Təvəllüdün yeddinci
günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: "Harun,
Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə köməkçi və sirdaş olduğu
kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağa Harunun oğlunun
adını (Şübeyr, ərəbcəsi Hüseyn) qoy". Bəli, həzrət Hüseyn əleyhissalamın adı
Allah tərəfindən qoyuldu.
Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə
(s) oğlu üçün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı
qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: "Hüseyni qarşıda böyük bir
müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım oğlumu öldürəcək. Onlar
qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar."
Bu gündə oruc tutmaq dualar,
ziyarətlər və namazlar ki, bu gün üçün
zikr olunub yerinə yetirməyin çox savabı var. Bu günün əlamətdar
hadisələrinədən biri də "Fotros" adlı mələyin İmam Hüseyn (ə.s)
vasitəsilə nicat tapmasıdır. Biz də edə bilərik bu gündə iki qanadımızı ruh və
əqlimizi İmam Hüseyn (ə.s)- sürtək
və ruhumuz göylərdə İmam Hüseyn (ə.s)- ın nuru vasitəsilə pərvaz
edə.
İmam
Hüseynin dünyaya gəlməsi.
Fatimə
əleyhəs-səlam:"Hüseyni (ə) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri(s)
yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər
sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra
buyurdu:"Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya
gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu "Qaimdir."
İmam Səccad
(ə):"Hüseyn (ə) dünyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin
oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin üçün Harun
Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə) yerə
endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi:"Allah-taala sənə
uşağa Harunun oğlunun adını qoymağı əmr edir. "Peyğəmbər soruşdu: "Harunun
oğlunun adı nə olub?" Cəbrail (ə) dedi:"Şubəyr." Peyğəmbər buyurdu:"Mənim dilim
ərəb dilidir." Cəbrail (ə) dedi:"Uşağın adını Hüseyn qoy."
O Həzrətin
imaməti
İmam Həsən
(ə):"Mənim vəfatımdan və ruhum bədənimdən çıxandan sonra Hüseyn ibn Əli (ə)
imamdır. Onun Peyğəmbərin varisi olması Allahın yanında kitabda (Lövhi-məhfuzda
və ya Quranda, yaxud da vəsiyyətnamədə) yazılıb və Allah-taala bu varisliyi
onun ata.anasından olan varisliyə artırıb. Çünki Allah bilir ki, siz onun
yaratdıqlarının ən yaxşısısınız. Buna görə də sizin aranızdan Məhəmmədi (s)
seçdi və Məhəmməd (s) Əlini (ə) və Əli məni imamətə seçdi və mən Hüseyni
seçdim."
Hüseyn
məndəndir və mən Hüseyndənəm.
Allahın
Peyğəmbəri(s): "Hüseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O
qardaşından sonra insanların ən yaxşısıdır. O müsəlmanların imamı, möminlərin
başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah
axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət
cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona
tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı
itaətsizlik etsə məndən deyil."
Bəra ibn
Azib:"Allahın Peyğəmbərini (s) gördüm ki, Hüseyni dalına mindirib və belə
deyir:"İlahi! Mən onu sevirəm, onu Sən də sev."
Səid ibn
əbi Raşid Yəla Amiridən
nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) dəvət olunduğu qonaqlığa gedərkən o
Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla
oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu
tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və
nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə
çənəsinin altına qoyur, onun ağzından öpə-öpə :"Hüseyn məndəndir və mən
Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir."
İbn
Abbas:"Allahın Peyğəmbəri(s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir
nəfər dedi: "Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu: "O özü
necə gözəl süvaridir!"
İmam
Hüseynin(ə) fəzilətləri.
Allahın
Peyğəmbəri(s):"Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq
istəyirsə, Hüseynə baxsın."
İmam Hüseyn
(ə): "Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kəb onun yanında idi.
Allahın Peyğəmbəri (s) mənə dedi: "Xoş gəlmisən, ey əba Abdullah! Ey göylərin və
yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi: "Ey Allahın Peyğəmbəri! Necə
ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!" Peyğəmbər (ə)
buyurdu: "Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn
Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür.
Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və
nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən imam və (qiymətli)
azuqədir."
İmam Hüseyn
(ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur: "Bilin! Bu haramzadə oğlu
haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq
bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz)
pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir
başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!"
İmam Hüseyn
(ə) Aşura günündəki kəlamlarının digər birində buyurmuşdur: "And olsun Allaha
ki, nə sizə zillət əli uzadacağam və nə də əsirlər, kölələr kimi qaçacağam."
İmam Səccad
(ə):"İmam Hüseynin (ə) əli ilə sağ qulağına işarə edib belə buyurduğunu eşitdim
ki:
"Əgər bir nəfər mənim bu qulağıma söysə və digər qulağıma üzr istədiyini
bildirsə mən onun üzrünü qəbul edərəm. Çünki Əmirəl-möminin Əli ibn əbu Talib
(ə) mənə babam Peyğəmbərdən (s) belə eştdiyini nəql edib ki: "Üzrü istər
yetərli olsun istərsə də yetərsiz qəbul etməyən kəs Kövsər hovuzunun yanına
daxil olmayacaq."
Hüzeyfə ibn
Yəman: "Peyğəmbərin Hüseynin Əlindən tutub belə buyurduğunu eşitdim ki: Ay
camaat! Bu Hüseyn ibn Əlidir. Onu tanıyın. Canım (qüdrət) əlində olana and
olsun ki, həm o, həm onu sevənlər və həm də onu sevənləri sevənlər
Cənnətdədirlər."
Şueyb ibn
Əbdurrəhman Xuzai: "Təff (Kərbəla) günü Hüseyn ibn Əlinin kürəyində nəyinsə izi
qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:
"O,
Hüseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kürəyində daşıdığı
kisələrin yeridir."
Seyyid ibn
Tavus "Luhuf" kitabında hədisin ravisindən nəql edir ki: Həmin vaxt Hüseyn (ə)
düşməni təkbətək mübarizəyə çağırır, meydana çıxan hər bir kəsi öldürürdü. Belə
ki, onlardan çoxlu sayda adam məhv etdi. O Həzrət mübarizə zamanı belə
buyururdu:
Ölüm
xarlığı qəbul etməkdən daha yaxşıdır.
"Xarlıq
Cəhənnəm oduna daxil olmaqdan daha yaxşıdır."
Ravilərdən
biri deyir:"And olsun Allaha övladları, ailə üzvləri və yoldaşlarının hamısı
öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və
soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz
qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü
hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min
nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra: "La həvla
və la quvvətə illa billahil əliyyil-əzim deyib öz yerinə qayıdırdı."