İraq işğalçılardan təmizlənməyə yaxınlaşır. İraqın böyük alimlərinin müdrikliyi və uzaqgörənliyi nəticəsində ABŞ ölkəni məğlub olaraq tərk edir. Gəlişi bəlalar gətirən ABŞ Ordusunun gedişi də bəlalar aparacağına heç şübhəmiz yoxdur. Bəziləri bu cür yazdıqda bizi sərt yazar və ya radikal adlandırırlar. Lakin bir molyon qadının dul qalması məhs ABŞ ordusunun gətirdiyi bəlalardan deyilmi? Xarabalığa çevrilən İraq ABŞ tərəfindən bu hala salınmayıbmı? ABŞ hara gedibsə bəlalar ora getməybmi? Bu barədə yazımın sonunda bir statistik məlumat verəcəyik.
Yaxın Şərqdə yerləşən dövlət. İraq, dünyanın ən qədim
mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir.
Hal-hazırda İraq, Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları
və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik
ölkələrindən biridir. İraq, Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük
ikinci neft ehtiyatına malikdir. İraq uzun illər Böyük Britaniya tərəfindən
idarə edilmiş, Böyük Britaniyanın 1971-ci ildən Yaxın Şərqdən tamamilə
çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.
1920-ci ildən sonra Osmanlıların əlindən çıxan İraq İngilislərin ərəb
kuklalarının əlinə keçib. Bir müddət krallıq edən Fəysəl, sonra Sati Əl Husri bu
posta gətirilir, daha sonra hakimiyyətə qarşı şiə qiyamları və sonra 1928-ci
ildə İraq parlamenti bütün məzhəb və qruplardan ibarət bir məclisə çevrilir.
1932-ci ildə İraq müstəqil dövlət kimi dünyaya sözünü deyir. 1936-da hərbi
çevrilişdə Hikmət Suleyman hökümətə gəlir, sonra vətəndaş qarşıdurmaları ilə
dolu bir tarix. 1958-ci ildə yeni inqilab və General Əbdlkərim Qasim hakimiyyətə
gəlir və İraq respublika kimi elan edirlir və beləliklə krallıq süquta uğrayır.
Çox keçmir ki, İngiltərə İraqı yenidən işğal edir. 1963-cü ildə Vahid Ərəb
sosialist ölkəsi qurmaq niyyətilə Bəəs partiyası təsis edilir(əvvəli Suriyada).
Sonra 1967-ci ildə İsrail 6 ərəb ölkəsinə qalib gəlir. Və beləliklə Bəəsçilərdə
bir il sonra bundan istifadə edərək 1968-ci il iyulun 17-də hakimiyyətə gəlir.
11 il dövrün ən qəddar və zalimlərindən biri Səddam Hüseyn hakimiyyətə
yiyələnir. Bu ərəfədə İrandakı şahlıq rejimi devrilir. Böyük bir müstəmləkə
ölkəsi olan İranda İslam İnqilabı baş verir. İraq rejimi ABŞ və İngiltərənin
diqtəsilə tez bir zamanda bu yeni qurulmuş İslam hökümətini devirmək qərarına
gəlirlər. 1979-da İraq İrana hücuma keçir. Qanlı döyüşlər, kimyavi silahlar çox
sayda insanın tələfatına yol açır. Nəhayət Kərbəlaya kimi yaxınlaşan İran
ordusunun məğlub olmamasını görən Səddam kimyəvi silahdan istifadə edir. Sonda
İranın əyilməməsi Səddamın 1988-ci ildə sülh müqaviləsi bağlamağa vadar
edir. Səddam ABŞ və İngilis fiquru olmaqla yanaşı bəzən acgöz və ağılsızlığı
ilə də yadda qalmışdır. Belə ki, o 1990-cı ildə müəyyən bəhanələrlə Kuveyti
işğal edir. BMT İraqa qarşı qətnamə çıxarır, Səddam isə əhəmiyyət vermir. ABŞ
həmişə olduğu kimi silahını işə salır. Səhra fırtınası adlı əməliyyat qırx gün
çəkir. Qırx birinci gün sülh sazişi bağlanır. Bu sazişdən sonra kürdlər və
şiələr qiyamlara başlasalarda Səddam qıyamları amansızcasına yatırdır. Yüz
minlərlə insan qətlə yetirilir. Nəhayət İraq ABŞ işğalına məruz qalır. 20
mart 2003-cü ildə hava hücumları 9 apreldə Səddam rejimin devrilməsi ilə bitir.
İraqın yeni qara günləri başalyır. ABŞ əsgərlərinin vəhşicəsinə qətliamları,
qadınlara qarşı zorakılığı və s. Bu işğala ilk reaksiya verən şəxsiyyətlər
İraqlı alimlər olur. Belə bir şəraitdə babası böyük alim olan Sədr sülaləsinin
cavan nümayəndəsi, Seyyid Müqtəda Sədr ortaya çıxır. ABŞ əleyhinə çıxışları və
işğala qarşı mübarizə çağırışları Mehdi Ordusu adlı dəstənin formalaşmasına
səbəb olur. 30 min orduya sahib Seyyid Müqtəda Sədr ilk döyüşləə başlayır. Çox
sayda amerikan əsgərinin öldürülməsinə baxmayaraq ABŞ ordusu İraqdan geri
çəkilməyəcəyini açıqlayır. 5 il ardıcıl olaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarə
Seyyid Müqtəda Sədri əsas düşmən kimi təqdim edir. Bu cavan Sədrin daha da nüfuz
tapmasına və Amerikan düşməni olan İranın dəstəyinə səbəb olur. Sədr öz ordusu
hesabına Kazimeyn, Nəcəf, Kərbəla və Bağdadın Sədr bölgəsini və İraqın bir neçə
bölgəsini əlində saxlamağa müvəffəq olur. ABŞ isə Mehdi Ordusuna qarşı yeni
əməliyyatlara başlayır. Lakin bir şey əldə edə bilmir. Bundan başqa işğalçılara
qarşı döyüşən sünni dəstələri də xüsusi qeyd etmək lazımdır. 2008-2009-cu
illərdə isə ABŞ öz mövqeyini zəiflədiyini görür. Buşun müddətinin sonunda
İraq-ABŞ arasında təhlükəsizlik sazişi ortaya atılır. Hətta hədələrlə belə bu
qanunun qəbul edilməsinə çalışılır. Müddəlar isə xalqdan gizlədilir. Bəndin
əsas müddəları bu cür göstərilir. 1.ABŞ Ordusu İraqda həmişəlik hərbi
hissələr qurması və əsgər saxlaması 2.ABŞ Ordusunun təhlükəli hər bir kəsi
həbs etmək və ya məhv etmək icazəsi 3.ABŞ Ordusunun əsgərləri hər hansı
cinayət etdikdə İraq qanunları ilə deyil amerika qanunları ilə mühakimə
olması. 4. ABŞ hərbiçilərinin İraq qanunlarından kənar olması. 5. ABŞ
əsgərlərinin toxunulmazlığı və s. Bu bəndlərə ətraflı nəzər saldıqda bu
sazişin məqsədinin tamamilə İraqı ABŞ nəzarətinə verilməsinə şahid oluruq. Bu
arada Seyyid Müqtəda Sədr bu sazişin gizli bəndlərini açıqlayır. 1. Amerikan
qüvvələrinin və xarici təhlükəsizlik şirkətləri İraq qanunlarına tabe olmayacaq.
Amerikan əsgərləri və biznesmenləri İraq məhkəməsinin qanunları ilə mühakimə
edilməyəcək. Həmçinin ABŞ Ordusu və şirkətləri heç bir şəkildə İraq rəhbərliyinə
tabe edilməyəcək. 2. Amerika terrorla mübarizə adı ilə İraqın hər hansı bir
şəhərinə və ya İraqa qonşu hər hansı bir ölkəyə İraq rəhbərliyinə
məsləhətləşmədən hücum edə bilər. 3. Amerikan ordusu hər hansı bir İraq
vətəndaşını həbs etmək hüququna malikdir və İraq rəhbərliyinin buna etiraz
etməyə haqqı olmadığı kimi hər hansı bir həbs əmrini ləğv etmək kimi haqqı da
yoxdur. Amerika İraqda öz həbsxanalarını tikmə haqqına malikdir və bu
həbsxanalardakı məhbusları İraq qanunlarından xaric öz qanunları ilə
davranacaqlar. Onlar hər hansı bir amnistiya sənədində adları hallana
bilməz. 4. İraqdakı Amerikan hərbi varlığının və ya bu hərbi ünsürlərin
İraqdan çəkilməsi barəsində hər hansı bir zaman təyin edilməməkdədir. ABŞ
Ordusunun İraqdan çıxması da İraq tərəfindən təyin edilməyəcək. 5. Amerika
İraqı Yaşıl Bölgədən gələcək və demokratik rejimini hədələyəcək hər cür
hərəkətdən qoruyacaq. Xüsusilə İraq demokratiyasını xalq qiyamı və hərbi zərbə
cəhdlərindən müdafiə etməkdə öhdəlik götürür. 6. İraqın müdafiə və daxili
işlər nazirliklərinə ABŞ ordusu öz köməyini əsirgəməyəcək və əksinə
formalaşmasında ABŞ əsas rola malikdir. 7. Amerika İraqdakı qeyri-qanuni
dəstələri və onların təşkilatlarını ləğv etmək üçün İraqa kömək etmək barədə
öhdəlik götürür. 8. Amerika Birləşmiş Ştatları İraqı beynəlxalq sərbəst
bazar iqtisadiyyatına daxil edəcəyinə zəmanət verməkdədir. Bu sayədə Amerikan
neft şirkətləri İraq neft quyularına hakim olaraq Amerikan istehsalı mallar İraq
bazarında satılacaq. İlk öncə bu sazişə münasibəti İraqın böyük dini rəhbəri
Ayətullah Seyyid Sistani verir. O bu sazişin qəbul edilməsinin ancaq xalqa
təqdim edilməsindən, bir sözlə referendumdan sonra mümkün olacağını
bildirir. Xalq bu sazişə yoxdeputatlar isə hə deyir. ABŞ-nin terrorçuları
işə keçir. Bağdad, Kərkük, Mosul və s. Şəhərlərdə terrorlar İraqın özünü idarə
etmək fikirindən saxlamır. Bu gün isə artıq gecə saatlarından sonra ABŞ
Ordusu nəzarətindəki postları İraq ordusuna təhvil verib. Xalq sevinir
suverenliyini qeyd edir. Ümid edirik ki, bu ABŞ işğalının sonudur. İndi isə
yuxarıda söz verdiyimiz kimi ABŞ-ın qətliamlarının statistik məlumatını sizə
təqdim edirik. 1948-1953-cü illər Filippində hərbi əməliyyatlar. Minlərlə
filippinlinin qətli. 1951-1953-cü illər 1 milyon ABŞ əsgərinin Koreyaya
silahlı müdaxiləsi. 100 minlərlərlə koreyalıların həlak olması. 1964-1973-cü
illər - Vyetnama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv
edilməsi. 1964-cü il Panama kanalı bölgəsində Panamanın hüquqlarının
bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi. 1964-1973-cü
illər -50 min ABŞ əsgərinin Laos respublikasına qarşı döyüşlər. Yenə minlərlə
qurban. 1982-1983-cü illər- 800 ABŞ dəniz piyadasının Livanda hərbi
təcavüzü. Yenə çoxsaylı qurbanlar. 1986-cı il Liviyaya soxularaq Tripoli və
Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar. 1989-cu il Panamaya
silahlı basqın. Minlərlə panamalının qətlə yetirilməsi. 1991-ci il İraqa
qarşı genişmiqyaslı hərbi əməliyyat. 450 min hərbi qulluqçu və minlərlə müxtəlif
müasir hərbi texnikadan istifadə edilməsi. 150 minədək dinc sakinin öldürülməsi.
Qorxu yaratmaq üçün dinc obyektlərin bombardman edilməsi. 1992-1993-cü illər
Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin
qətli. Bu son illərdə isə Əfqanıstanda və İraqda törədilən vəhşiliklər də
onların cinayətlərinin üstünə gəlir. Lakin müsəlman dövlətlərində görülən
işlər, öz məzmununa görə digərlərindən fərqlənir. Çünki bu cinayətlərə diqqət
etdikdə, tağutun daha da azğın quduz itə bənzəməsini görərik. Bəli müsəlmanlar
bu yerlərdə qətlə yetirilir, qadınları zorlanır, məscid və evləri dağıdılır,
müqəddəs dəyərləri təhqir olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.