ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
KORRUPSİONERİ, RÜŞVƏTXORU BAĞIŞLAMAQ OLARMI? | AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR? | POLŞADA DONVURMADAN 62, RUMINİYADA 5, İTALİYADA İSƏ 16 NƏFƏR ÖLÜB | MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB | KİTABXANA RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ | MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB | BU GÜN YUNANISTANDA TƏTİL ELAN OLUNUB |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Satanizm ideologiyası - 2
06/08/2009 - 13:14
eli.huseynli@gmail.com
Əli Hüseynli

Yazının I hissəsi bu linkdə

http://www.faktxeber.com/yazar_84_212_Satanizm%20ideologiyas305.html


Məbəd Şovalyeləri

 

Şovalyelərin yaranma tarixi XI əsrə aid edilir. Avropanın böyük bir yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə Şərqin və əsasən də Yaxın Şərqdəki müsalmanların rifah və zənginliyi Avropalıları, xüsusən də kilsəni cəzb etmişdi. Bu cazibə Avropalıları və kilsəni xaç yürüşlərinə sövq etdi.

1095-ci ilin noyabr ayında, Papa II Urbanın başçılığı ilə Klermon konsili keçirildi. Bu konsildə xaç yürüşlərinin təməli qoyuldu. Urbanın məqsədi xristiyanları müsalman türklərə və ərəblərə qarşı hücuma keçirmək idi və buna da nail oldu. Tarixçilərin də ifadə etdikləri kimi o dövrdə müsəlmanlar əhli kitaba böyük bir ədalətlə davranırdılar, hər cür ibadətlərinə də icazə verirdilər. Nəhayət 1096-cı ilin yazında Bizans imperatoru I Alexsiusun dəstəyi ilə üç böyük qrup Qüdsə yürüş etdilər. 1099-cu ilin iyul ayında Qüds işğal edildi. Xaçlılar Qüdsdə ağlagəlməz vəhşiliklər törətdilər. Onlar nəinki müsəlmanları hətta yəhudiləri də qılıncdan keçirirdilər. Xaçlıların vəhşicəsınə öldürdükləri müsəlmanların sayı təxminən 40 min nəfər təşkil edirdi.

Bu hadisədən 20 il sonra 1118-ci ildə ``Məbədçilər`` və ya ``Məbəd şovalyeləri`` (Templars), tam adı ``İsanın və Süleyman məbədinin yoxsul şovalyeləri`` adlı təriqət quruldu. Təriqətin qurucuları 9 nəfərdən ibarət idi: Hugues de Payens, Godfrey de st.Omar, Godfrey Poul, Godfrey Bisd, Payen de Montdidier, Archibald des st.Olman, Andrew de Montbard, Ronald de Freymond, Guillerme de Type. Bu qurucular Qüds kralı II Baldwinin hüzuruna gəlib, birinci səlib yürüşündən sonra xristiyanların mallarını və canlarını qorumaqlarını öz öhdələrinə götürürlər. Kral onlara böyük dəstək verib, bir zamanlar Süleyman məbədini (Məscidi Aksanı) əhatə edən ərazini bəxşiş olaraq bağışlayır. Böyük islam komandiri Səlahəddin Eyyubinin Xittin döyüşündə bu ərazini geri almasına qədər keçən 70 il müddətində ``Məbəd təpəsi`` məbədçilərin mərkəzi oldu.

O dövrdə Qüdsdə məbədçilərdən başqa da təriqətlər var idi. Böyük bir təşkilat olan st.John şovalyeləri xeyirli işlər görür, müqəddəs torpaqlardakı xəstələrin və kasıbların köməyinə çatırdılar. Masonluğun ən tanınmış simalarından biri olan Albert Pike (1809-1891) ``Morals and Dogma`` (Əxlaq və Doqma) adlı kitabında şovalyelərin inanc əsaslarını açıq şəkildə göstərir: ``Onlar masonluqla eyni inanca malikdirlər. Lakin hər ikisi öz mənbələrini Satanizmdən götürüblər. Şovalyelərin tanrısı Baphometdir. Simvolları da Pentoqramdır. Onların özlərinə məxsus xüsusi ayinləri vardır. Şovalyelərin əsas məqsədi zənginlik və güc əldə etmək və bütün dünyada öz hegemonluqlarını yaymaqdır``.

A.Pike ilə İngilis yazıçıları Christopher Knight və Robert Lomasda eyni görüşdədirlər. Bundan belə nəticəyə gəlmək olar ki, həqiqətən şovalyelərin satanizmlə sıx əlaqəsi vardır. Onların hər ikisinin şeytanı tanrı olaraq qəbul etmələri daha məqsədəuyğundur.

Şovalyelərin bu gün nüfuz dairəsi çox böyük deyil. Onlar Masonluğun tərkibində fəaliyyət göstərirlər. Demək olar ki, müstəqil şovalye təşkilatı bu gün yoxdur. Lakin bəzi ölkələrdə, xüsusən də Türkiyədə Konstantinopol şovalyeləri adlı gizli təşkilat fəaliyyət göstərir.

 

c) Modern satanizm.                                                                                                           

Modern satanizmin təməllərini XX əsrin əvvəllərində Aleister Crowley qoymuşdur. Caduların edildiyi, heyvanların öldürüldüyü, uyuşdurucu maddələrin istifadə olunduğu, qanlı ayinlərlə məhşur olan və satanizmin məxfi düsturlarının anlatıldığı The Book of Law (Qanun Kitabı) şeytanın yazdırdığını iddia edən Crowleyə görə insan etmək istədiyi hər şeyin sonunu fikirləşmədən həyata keçirməlidir. Böyük canavar (The Beast666) ləqəbi ilə tanınan Crowley fəlsəfəsinin təməl nöqtəsini ``nə istəyirsən, onu et`` düsturu təşkil edir. Onun fikrinə görə insan, fikrindən keçirdiyi mənfi düşüncələri, onun səbəbi olacaq fəlakətləri, pislikləri düşünmədən həmin an etməlidir. Cəmiyyətdə sülh və əmin-amanlıq buraxmayacağı açıq bəlli olan anormal fikirləri Crowley bu ifadə ilə bildirir. ``Mən müqəddəs şeylərə küfr etməyi, cinayəti, təcavüzü və çevrilişi istəyirəm``.

Crowleydən sonra XX əsrin 60-cı illərində Amerikanın Kaliforniya əyalətində Anton Szandor Lavey adlı bir yəhudi modern satanizmin inkişafına imza atdı. A.S.Lavey 11 aprel 1930-cu ildə Şimali Qafqazdan Amerikaya hicrət edən bir mühacir ailəsində anadan olmuşdur. O, şeytan kilsəsini qurmadan əvvəl sirkdə heyvan tərbiyəçisi, polis fotoqrafı, kriminal mütəxəssisi və aktyor işləmişdir.

Lavey 30 aprel 1966-cı ildə San-Fransiskoda Şeytan Kilsəsinin açılışını etdi. O, bu kilsədə seçilmiş, varlı, savadlı insanlardan bir qrup yaratdı. Qrupun əsas məqsədi, müəyyən mənfi enerji topladıqdan sonra qaranlıq gücləri əldə etmək idi. Və bu gücün adı şeytandır. Lavey şeytanın səsini eşitdiyini söyləyirdi, amma qızıl qanadlı, qoşa buynuzlu, uzun dırnaqlı, haça mizraqlı şeytan modelinə qarşı çıxırdı. O, həqiqi pisliyin insanın iç dünyasında olduğu görüşündəydi. Bunları başa düşmək üçün əlavə heç bir şeyə gərək yoxdur, sadəcə insanlara baxmaq kifayətdir.

Anton Lavey, ``The Satanic Bible``(Şeytan incili), ``The Satanic Rituals``(Satanizmin ayinləri), ``The Satanic Witch``(Satanik cadu), ``Devil's Notebook``(Şeytanın qeyd dəftəri), ``Satan Speaks``(Şeytan danışır) kitablarının müəllifidir. Onun ``The Satanic Bible``(Şeytan incili) ən önəmli əsərlərindəndir. Bu əsər satanizm fəlsəfəsi, ideyaları və hədəfləri haqqında məlumatları özündə cəmləşdirir. Burada şeytan, azadlıq, güc və qüvvətin yer üzündə ən layiqli təmsilçisi kimi göstərilir. Kilsə və üzvləri mənəvi güclərini ondan alırlar. Şeytan eyni zamanda intiqam və insanların işlədikləri bütün günahların çıxış mənbəyi olaraq göstərilir. Üsyan və şəhvət şeytanda, əsasən də satanizmdə olması gərəkən ən əsas xüsusiyyətdir.

Satanizmin özünəməxsus teoremləri vardır. Bu teoremlərdən biri din əxlaqına və bu əxlaqa aid hər bir şeyə qarşı olmasıdır.

Satanistlər ateistdirlər və onlar hər növ dini dəyərlərlə mübarizə aparırlar. Onların əsas hədəfi Xristiyan dinidir. Çünki Xristiyanlıqda kilsə hər zaman nüfuzlu olmuş və satanistlərin açıq fəaliyyətinə mane olmuşdur. Əsrlər boyu saxlanılan düşmənçilik bu gün də davam etməkdədir. Xristiyanlıq isə həmişə olduğu kimi irəliləyişin qarşısındakı ən böyük əngəl olaraq qalır. Bu əngəli dəf etmək üçün dindən uzaqlaşmaq lazımdır.

 

Anton Laveyin müəyyən etdiyi 11qayda, satanistlərin gündəlik həyatlarını ifadə etməsi baxımından vacibdir:

1. Səndən soruşmadıqda heç kimə göstəriş və ya tövsiyyə vermə!

2. Eşidəcəyinə əmin olmayınca dərdini heç kimə demə!

3. Başqasının evində ona hörmət eks təqdirdə heç ora getmə!

4. Qarşındakının istəyi olmadan onunla danışma!

5. Evinizdəki qonaq sənə pislik edərsə, sən də ona mərhəmətsiz davran!

6. Bir problemi həll edib, kiminsə dərdinə əlac olmaq kimi hər hansı bir məsuliyyətin xaricində sizə aid olmayan heç bir işə qarışmayın!

7. Arzularını həyata keçirə biləcəyi sehr gücünə inan. Onun gücünü qəbul et. Əks təqdirdə qazandıqlarının hamısını itirə bilərsən!

8. Sizinlə əlaqəsi olmayan heç bir şeydən şikayət etmə!

9. Uşaqlara zərər vermə!

10.  Sənə zərər vermədikcə heyvanları öldürmə!

11.  Açıq bir ərazidə gəzdiyin zaman heç kimi incitmə. Əgər kimsə səni narahat etsə, bunu ona etməməsini söylə. Əgər dayanmasa, ona hücum et!

Məşhur Amerikan ateist filosofu James Whitlock ``Believing in God`` (Allahamı inanırsınız?) adlı məqaləsində Allahı belə dəyərləndirir; ``Allah faydasından daha çox zərəri olan bir məfhumdur. Din tərəfdarları öz dinləri uğrunda yüz illərdir bir-birləriylə müharibə aparmaqdadırlar. Dinlər hər cür faktordan daha çox insan ölümünə səbəb olmuşdur. Axirətə də inanmıram. Çünki həyatda baş verən bütün yaxşılıq və pisliklər yalnız bu dünyadadır .İkinci bir dünya yoxdur .Məncə Amerikanın üçdə biri Allaha inanmır. Yox olmaq istəmədiyimdən ölmək də istəmirəm. Siz də həyatınızı əyləncə ilə yaşayın, ölüm haqqında fikirləşməyin``. 

 

Satanik incildə satanizmin 3 prinsipi göstərilir:

1. Şeytan qadağanediciliyi deyil, mərhəmətliyi təmsil edir.

2. Şeytan boş xəyalların deyil, əsl həqiqətin təmsilçisidir.

3. Şeytan ikiüzlü hiyləgərliyi deyil, ağıllılığı təmsil edir.

4. Şeytan nankorlar üçün boş yerə sərf edilən sevgini deyil, haqlılara göstərilən sevgini təmsil edir.

5. Şeytan vampirlərə olan sevginin tam bir dəlilik olduğunu bildirir.

6. Şeytan pisliyə qarşı susmaq əvəzinə intiqamı dəstəkləyir.

7. Şeytan insanın fiziki, əqli və duyğusal sevincinə, məmnuniyyətinə vəsilə olan günahları təmsil edir.

8. Satanizmdə insan da digər dördayaqlı heyvanlardan biridir. Bəzən onlardan daha yaxşı, amma çox vaxt da onlardan daha pisdir.

9. Şeytan kilsənin bu vaxta qədər sahib olduğu ən yaxşı dostudur. Çünki kilsə bu vaxta qədər şeytan sayəsində aktiv qalmışdır.

 

Satanistdə olması gərəkən xüsusiyyətlər 21 satanik nöqtədə verilmişdir:

1. Zəiflik və zorakılığa ehtiram göstərmə. Onlar xəstələri güclü edən vasitələrdir.

2. Gücünü hər zaman qoru, çünki qalibiyyət gücdədir!

3. Xoşbəxtliyi zəfərdə axtar, barışda deyil!

4. Az dinləməyi çox dinləməkdən üstün tut!

5. Sonunu görə bilmədiyin bir şeyi çox sevmə!

6. Qumda deyil, qayada bina tik. Sadəcə bu gün və sabah üçün deyil, hər zaman üçün inşa et!

7. Hər zaman daha çox şey üçün çalış!

8. Boyun əyməkdənsə, ölməyi üstün tut!

9. Sənət əsərləri deyil, ölüm üçün qılınclar yarat. Sənətin böyüklüyü bundadır!

10. Özünlə bacarmağı öyrən, belə olduqda hər bir şeylə bacara bilərsən!

11. Beyinlərində ən yüksək fikir qura bilənlər, daha irəlini görə bilərlər!

12. Sevgiyə inanma, bu ötəri bir duyğudur!

13. Sadəcə irəli deyil, yüksəkliyə doğru hərəkət et!

14. Məhv etdiyi anda yenidən yaradan təzə və güclü külək olaraq gəl!

15. Yaşamağın sevincini bir hədəf halına gətir. Amma ən böyük məqsədin böyüklük olmalıdır!

16. İnsandan başqa heç bir şey gözəl deyil, amma ən gözəl insan qadındır!

17. İlluziyaları və yalanları qəbul etmə, çünki onlar güclülüyün qarşısını alır!

18. Yüksək olan hər bir şey kədərlə əldə edilir!

19. Yaşamağın qayəsi yeni toxumların inkişaf edə bilməsi üçün münbit bir zəmindir!

20. Yalnız əkinçi toxumları əkə bilər!

21. Öldürməyən daha çox şey əldə edər!

 

Satanistlər insanlarda olan bəzi xüsusiyyətləri günah sayırlar:    

a. Ağılsızlıq: satanik günahların başında gəlir. Ən böyük günah sayılır.

Satanistlərin fikrinə görə ağılsız insanın heyvandan heç bir fərqi yoxdur.Əsl satanistin ağlı adi insan ağlından fərqlənir, çünki satanizmi hər insan anlamır.

b. Göstərişçilik.

c. Yalnızlıq.

d. Hiyləgərlik.

e. Fikirləşmədən inanmaq.

f. Kim və nə olduğunu unutmaq.

g. Köhnə və həqiqi anlayışları unutmaq.

h. Zərərverici dərəcədə qürur.

i. Estetik yoxluq.

 

Anton Laveyin fikirlərinə baxsaq, insan heyvanlardan aşağı səviyyədə olan canlı kimi qeyd olunur. Onun bu qədər aşağı səviyyədə olmasının səbəbi müqəddəs ruhu və zehni artımıdır. Yalnız insana bəxş edilən ağıl, fikir, iradə, hiss, şüur, vicdan kimi mexanizmalar insanı mükəmməlliyə aparan xüsusiyyətlərdir. İnsan bu mexanizmaları işlədərək mələkləri də geridə buraxa bilər. Bu mexanizmalardan düzgün istifadə etməmək, insanı heyvandan daha aşağı səviyyəyə düşürə bilər. Lavey yaxşı ilə pisi, gözəl ilə çirkini bir-birinə qarışdıraraq insanların təsəvvürünə hakim kəsilmişdir.

Son dövrlərdə satanizmin inkişafı ilə əlaqədar olaraq onların bir çox qolları yaranmışdır. Bu qollar klanlar adlanır:

1. Dablerlər

2. Şeytan kilsəsi

3. Qnostiklər

    a. Prometmean qnostikləri

    b. Qaranlıq qnostikləri

4. İki incil satanistləri

5. Cəhənnəm klubu

6. Romantik satanistlər

7. Fraternity of Bealder

8. ONA (Order of nine Angels)

9. Satanism Destutive Task Force

10. Arthur Desmond

11. World Deniad Orq.

12. Qrovleylər

13. Order the Evil Eye

14. Levciferion Light qroup. 

 

Son illərin məlumatına görə ABŞ-da 15 milyona qədər satanist vardır. Hətta orduda da satanistlər vardır. Şeytan kilsəsinin təməli ``The Hell-Five Club of 18 Century England``, ``Cəhənnəm işığı`` adlı bir kluba dayanır. Blanche Barto ``Sekret life of a Satanist`` (Bir satanistin gizli həyatı), ``Church of Satan`` (Şeytan Kilsəsi), ``The Book of the Law`` (Qanun kitabı) əsərlərini qələmə alımışdır. Bundan başqa Luis Cantero ``My Path to Satanizm`` (Satanizmə gedən yolum), ``Gon Control ond Satanizm`` (Silah kontrolu və Satanizm), Magister Peter Gilmore ``What is the Satanizm?``(Satanizm nədir?), Peggy Nadramia ``Satanizm, Nasizm and Fachsizm`` adlı məqalələr yazmışlar.


Davamı var


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

14/11/2011 ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI

n

05/10/2010 TARİXDƏN GƏLƏN QONDARMA BÖYÜK ERMƏNİSTAN İDDİASI

n

05/01/2010 QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN

n

30/10/2009 Bilderberq qrupunun 2012-ci il planı

n

17/10/2009 MÜSTƏQİLLİYİN 18 İLİ

n

09/10/2009 Azərbaycan siyasətində dialoq oyunbazlığı

n

09/10/2009 SATANİZM İDEOLOGİYASI - 6

n

02/10/2009 METRODA BAŞIMA GƏLƏNLƏR

n

21/09/2009 SATANİZM İDEOLOGİYASI - 5

n

12/09/2009 Qarabağda referendum Azərbaycana nə vəd edir?

n

08/09/2009 Satanizm ideologiyası - 4

n

31/08/2009 Satanizm ideologiyası - 3

n

06/08/2009 Satanizm ideologiyası - 2

n

28/07/2009 Satanizm ideologiyası

n

04/07/2009 Qara piar kampaniyası

n

11/04/2009 Bir Buş gedər, o biri gələr...
 
 

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net