ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
POLŞADA DONVURMADAN 62, RUMINİYADA 5, İTALİYADA İSƏ 16 NƏFƏR ÖLÜB | MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB | KİTABXANA RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ | MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB | BU GÜN YUNANISTANDA TƏTİL ELAN OLUNUB | ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR | SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Satanizm ideologiyası
28/07/2009 - 17:16
eli.huseynli@gmail.com
Əli Hüseynli

Həmd, şükür, sonsuz minnətdarlıq Uca Allaha (c.c) məxsusdur. Allahın salamı olsun onun son peyğəmbəri Hz.Mühəmmədə (s) və onun pak Əhli-Beytinə.

Bəşəriyyət yarandığı gündən etibarən, bir sıra ateist və yanlış idealogiyalar müxtəlif zaman və məkanlarda təşəkkül tapmışdır. Onlar qeyri-obyektiv davranışlarıyla bir çox insanları öz saf əqidələrini dəyişməyə və haqq yolundan çıxmalarına səbəb olmuşlar. Bütün bu qeyri-obyektiv davranışlar məni bu idealogiyalardan biri olan satanizm barədə yazmağıma səbəb oldu. Müraciətimin digər səbəbi də, satanizmin fərqli inanc əsaslarının olması və digər idealogiyalardan əsaslı şəkildə fərqlənməsidir.

İnsan digər varlıqlardan çox fərqli olaraq yaradılmış, maddi-mənəvi fikirləriylə bəşəriyyətin ən şərəfli zirvəsinə yüksəldilmişdir. Ən üstün varlıq olmaq insana bir çox məsuliyyətlər gətirmiş və ondan bu məsuliyyətlərə cavabdeh olmaq tələb olunmuşdur. Şeytan isə insanı bu məsuliyyətlərdən kənarlaşdıraraq, Allah qarşısında günahkar etmək üçün var gücüylə çalışır.

Satanizm tam fərqli bir idealogiyadır. Onun yaranma məkanı və vaxtı da fərqlidir.

Müasir satanizm Anton Szandor Lavey tərəfindən 30 aprel 1966-cı ildə San Fransiskoda yaradılmışdır. Laveyin yaratdığı idealogiya çox qısa bir zamanda məşhurluq qazanmış və bir çox ateist insanların marağına səbəb olmuşdur. Laveyin ölümündən sonra satanizm bir müddət inkişafını dayandırmış, amma son 10 ildə yenidən inkişaf edərək bir çox ölkələrdə gizli fəaliyyətə başlamışdır. Onun bu inkişafı xristian və müsəlman dünyasının narahatlığına səbəb oldu, çünki satanistlər əsasən xristian və müsəlman gənclərin psixologiyalarına təsir edərək, onları öz cəmiyyətlərinə daxil edirlər. Bundan əlavə onlar gənc insanları mənfi işlər görməyə təhrik edirlər. Bu mənfi işlər onların xüsusi ayinləridir. Ayinlər vasitəsilə hər il yüzlərlə gənclər, xüsusəndə qızlar şeytana qurban adıyla öldürülürlər.

Satanizm insanların şüuruna musiqi vasitəsilə də təsir göstərir. Ağır rok musiqisi əsəbləri gərginləşdirir və insanları qanlı ayinlər törətməyə təhrik edir.

Satanizmin fərqli xüsusiyyətlərindən biri də, onun digər oxşar idealogiyalarla münasibətidir. Satanizmə məna və məzmunca oxşar olan Vampirizm, Darvinizm, Masonluq, Faşizm, Komunizm idealogiyalarıdır. Bütün bu idealogiyaların oxşarlığı, onların kökünün eyni düşüncəyə malik olmasından ibarətdir.

Satanizmdəki şeytandan fərqli olaraq, İslamda şeytan haqqında geniş məlumatlar vardır. Şeytan sözü ərəb mənşəlidir, uzaq, kənar mənalarını bildirir.

Şeytanın  mələk və insanla müəyyən münasibətləri vardır. Lakin şeytan əksər hallarda insanlara təsir göstərir və onları düzgün olmaqdan çəkindirir. Qurani Kərim və hədislərdə şeytanın mənfi təsirləri haqqında kifayət qədər məlumatlar vardır.

Şeytan digər məfhumlardan özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Şeytanda heç bir məfhumda olmayan mənfi, çirkin xüsusiyyətlər toplanmışdır. Lakin bütün bunlara baxmayaraq, şeytandan qorunmaq o qədər də çətin deyil. Yetər ki, insanın qəlbində Allaha iman, sevgi, hörmət, səbr hissləri bol olsun, bu vasitələrlə insan şeytandan gələn bütün çətinlikləri dəf edə bilər.    

Satanizm tarixi və idealogiyası.

Satanizm fəlsəfədə və ədəbiyyatda şeytana və mənfiliyə bağlılıq və onları ucaltma deməkdir. Satanizmin digər idealogiyalar kimi çox mürəkkəb tarixi vardır. Lakin satanizmin köklü tarixi haqqında dəqiq bilgi mövcud deyil. Satanizm tarixi yaranma məkanına görə 3 hissəyə bölünür:

A) Şərqdə Yezidilik.

B) Qərbdə klassik satanizm.

C) Modern satanizm.

a) Yezidilik.     

Şərqdə satanizm Yezidilik şəklində ortaya çıxmışdır. Yezidilik, Əməvi dövlətinin süqutundan sonra, hicri 132-ci ildə yaranan bir cərəyandır. Bu cərəyanda Yezid b.Müaviyə müqəddəs sayılır və Mələk Tavus adını verdikləri şeytana ibadət edilir (ww.satanizmtehlikesi.com). Yezid adını, Sultan Yezid kimi göstərdikləri Yezid b.Müaviyədən aldıqları güman edilir. Digər fərziyyəyə görə Xariciliyin İbadiyyə qolundan ayrıldığı söylənilən Yezid b.Üneysəyə dayandığını irəli sürənlər də olmuşdur. Bundan başqa Yezid adının qədim İran inanclarındakı xeyir Allahı İzd ya da Yezdandan gəldiyini təxmin edənlər vardır.

Bu dini motivli məzhəbin qurucusu Şeyx Adiy b.Müsafirdir. Onun "İtikadu Əhlis-sünnə vəl Cema" adlı kitabı mövcuddur. Bundan başqa Yezidilərin "Kitəbul-Cilvə"(Vəhiy kitabı) "Mushafur-Riyş" (Qara kitab) kitabları vardır.

Əməvi dövlətinin süqutundan sonra Yezidilik, siyasi bir hərəkət olaraq ortaya çıxdı. Onların fikirlərinə görə Quranda lənətlənən şeytan müqəddəs sayılır. Şeytanın müqəddəsləşdirilməsi üç formada göstərilmişdir:

1. Şeytanın Hz.Adəmə səcdə etməməsi. Onlara görə bu, özündən başqasına səcdə edilməməsini əmr edən Rəbbin əmrini, bütün mələklər unutduğu halda onun unutmamasındadır. Belə ki, mələklər Adəmə səcdə etdikləri halda onun bunu etməməsi ilk üsyankar olduğunun sübutudur. Çünki, Adəmə səcdə əmri bir imtahandır. Şeytan bu imtahandan keçmiş və Allah onu mükafatlandırıb, mələklərin tavusu etmişdir.

2. Şeytanı müqəddəsləşdirmələrinin bir səbəbi də ondan qorxmalarıdır. Çünki şeytan ilahi əmri rədd edəcək dərəcədə güclü olduğunu bu hadisədə göstərmişdir.

3. Onlar şeytanı üsyan və qəhrəmanlığı səbəbiylə müqəddəs sayırlar.

Başlanğıcda tamamən sünni məzhəbini əsas götürən bu hərəkat, qurucusunun ölümündən sonra savadsızlığın və İslamdan əvvəlki inancların təsiriylə yollarını azmış və bu idalogiyaya mənsub olanlar həm Şeyx Adiyi, həm də Yezid b.Müaviyəni insanüstü varlıqlar olaraq görmüşlər.( Mehmet Yavuz Şeker, Şeytan gerçeği ve satanizm, İzmir, 1999, s.160-161.)

Yezidilər islami bir məzhəb kimi qeyd olunmurlar, belə ki təzad dolu fikirlərin heç biri İslam dini ilə uyğunlaşmır. Yezidi düşüncədən məntiqli bir hikmət və ya dini bir fəlsəfə çıxarmaq mümkün deyildir.

Yezidilik Şeytanın izahını fərqli şəkildə göstərir:

A) Şeytanın ruhu şərli olduğu üçün, onun qəzəbindən qorxmaq və mərhəmətə gətirməyə çalışmaq lazımdır.

B) Şeytan, Allaha müvəqqəti olaraq üsyan etmişdir, cəzasını çəkdikdən sonra təkrar səmada əvvəlki yüksək mərtəbəsini qazanacaqdır.

C) Bəziləri şeytanı düşmən bildikləri halda, müəyyən vaxt ərzində onu gözlərində böyütmüş və nəhayət ona tapınmağa başlamışlar.

D) Şeytan, Adəmə səcdə etmədi. Bu onun əməlinin təmizliyinə dəlalət edir. Hər kəs tövhidi ondan öyrənməlidir. Ondan tövhid dərsi almayan kafirdir.( Mani b.Hammad Əl-Cühəni, Çağdaş fikir akımları, Beka yayınları, İstanbul,2001, s. 357-359.)

Yezidilərdə lənət sözünü işlətmək qadağandır. İblis və şeytan sözlərinin yerinə Tavus Mələk və ya Tavusul-Məlaikə sözlərinə üstünlük verilir. Onların tapındıqları Mələk Tavus, Səncik adlandırılan xoruz şəklində tuncdan bir heykəldir. Bu xoruzun ayaqları yoxdur.

"Kitəbul-Cilvəyə" görə, bütün yaradılmışlardan əvvəl Mələk Tavus, yəni şeytan var idi. Özü seçilmiş, əzəli varlıq olan Abtavus onu dünyaya gətirmişdir.

"Mushafur-Riyş"də bəzi qadağalar əks olunub: kahı, paxla, kələm, balıq, maral və xoruz əti haramdır. Tünd göy paltar geyinmək, hamama girmək, Yezidə və şeytana lənət ifadə edən sözlər işlətmək günah sayılır.

Yezidilər ateist və ya dinsiz deyil, müşrikdirlər. Yəni Allahın varlığına,  əzəli və əbədi yaradıcının O olduğuna inanırlar, namaz qılar və oruc tutarlar.

Onlar Məkkə müşrikləri kimi Allahın yanına iki-üç ilah qoyar, onlardan şəfaət, yardım diləyərlər. Şeytan bu ilahların başında gəlir.

Yezidilikdə imanın şərtlərindən biri də, Yezid b.Müaviyəni insanlığın sevinc və işıq sultanı olduğunu bütün qəlbiylə qəbul etməkdir. Bəziləri, Yezid adının əvvəlinə sadəcə "həzrət" deməklə kifayətlənirlər, bəziləri də onu "sahabə oğlu" sayaraq cənnətlik görürlər.( www.satanizmtehlikesi.com)

Yezidilərin yerinə yetirmələri gərəkən dini vəzifələri bunlardır:

1. Namaz: Səhər və axşam qılınır. Namazdan əvvəl əllər və üz yuyulur.

2. Oruc: Ümumi və xüsusi olaraq iki yerə bölünür. Xüsusi orucu din adamları tutur. İyirmi gün dekabr ayında, iyirmi gün də iyul ayında. Ümumi oruc hər Yezidin dekabr ayının əvvəlində tutduğu üç gün orucdan ibarətdir.

3. Həcc: Adiy və atası Müsafirin türbələrini ziyarət etmək həcc sayılır. Bu ayin 20-30 sentyabr arasında icra olunur.

4. Zəkat: Yezidilikdə zəkat islamdakı zəkatdan öz strukturuna görə fərqlənir. Belə ki, Mürid deyilən xalq təbəqəsi gəlirlərinin yüzdə onunu şeyxlərə, yüzdə beşini pirlərə, yüzdə ikisini də kasıblara vermək məcburiyyətindədir.

Yezidilikdə digər təriqətlərdə olduğu kimi dini siniflər, təbəqələr, mürşidlər vardır. Bunlar belə sıralanır:

1. Mir: Mirlər dini işlərlə məşğul olurlar. Mir, hər cür dünyəvi işdə də tək söz sahibidir. Şeyx Adiy b.Müsafir öldükdən sonra onun yerinə Şeyx Bərəkat mir vəzifəsinə təyin olunmuşdur.

2. Baba Şeyx: Onlar saç və saqqallarını əsla kəsmirlər, başdan ayağa bəyaz geyinirlər. Baba Şeyx fakih və mollanın yerini əvəz edir. Onun qoyduğu dini qanunlara əməl olunur, şərhlərinə digər şərh əlavə olunmur. Onun şərhindən sonra ictihad qapısı bağlanır. O qapını açaraq yeni şərh vermək dinsizlik sayılır.

3. Kasıblar: Vəz və nəsihət işləriylə məşğul olurlar.

4. Kavvallar: Adiy b.Müsafirin türbəsi ətrafında otururlar və ildə bir dəfə Yezidi kəndlərini dolaşmaq üçün oradan ayrılırlar. Kavvallar əllərində Mələk Tavus heykəli kəndləri dolaşır, xalqı heykəl ətrafında tavaf etdirirlər.

5. Şeyxlər: Ən əsas vəzifələri irşaddır. Cənazə mərasimlərini bunlar idarə edirlər.

6. Pirlər: Yezidilərdə yol göstərən yaşlılardır. Cənazələrin yuylması zamanı şeyxin əlinə su tökərlər.

7. Kuçəklər: Adiyin türbəsinə gözətçilik edənlərə rəhbərlik edərlər.

8. Müridlər: Yezidilikdə ən aşağı təbəqə, xalq təbəqəsini təşkil edən və kəndlərdə yaşayan əkinçilərdir. Müridlərin vəzifələri, sahiblərimiz dedikləri yuxarı təbəqələrə (şeyxlər, pirlər, kavvallar) xidmət edib, vergi verməkdir.

Yezidilər yeni doğulan oğlan uşaqlarını sünnət edirlər. Əgər doğumdan dərhal sonra bu mümkün olmasa, iki il ərzində Adiy b.Müsafirin Laleşdəki türbəsində uşağı zəmzəm suyuna üç dəfə salıb-çıxarmaqla vəftiz edirlər.( Yaşar Nuri Öztürk,  Kuran Açısından Şeytancılık (satanizm ve ötekiler), İstanbul, 2002, s.154-159.)

Yezidilər axirətin varlığına inanmırlar. Oxumaq, yazmaq, heyvanları əhilləşdirmək kimi insan üçün gərəkli xüsusiyyətlər günah sayılmaqdadır. Onların inancına görə bir Yezidinin şeytandan üz döndərib Allaha sığındığını eşidən digər Yezidi onu öldürməlidir. Əgər bunu edə bilmirsə, özünü intihar etməlidir. O, bu davranışıyla özünü Mələk Tavusa qurban etmiş olur. Əgər bunu da edə bilmirsə, bu günahdan qurtulmaq üçün bir həftə oruc tutmalıdır.(www.satanizmtehlikesi.com) Hal-hazırda Yezidilər İranın müxtəlif bölgələrində, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyədə; Mardinin Midyat, Urfanın Viranşehir, Sürtin, Kurtalan, Batman və Hakkarinin kəndlərində, habelə İraqın Sinqal dağlarında məskunlaşıblar. Təxmini olaraq dünyada 275 min, Türkiyədə isə 10 min Yezidi yaşayır.( Y.N.Öztürk, a.k.ə, s.152 .)

b) Klassik satanizm                      

Klassik satanizm kimi  adlandırılan qərb Satanizminin qədim tarixi vardır. Doğrudur, klassik satanizmin dəqiq yaranma tarixi haqqında heç bir məlumat yoxdur, lakin bəzi tarixçilər bunu X əsrdən sonraya təxmin edirlər.( Nevzat Tarhan, Satanizm:Mahiyyeti,yayılma sebepleri ve önlenme yolları, İzmir, 2002, s.114-115.) O zamanlar satanistlər azad fəaliyyət göstərə bilmirdilər. Onlara orta əsrlərdə böyük nüfuza sahib olan kilsə mane olurdu. Buna görə də satanistlər cadugərlərlə birlikdə fəaliyyət göstərirdilər. Onlar vəhşi rituallar, uşaq və heyvan qurban vermə, qara cadu icra etməklə öz əlaqələrini genişləndirirdilər.( www.dünyadinleri.com)

Tarixdə satanistlərə qarşı hər zaman ciddi tədbirlər görülmüşdür. Buna misal olaraq, 1440-cı ilin oktyabr ayında Fransada kütləvi şəkildə insan oğurluğu yayılmışdı. Hər gün onlarla uşaq və cavan qızlar naməlum şəkildə yox olurdu. Fransa bu dövrdə İngiltərə ilə Yüzillik müharibə aparırdı və çox çətin günlər keçirirdi. Müharibə və aclıq insan sayının kəskin şəkildə azalmasına səbəb olmuşdu. Bütün bunlardan təngə gələn xalq axtarışa başladı. Nəhayət 1441-ci ilin iyul ayında ucqar kəndlərin birində içərisində çoxlu insan sümükləri və taxtadan hazırlanmış bütlər olan kimsəsiz bir ev tapdılar. Sonradan məlum oldu ki, bu ev Fransa ordusunun marşalı Jil de Reyə məxsusdur. O, 28 yaşında bəzi səbəblərə görə ordudan kənarlaşdırılmış, sonra şeytanatapma və qatilliklə məşğul olmuşdur. Onun nəzəriyyəsinə görə, o hər gün şeytanla əlaqə qurur və hər gün ona yeni bir insan qurban verirdi. Bundan başqa, o, şeytanı özünün atası sayırdı və ona ibadət edirdi. Bu xəbər Fransa katolik kilsəsinə çatdıqdan sonra 1441-ci ilin dekabr ayında Jil de Re tonqalda yandırıldı.

Buna oxşar hadisələr orta əsrlərdən bu günə qədər bir çox Avropa ölkələrində baş vermişdir. 1888-ci ildə İngiltərədə Aleyster Crowley adında bir nəfər müasir satanizmin ilk təməllərini atmış və qadağalara baxmayaraq bu idealogiyanı insanlara lazımınca təbliğ etmişdir. Sonradan məlum olmuşdur ki, o, satanist olmazdan əvvəl spritizmlə (ruhçuluq) məşğul olmuş, hətta spritik seanslar keçirmişdir. Lakin 1947-ci ildə Crowley naməlum şəkildə dünyasını dəyişmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, o, özünü şeytana qurban vermək məksədilə intihar etmişdir. Bütün bu faktlar onu göstərir ki, bəşəriyyət yarandığı gündən şeytanı tanrılaşdıran insanlar olmuş və bu gün də vardır.

Hər bir idealogiyanın özünəməxsus simvolları vardır. Satanizmin iki əsas simvolu vardır. Bunlardan birincisi qədim roma bütü olan Baphometdir. İkinci önəmli simvolları isə Pentoqramdır (dairə içində beşguşəli ulduz).

Tarixdə satanizmdən başqa, BaphometPentoqramı özlərinə simvol seçən iki gizli qrup mövcuddur. Bu iki qrupdan biri 100 illərdir tarixçilərin marağına səbəb olan Masonluq, digəri isə katolik kilsəsinin şeytana inanmaqda günahlandırdığı Məbəd Şovalyeləridir. Tarixçilər satanizm ilə şovalyelər arasında bir əlaqə olduğunu irəli sürmüşlər. Zamanla şovalyelər gizli olaraq öz varlıqlarını sürdürmüş və Masonluğa qatılmışdır.

İstinad zəruridir

Davamı var


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

14/11/2011 ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI

n

05/10/2010 TARİXDƏN GƏLƏN QONDARMA BÖYÜK ERMƏNİSTAN İDDİASI

n

05/01/2010 QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN

n

30/10/2009 Bilderberq qrupunun 2012-ci il planı

n

17/10/2009 MÜSTƏQİLLİYİN 18 İLİ

n

09/10/2009 Azərbaycan siyasətində dialoq oyunbazlığı

n

09/10/2009 SATANİZM İDEOLOGİYASI - 6

n

02/10/2009 METRODA BAŞIMA GƏLƏNLƏR

n

21/09/2009 SATANİZM İDEOLOGİYASI - 5

n

12/09/2009 Qarabağda referendum Azərbaycana nə vəd edir?

n

08/09/2009 Satanizm ideologiyası - 4

n

31/08/2009 Satanizm ideologiyası - 3

n

06/08/2009 Satanizm ideologiyası - 2

n

28/07/2009 Satanizm ideologiyası

n

04/07/2009 Qara piar kampaniyası

n

11/04/2009 Bir Buş gedər, o biri gələr...
 
 

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net