ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
Obama ABŞ-ın yox, İslamın dəyişməsinə eyham vurdu
11/07/2009 - 19:03

Mayis Güləliyev

ABŞ prezidenti Barak Obamanın Qahirədəki son çıxışına qulaq asanda yadıma Abdulla Şaiqin "Tülkü həccə gedir" təmsili düşdü. Doğrudan da bəzi hallarda bədii obrazlarla ictimai-siyasi hadisələri kütlələrə elə dəqiq çatdırmaq olur ki, bu işi cild-cild akademik tədqiqatlarla etmək mümkün olmur. "Tülkü həccə gedir" təmsili Azərbaycan oxucularının əksəriyyətinə yaxşı bəllidir. Qoca tülkü öz şikarlarını daha asan əldə etmək üçün onları ələ almağa çalışır və günahsız toyuqlara qarşı zülmkarlıq etdiyini etiraf edir. Onları bir daha incitməyəcəyinə söz verərək, onların inamını qazanır. Sonra isə...
B.Obama ABŞ prezidenti seçiləndə ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərin olacağı haqqında xeyli müzakirələr aparılmışdı. Çoxları belə güman edirdilər ki, qaradərili prezident ABŞ-ın son iki yüz ildə işğalçılıq və sürətli silahlanma siyasətindən üz döndərərək, yeni siyasi kurs-əməkdaşlıq və tərkisilah xəttini tutacaq. Lakin ABŞ tarixi ilə tanış olan hər kəsə bəlli idi ki, bu ölkənin xarici siyasəti bir şəxs tərəfindən müəyyən edilmir və onun imperiya ambisiyası ilə məntiqi bağlıdır. ABŞ-ın işğalçılıq siyasəti onun mahiyyətindən, başqa sözlə, "anatomiyasından" irəli gəlir.
Barak Obamanın Qahirədəki çıxışı digər beynəlxalq miqyaslı ictimai-siyasi hadisələr kimi Azərbaycan mətbuatında və elektron KİV-lərdə də birtərəfli şərh edildi. Bu da təsadüfi deyildi. Belə ki, İctimai Televiziyada USAİD təşkilatının maliyyə dəstəyi ilə efirə gedən "Çarpaz baxış" proqramında bu çıxışın müzakirəsi ictimai şüurda onun nələri dəyişməli olduğuna yönəlmişdi. Yəni, İTV "Obama müsəlman dünyasını dioloqa çağırdı", "Obama müsəlman dünyasına əməkdaşlıq jesti etdi" və sair kimi fikirləri aşılamaqla ABŞ təbliğatının istədiyini müvəffəqiyyətlə yerinə yetirdi. Obamanın çıxışını diqqətlə dinləməyən və ya oxumayan Azərbaycan tamaşaçısı və ya dinləyicisi isə inanmaq istədi ki, ABŞ-ın xarici siyasətində zorakılıq arxa plana keçməyə başlayır.
Obamanın Qahirədəki çıxışını mahiyyətinə görə iki hissəyə ayırmaq olar. Birinci hissədə Obama İslam haqqında öz düşüncələrini ifadə edir. Bu düşüncələr İslamla bağlı etiraflarla dolu olsa da, gizli eyhamlarla da zəngindir. Çıxışın ikinci hissəsi isə Amerika ilə İslam arasındakı gərginliyin mənbələrinə həsr edilib. Çıxışın bu hissəsində zahirən elə görünür ki, Obama gərginlikdən çıxış yolu kimi əməkdaşlıq təklif edir. Məhz bu zahiri görünüş bir çox tədqiqatçıları və siyasiləri Obamanın əsas məqsədini başa düşməkdən yayındırıb. Lakin çıxışı diqqətlə tədqiq edəndə məlum olur ki, gərginliyin əsas səbəbi kimi, o, məhz İslamı günahlandırır.
Obama çıxışının demək olar ki, bütün hissələrində Amerika xalqı ilə Amerikanın müsəlman icmasını ayrı-ayrılıqda dilə gətirir. Belə ifadə tərzi Amerikanın müsəlman icmasının Amerika cəmiyyətində heç də tamhüquqlu olmadığına və bu ölkənin müsəlmanlarına başqa münasibətin formalaşmasına işarədir. Obama etiraf edir ki, Qahirədəki görüş Birləşmiş Ştatlarla dünyanın hər yerində olan müsəlmanlar arasında böyük gərginliyin olduğu bir dövrdə baş verir. Lakin o, bu gərginliyin ABŞ-ın xarici siyasətinin mahiyyəti ilə yox, cari siyasi debatlardan uzaqlara gedən tarixi güclərlə bağlı olduğunu iddia edir. Lakin ABŞ-la İslam ölkələri arasındakı gərginliyin heç də İslam dini ilə bağlı olmadığı yaxşı məlumdur. Əlbəttə, tarixdən yaxşı məlumdur ki, İslam ilə Qərb ölkələri arasında yüzilliklər böyu həm dinc yaşayış, həm də əməkdaşlıq mövcud olmuşdur. Tarix İslam ölkələri ilə Qərb arasındakı ziddiyyətlərə və hətta müharibələrə də şahiddir. Lakin bu müharibələrin əsasında dini faktorlar yox, əsasən iqtisadi faktorlar dayanmışdır.
Obama etiraf edir ki, bu yaxınlara qədər İslam ilə Qərb arasında olan gərginlik çoxlu sayda müsəlmanların imkanlarını və hüquqlarını inkar edən müstəmləkəçiliklə gücləndirilib. İslam ölkələrinə belə münasibət, onlara hörmət qoyulmadığı soyuq müharibə dövründə də davam edib. Lakin cənab Obama İslam ölkələrinə qarşı belə münasibəti formalaşdıran və zor gücünə saxlamağa çalışan ölkələrin adların hallandırmaqdan çəkinib. Bəlkə bunu biz qeyd edək, cənab Obama! Bu ölkələrin içərisində əsas nüfuz sahibi ABŞ və digər Qərb dövlətləri, o cümlədən Böyük Britaniya, Fransa deyildimi?
Obama öz çıxışında modernləşmənin və qloballaşmanın gətirdiyi geniş dəyişikliklərin İslamla ziddiyyətini də önə çəkir. Qeyd edək ki, modernləşmənin və qloballaşmanın İslam ənənələrinə düşmən olması fikri müasir dünyada İslam ölkələrinə qarşı istifadə edilən ən güclü təbliğatdır. Odur ki, Obama da bu təbliğat imkanlarını əldən vermək istəməyib. Lakin o, modernləşmənin və qloballaşmanın əsl mahiyyətinin təkcə İslama yox, həm də digər dinlərə, o cümlədən Xristianlığa və Yəhudiliyə, milli dillərə və milli özünəməxsusluğa, milli adət-ənənələrə və milli rəngarəngliyə zidd olduğunu nədənsə qeyd etmir.
Obama həm də radikal ekstremistləri digər müsəlmanlardan ayırmağa cəhd göstərib. Lakin belə ekstremist qrupların hansı səbəbdən formalaşmasına, dini və ya etnik ekstremizm üçün hansı ictimai-siyasi səbəblərin olmasına heç işarə də vurmur. Bəs, İslam ölkələrinə qarşı müstəmləkəçilik münasibəti və ya Qərb ölkələrində müsəlmanların imkanlarını və hüquqlarını inkar edən zorakılıq dini ekstremizm üçün səbəb deyilmi? Obama öz çıxışında qeyd edir ki, radikal ekstrimistlər İslam ilə Qərb arasındakı gərginlikdən müsəlmanların kiçik, lakin güclü azlıqları üçün istifadə edirlər. Onun fikrincə, 11 sentyabr 2001-ci il hadisəsi, həmçinin belə ekstremistlərin dinc insanlara qarşı zorakılıqla məşğul olmaq üçün davam edən cəhdləri ABŞ-da İslama təkcə Amerika üçün yox, həm də Qərb ölkələri və həmçinin insan hüquqları üçün qaçılmaz düşmən kimi baxmağa gətirib çıxarıb. Obama bu fikiri ifadə edəndə yəqin unudub ki, 11 sentyabrdan sonra İslama qarşı təbliğat maşını elə ABŞ hökuməti tərəfindən işə salınıb və hətta ABŞ-ın keçmiş prezidenti C.Buş tərəfindən 11 sentyabr hadisələrinə görə cinayətkarların yox, əsassız olaraq, İslamın günahlandırılması ABŞ-da İslama qarşı neqativ ictimai şüurun formalaşmasına təkan verib.
Obamanın çıxışında hamının gözlədiyi bir məqam var idi. O da ABŞ-ın xarici siyasətinin dəyişməsi istiqamətində konkret addımların atılması idi. Qeyd edək ki, Obama belə addımın atılacağına inanmaq üçün müəyyən ehtimallara yer ayırdı. Qeyd etdi ki, mən bura - Qahirəyə Birləşmiş Ştatlarla dünya müsəlmanları arasında qarşılıqlı marağa və qarşılıqlı hörmətə əsaslanan, həmçinin Amerikanın və İslamın bir-birini təkzib etmədiyini və rəqabətdə olmadığını bildirən inama əsaslanan yeni başlanğıcın axtarılması üçün gəlmişəm. Bəli, Obamanın axtardığı Yeni Başlanğıc hər iki tərəfin qarşılıqlı marağına və inamına əsaslanmalıdır. Onun fikrincə, Yeni Başlanğıc bəzi hallarda üst-üstə düşən ümumi prinsiplərə söykənməlidir. Bu prinsiplər qarşılıqlı münasibətlərdə ədaləti, hər iki tərəfin inkişafını, qarşılıqlı tolerantlığı və bütün insanların ləyaqətinə hörməti nəzərdə tutmalıdır. Lakin nəzərə almaq lazımdır ki, bu prinsiplərin praktiki və səmimi tətbiqi üçün ABŞ çox iş görməlidir. Bəs, ABŞ buna hazırdırmı? Digər ölkələrə hərbi təhlükə yaratmamaq və onlar üzərində öz nəzarətini aradan qaldırmaq üçün hərbi büdcəsini yüz dəfələrlə azalda, dünyaya səpələnmiş 200-dən çox hərbi bazasını bağlaya bilərmi?
Obama etiraf edir ki, dəyişikliklər birdən baş vermir və bir çıxış inamsızlığın illərini aradan qaldıra bilməz. O bildirir ki, bu məsələlərdə qabağa getmək üçün tərəflər ürəyində saxladığı və adətən bağlı qapılar arxasında dediklərini bir-birinə açıq söyləməlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Obamanın ifadə etdiyi bu fikirlər onun çıxışını şərh edən siyasilərə və tədqiqatçılara "əməkdaşlıq jesti" təsiri bağışlayıb.
Obama hətta müqəddəs Qurandan iqtibas gətirərək, "Allahı dərk et və həmişə həqiqəti danış!",- deyir. O, inandırmaq istəyir ki, ABŞ və İslamın bölüşdüyü maraqlar onları ayıran qüvvələrdən daha güclüdür. O, xristian olmağına baxmayaraq İslamla tanış olduğunu və ona hörmətini də qeyd edir. İslamın dünya sivilizasiyasında mühüm rol oynadığını bildirən Obama İslamın Avropa intibahına və maarifçiliyinə də yol açdığını etiraf edir. Amerika tarixində müsəlmanların roluna toxunan Obama yüz minlərlə müsəlmanın və xristianın qul kimi ABŞ-da satılmasına nədənsə toxunmur.
Obamanın çıxışının ən təhlükəli tərəfi ABŞ-la region ölkələri arasındakı münasibətlərin ikitərəfli və ya çoxtərəfli ölkələrarası münasibətlər kimi yox, ABŞ-İslam münasibətləri kimi xarakterizə edilməsidir. ABŞ-ın regionda öz maraqlarını belə kontekstdə formalaşdırması gələcəkdə İslamın daxili sabitliyinə ABŞ tərəfindən nüfuz etməsinə zəmin hazırlayır. ABŞ prezidenti qeyd edir ki, İslamla onun yarandığı regiona gələnə qədər artıq tanış olması onun inamını bir daha belə istiqamətə yönəldir ki, Amerika ilə İsam arasındakı əməkdaşlıq "İslam nədir"ə əsaslanmalıdır, "İslam nə deyil"ə yox. Yəni Obama etiraf edir ki, ABŞ-İslam münasibətləri İslam dəyərlərinə hörmət əsasında qurulacaq. Lakin o, ABŞ-ın İslam ölkələrinə qarşı istənilən vaxt "mübarizə səlahiyyətlərini" də özündə saxlayaraq qeyd edir ki, "mən bunu (əməkdaşlıqda "İslam nədir"ə əsaslanmağı-M.G.) ABŞ-ın prezidenti olaraq öz məsuliyyətimin bir hissəsi kimi İslamın hər hansı bir yerdə neqativ stereotiplərinə qarşı mübarizə aparmaq üçün nəzərdən keçirirəm". Amma belə siyasət çox təhlükəlidir və əslində İslamın İslam tərəfindən "vurulması" deməkdir.

İstinad zəruridir
 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/12/2011 BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN

n

29/03/2011 QƏZZAFİ, AZƏRBAYCAN İQTİDARI VƏ MÜXALİFƏTİ

n

01/02/2011 MİSİR HADİSƏLƏRİ VƏ AZƏRBAYCAN

n

17/01/2011 DÜNYAVİLİK NƏDİR?

n

05/01/2011 HİCAB VƏ DÜNYAVİLİK

n

01/07/2010 AZƏRİ ÜÇBUCAĞI SINDIMI?

n

23/06/2010 "Ənənəvi müxalifət"lə iqtidarın böyük səhvi

n

17/05/2010 Müxalifət kimə arxalanmalıdır?

n

11/05/2010 Müxalifətin siyasi mübarizə motivləri

n

03/05/2010 Milli Məclisə seçkilər

n

08/04/2010 YENİ AZƏRİ DÖRDBUCAĞI

n

29/03/2010 İşğaldan 7 il sonra

n

09/03/2010 Türkiyə yol ayrıcında

n

03/12/2009 NATO və Azərbaycan

n

07/10/2009 Azərbaycan cəmiyyəti və qloballaşma

n

21/09/2009 Qarabağ problemi...

n

04/09/2009 Metyu Brayza kimdir?

n

20/08/2009 Qarabağ problemi və siyasi partiyalar

n

06/08/2009 İsrailin tarixçəsi

n

11/07/2009 Obama ABŞ-ın yox, İslamın dəyişməsinə eyham vurdu

n

22/05/2009 Kim uduzdu, kim uddu?

n

14/05/2009 "Gözün aydın" Amerika!
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.