Gözəllikləri
vəsf edən Allaha Həmd və Səna olsun. Əgər
insan bir an belə özbaşna qalsaydı, bəşəriyyət çoxdan məhvə sürüklənmişdi.
Fəqət, İslam və onun gözəl şəriəti olmasaydı, indi insanlıqdan əsər əlamət
qalmazdı. Freydin təbiri ilə desək, insanların təbiətində "tarazlıqların
pozulması" halları adi hal alacaqdı. Necəki Qərb dünyasında artıq bu hal baş
verməkdədir. Axı, tarazlığı sevən Allahdır, nizamı, intizamı sevən də Allahdır.
Əks tərəfdə, hər vasitə ilə bu tarazlığı insanların daxilində elə onların öz əlləri ilə
pozmağa çalışan şeytan durur. Bu bir yəqin məsələdir ki, şeytan Allahın yer
üzündəki xəlifələrini (insanları) hər bir vasitə ilə insanlıqdan çıxaracağına
and içib. İnsanı heyvandan da alçaqlıqda (homoseksual, lezbian, fahişə,
cinayətkar və s. kimi) görmək məhz
şeytanın istək və iradəsidir.
Bütün
səmavi dinlər, hətta buddizm və iudaizm və bu dinlərin ravvinləri hər bir
vasitə ilə homoseksualizmi qınayır. Bu
insanlığa yad bir davranışı inkar edən, onu məzəmmət edən ideya tək İslam
deyil. Baxmayaraq ki, Qərb dünyasının sözçüləri homoseksualizmə haqq
qazandıran, müdafiə məqsədli çıxışlarında ortaya məhz İslam "əngəl"ini
qoyurlar. Sanki, yalnız İslam dini bu qeyri-ənənəvi cinsi münasibətə qarşı
çıxır. Halbuki yuxarıda qeyd etdiyim kimi bütün səmavi və qeyri səmavi dinlər
bu və ya digər vasitə ilə bu insanlıqdan yad hərəkəti məhkum edir. Təbii ki, Qərbin bu mövzuda pak
olan İslam dinini hədəf tutması təsadüfi deyil. Məqsəd, müsəlmanların Qərb dünyasında artan
nüfuzunu azaltmaq və onları hüquqlardan məhrum etməkdir.
Bir
sözlə indi dəyərlərin toqquşduğu, ideyaların və mədəniyyətlərin qarşılaşdığı
bir zamandır. Bu zaman kəsiyində
kimlərsə post-modernist fikrlərə sahib çıxacaq, kimlərsə idealist fikrləri həzm
edəcək, bir başqaları mühafizəkarcasına davrancaqlar. Proses artıq başlayıb və
dünyanın demək olar ki bütün ölkələrinə və cəmiyyətlərinə sirayət edib. Əsas
mübarizə isə çılpaq, açıq
cəmiyyət və dəyərlərə sahib cəmiyyət arasında gedir. Yəni, daha dəqiq desək, ideyaların
mübarizəsi əslində cəmiyyətlərin gələcəyindən xəbər verir. Nəzərə alsaq ki,
cəmiyyət eyni ehtiyaclar, eyni əqidə və fikirlər, eyni qanunlar çərçivəsində
yaşayan və bir-biri ilə sıx əlaqədə olan insanlar toplusundan ibarətdir, o
halda qalib gələcək əqidə də cəmiyyətdə hakim rol oynayacaq.
Bu bir həqiqətdir ki, insan tək halda mövcud ola
bilməz. Allah insanları müxtəlif gücdə
və ağılda yaratmaqla onları bir-birinə möhtac elədi. Necə ki, kişini qadına,
qadını da kişiyə möhtac etdiyi kimi. Bir sözlə, Allah insanları sosiallaşdırdı.
Ünsiyyətə vadar etdi. Siz təsəvvür edin, əgər hamı eyni yaradılsaydı (lap elə
inqibatordan çıxan toyuqlar kimi) onda cəmiyyətə və ünsiyyətə belə ehtiyac
qalmazdı. Belə olan halda açıq bir sual meydana çıxır ki insan bir fərd olaraq
cəmiyyətdən kənarda mövcud ola bilər ya bilməz?! İslam dininin cəmiyyət haqqında olan nəzərinə görə, cəmiyyət təbii mürəkkəbin
bir növü olan həqiqi mürəkkəbdir. Ancaq burada bədənlər və üzvlər deyil,
ruhlar, fikirlər, ideyalar, istəklər və mədəniyyətlər bir-biri ilə birləşirlər.
Maddi ünsürlər bir-birinə təsir edərək, yeni xüsüsiyyətlərə malik vücud
yaratdıqları kimi, ictimai həyata qədəm qoyan insan fərdləri də, ruhi cəhətdən
bir-biri ilə qarışaraq "ictimai ruh" adlanan yeni ruhi şəxsiyyət yaradırlar. Bu
tərkib xüsusi bir təbii tərkibdir və buna bənzər heç bir şey tapmaq mümkün
deyildir. Bura da üzvlər bir-birinə zahiri və həqiqi təsir göstərdikləri,
nəticədə, zahiri və həqiqi dəyişikliklərə uğradıqları üçün, təbii və həqiqi
tərkib adlanır. Bu birləşmədə mürəkkəb varlıq həqiqi surətdə mövcud olmadığına
görə, digər təbii varlıqlardan fərqlənir. Yəni digər təbii mürəkkəb varlıqlarda
tərkib və qarışma, həqiqi tərkibdir. Çünki üzvlər bir-birinə həqiqi təsir
göstərir və onların şəxsiyyəti dəyişərək tam başqa bir varlığa çevrilir,
nəticədə vahid bir varlıq əmələ gətirir. Yəni çoxlu sayda ünsürlər birləşərək
vahid bir şəxsiyyətə çevrilirlər.Amma,
cəmiyyət və insanın qarışmasındakı tərkib, təsadüfü və mümkün olan bir
tərkibdir. Çünki, təsirlər və əlaqələr həqiqi olduğuna baxmayaraq, cəmiyyət
üzvləri yeni şəxsiyyət əldə etsələr də, say çoxluğu vahid bir varlığa çevrilir
və vahid insan yaranmır. Vahid insan çoxlu fərdlərin cəmindən ibarət olur,
şərti varlığa malikdir və təsadüfü olaraq yaranmır.Bütün bu sadalanlardan
sonra açıq şəkildə demək olar ki, fərdlərcəmiyyətdə öz fərdi istək və iradələrindən deyil, məhz ictimai ruhun
iradəsindən çıxış etməli, mövcud dəyərlər sistemini dəyərləndirməlidir.
Bəs
onda əslində Qərbdə, qərb cəmiyyətlərində nə baş verir?! Homoseksuallar cəmiyyətdə
özlərinə necə dayaq tapır?! Məsələ budur ki, Qərb tərzi-təfəkkürünə görə, insanda
mövcud olan cinsi ehtiras, sevgi meyli ona qadağan edilə bilməz. Kişiyə əmr oluna bilməz ki, sən hökmən qadın sevməli
və onunla yaşamalısan. Onlar belə düşünürlər ki, əgər cəmiyyətdə homoseksualizm, lezbianlıq, fahişəlik varsa, bu gerçəklikdir və
qanuniləşdirilməlidir. Bu ehtiyacı ödəmək üçün fahişəxanalar açılmalı,
televiziyada prezervativ rolikləri fırladılmalı, pornoqrafik filmlər nümayiş
etdirilməli, qəzet və jurnallar dərc olunmalıdır?! Əgər siz bütün bu
iyrəncliklərə etiraz etsəniz, demək, idealistsiniz, gerçəkliklə barışmaq
istəmirsiniz. Məhz, bu səbəbdən Qərb
dairələri müqəddəs və pak olan dinimizə belə ikrah hissi ilə yanaşırlar. Çünki,
İslam hər bir şəxsə dəyər verir və onun hər bir haqq və hüququnun qorunmasına
çalışır. Bütün bunlara dinimiz cəmiyyət nöqteyi nəzərindən yanaşır. Heç
təsadüfü deyil ki, HəzrətPeyğəmbərimiz (s) belə
buyurmuşdur. "Bir qurup insan gəmiyə minib yola düşdülər. Hər bir sərnişin öz
yerində əyləşmişdi. Sərnişinlərdən biri əyləşdiyi yerin yalnız ona məxsus
olduğunu iddia edərək oranı deşməyə başladı. Əgər digər sərnişinlər ona mane
olsaydılar, nə özləri qərq olardılar, nə də o biçarə." Bu, "mən özümə
cavabdehəm" deyən və cəmiyyət arasında günah və pozğunluğu yaymaq istəyən
şəxslərə gözəl misaldır. Onlar öz çirkin əməlləri ilə təkcə özlərinə deyil,
yaşadığı cəmiyyətin bütün üzvlərinə zərbə vururlar.
Bəli,
güman edirəm ki qısaca da olsa reallıqların nədən ibarət olmasını bu kiçik yazı
ilə çatdıra bildim. Hər bir insan, xüsusi ilə cəmiyyətə yeni qədəm qoyan, ilk
və kövrək addımlarını atan gənclər bu məsələlərdə agah olmalı və heç bir halda
yalnış ideyaların potensial daşıyıcılarına çevrilməməlidirlər. Axı Allahımız
gözəldi və hər bir vaxt öz bəndəsini gözəl görmək istəyir. Niyə gözəllikləri
atıb, çirkinliklərin ardınca olaq?! (Bu oxuculara açıq və səmimi sualım idi, bu
barədə azacıq da olsa düşünməyə dəyər).
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.