Yəqin ki, hamı məqalənin başlığını oxuyan
kimi tez fikirləşəcək ki, görən bu sionistlər yenə İslam dünyası və ümməti üçün nə
fikirləşib. Amma haqqında bəhs edəcəyimiz bu yeni planı Azərbaycanda, xüsusən
də Bakıda yaşayan insaların əksəriyyəti müşahidə edib. Lakin çoxları müşahidə
etdikləri hadisənin sionistlərin yeni planı olduğunu bəlkə də bilmir və bunun
heç fərqinə də varmır. Sionistlərin dünya üzrə planlarının davam etməsi heç kim
üçün qaranlıq olan məsələ deyil. Müxtəlif ölkələrdə müxtəlif vasitələrə əl
ataraq İslami gözdən salmaq niyyətində olan sionizm ideologiyası, bu dəfə daha
iyrənc, daha primitiv üsula əl atıb. Bundan əvvəl paytaxtda fəaliyyət göstərən
gecə klublarında işləyən və əxlaqsızlıqla məşğul olan insanlara maliyyə vəsaiti
təklif edərək onları öz qurbanlarına çevirmişdilər. Qadınlara rəddolunmaz
məbləğ təklif edərək onlara çadra və İslami geyimlər verir və Bakının mərkəzi
küçələrində yerləşən parklarda əxlaqsızlıqla məşğul olmağı tapşırırdılar. Bunun
nəticəsidir ki, ölkə ictimaiyyətində müəyyən qədər hicablı şəxslər gözdən
düşmüş və təzyiqlərə məruz qalmışıar. Misal üçün əhali içində geniş yayılan
"Əşi başı bağlı o qədər oyundan çıxırlar ki?" sözləri bunu təsdiq
edir. Avam camaat başıbağlı qadının hardasa əyləşib əxlaqsız hərəkətlər
etməsini bunun sionist ideyasının bir planı olduğunu heç vaxt düşünə bilmir.
Bax elə bu cür cəmiyyətdə İslam müxtəlif insanların təzyiqinə məruz qalır.
Haqqında bəhs edəcəyimiz yeni mövzu isə yenə
xanımlar, yenə hicab barəsindədir. Yəqin ki, Bakı şəhərinə qonaq gələn İran
vətəndaşlarına paytaxtın müxtəlif yerlərində rast gəlmisiniz. Rast gəldiyiniz
iranlılar arasında yəqin ki, ilk baxışdan yaxşıları da olub, pisləri də. Bəhs
edəcəyimiz mövzu məhz geyimi, davranışı və rəftarı ilə biz azərbaycanlılarda
pis fikir yaradan iranlılar barəsindədir. Adının çəkilməsini istəməyən mənbənin
verdiyi məlumata görə, paytaxt Bakının gur yerlərində geyimi, çadrası ilə bizlərdə
nifrət yaradan iranlılar yenə sionist ideyasının muzdla ölkəmizdə iş yerinə
yetirən qurbanlarıdır. Aldığımız xəbərə görə, İranda yaşayan və əxlaqsızlıqla
məşğul olan qadınlar sionist qurum və orqanlar tərəfindən Azərbaycana müəyyən
vasitələrlə gətizdirilərək ölkə əhalisində İran xalqına və İslam dəyərlərinə
nifrət yaratmaq istəyir. Bakının mərkəzi küçələrində çadrası, geyimi, rəftarı,
danışığı ilə əxlaqsız qadın təəssüratı oyadan bu insanlar iranlılar olsa da,
Azərbaycanda vəzifə yerinə yetirən sionist İsrailin qurbanlarıdır. Bu insanlara
baxdıqda sadə İran vətəndaşı ilə əxlaqsız arasında fərq qoymaq bizim üçün
önəmlidir. Bilməliyik ki, burada təkcə İslam ölkəsinin gözdənsalma planı deyil,
eyni zamanda İslama və onun dəyərlərinə qarşı iyrənc bir üslubda kampaniya
aparılmaqdadır. Bizim isə həmişə mənəvi dəyərlərə önəm verən Azərbaycan
xalqından istəyimiz budur ki, bütün bu sadaladıqlarımıza ayıq başla yanaşıb,
yaxşını pisdən ayırmaqda çətinlik çəkməsinlər. Bu cür əxlaqsızla məşğul olan
insanları İslamın bir parçası kimi qəbul etməyib, əslində sionzimin tərkib
hissəsi olduğunu başa düşsünlər. Bu cür insanlar daim İslama ləkə salmağa
çalışıblar, amma zaman hər şeyi həll edərək onları elə öz çamurlarında batırıb.
Allah bu cür insanlarla mübarizədə bizlərə səbr versin. Amin!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.