani-kərimdə məhkum olunan və həqiqətə uyğun gəlməyən güman ən çox Allaha şərik qoşanlara aid edilir.(Ən-am surəsi, ayə 148)
Diqqət yetirmək lazımdır ki, Qurani-kərimin bəzi ayələrində ("zənn" sözünün yerinə) "zəəm" sözü işlədilmişdir.(Cümə surəsi, ayə 6)
"Zəəm" sözü haqqı hiss etməklə yanaşı olan güman mənasını daşıyır. Quran ayələrinə əsasən, "zəəm" (haqqı hiss etməklə yanaşı güman) digər gümanlarla müqayisədə daha artıq sorğu-suala tutulacaqdır. Çünki bəzilərinin səhlənkarlıq və etinasızlıq üzündən güman etməsi mümkündür. Lakin haqqı hiss etməklə güman edən şəxs öz gümanına diqqət yetirmiş və onun üzərində aparmışdır.

QURANDA YƏQİNLİK

Predikatın predmetə isbatı, eləcə də predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə "yəqin"lik deyilir. Buna əsasən "yəqin"in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən xaric olur. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil. Nadanlıqda da predmetin predikata sübutuna, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünə yəqinlik yoxdur. Lakin bu iki yəqinin hər ikisi şübhə ilə, yaxud onun əksinə göstərilən dəlillə aradan qalxır. Yəqin isə heç vaxt aradan getmir.
Qurani-kərim yəqin üçün qeyd olunan dörd şərtdən yaranan zərurəti "la rəybə fihi" (onda heç bir şəkk-şübhə yoxdur) və buna bənzər ifadələrlə bəyan etmişdir. Məsələn buyurur:
"Bu (Quran ), heç bir şəkk-şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır." (Bəqərə surəsi, ayə 2)
Ayədə qeyd olunan "ra rəybə" (heç bir şəkk-şübhə yoxdur) ifadəsinin mənası budur ki, Quran inkaredilməz bir həqiqətdir. Bu kitabda tövhidə və məada dəvət, vəhy və risalət iddiası olduğundan onun müddəaları da inkaredilməz bir həqiqətdir.
Başqa bir ayədə belə buyurulur:
"Ey Rəbbimiz! Həqiqətən, olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən!" (Ali-İmran surəsi, ayə 9)
Ayənin mənası budur ki, Allah-taalanın insanları bir yerə toplayacağı gün labüd həqiqətdir.
Quranda yəqin sözünün, öncə qeyd olunan mənası həmin sözdən düzələn digər sözlərlə bir neçə dəfə təkrarlanmışdır. (Rəd, 2. Bəqərə, 4 və 118)

YƏQİNLİYİN DƏRƏCƏLƏRİ

Quran baxımından yəqinliyin müxtəlif dərəcələri var: "Elmül-yəqin", "eynül-yəqin" və "həqqül-yəqin".
Qurani-kərim "elmül-yəqin"i "eynül-yəqin"ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır.(Təkasur surəsi, ayə 5-6)
Əgər yəqinlik zehni mərifətdən əyani mərifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını öz gözləri ilə müşahidə edər. Allah-taala "Təkasur" surəsində buyurur: "Əgər insan "elmül-yəqin" mərhələsinə çatsa, cəhənnəmi görə bilər." Yəni, biz "elmül-yəqin" mərhələsinə çatsaq, bizi bu mərhələ ilə tanış edən müqəddiməmiz də var.
"Eynül-yəqin" mərhələsindən yüksək mərhələnin adı "həqqül-yəqin"dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mərifətdə qərq olur. Quran baxımından "həqqül-yəqin" mərifətdə ən üstün bir yəqin deməkdir.(Haqqə surəsi, ayə 51)
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübut olunmasını, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və biliyin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı şəkildə müşahidədən fərqlənir.
Quran ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:
1-İlahi ayələri Allah barəsində yəqinlik hasil etmək üçün bir növ səbəb hesab etmək olar.(Rəd surəsi, ayə 2)
2-Özünü xəyallardan, zehnin batil göstərişlərindən nadanlığa qərq olmaqdan qoruyanlar təqvanın yüksək mərhələsinə nail olanlar və axirət aləminə inananlardır.(Bəqərə surəsi, ayə 4)
3-Mərifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.(Hicr surəsi, ayə 99)
4-Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.(Səcdə surəsi, ayə24)
5-Yəqin mərifət və elmin xarici nümunələrindən olduğu üçün məlumlara aid edilir. Məlum olan "Əsmayi-hüsna"nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mərifətlər və yəqinlər də müxtəlifdir. Hər bir mərifət öz həddində yəqindən bəhrələnir. Məhz bu səbəbdən yəqin üçün onun xarici nümunələrini nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.
6-Yəqinin ən yüksək dərəcələri "elmül-yəqin", "eynül-yəqin" və "həqqül-yəqin"dir.
7-Yəqinin bağlılıqları - Allahın gözəl adları məhdud olmadığından, yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivədə yəqinin son mərhələsi hesab etmək olmaz. Yəqinin həqiqəti çeşidli nurdan ibarətdir. O həm artır, həm də hüdudsuzdur.


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

31/10/2011 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

08/08/2011 ÖLÜM KOALİSİYALARININ XAÇLI MÜHARİBƏLƏRİ

n

03/05/2011 HƏQİQƏT ƏSLİNDƏ GÖRÜNDÜYÜ KİMİ DEYİL

n

13/12/2010 LENT.AZ-ı NARAHAT EDƏN NƏDİR?!

n

27/10/2010 BİZ NƏLƏRİ BİLMİRİK?

n

12/08/2010 MTV, YOXSA MURDAR TV?

n

17/05/2010 16 İLLİK ATƏŞKƏS

n

03/04/2010 ALINDA DÖYÜŞ, KÖYNƏKDƏ SÖYÜŞ...

n

06/03/2010 NƏHƏNG BEYNƏLXALQ TƏŞKİLAT

n

04/01/2010 BİLET FIRILDAĞI

n

12/09/2009 Yol əhvalatı

n

14/08/2009 Bir neçə sual

n

03/07/2009 İslam azadlıq və ədalət dinidir

n

08/06/2009 Malcolm X: "İsrail Fələstində nə qələt edir"
 
 

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net