Dünya xəbər agentliklərinin bir qrup hegemonların əlində olub, beynəlxalq sionizmin çəngində qərar tutması dünyada obyektiv xəbərin deyil məhz qərəzli və müəyyən siyasi güclərin xidmətində olması azacıq uzaqgörən insanlar üçün gizli deyildir. Bu xəbər yayım mərkəzləri əsasən bir məqsədi qarşılarına qoyublar oda: "Yalanı o qədər təkrarla ki, inandırıcı olsun" və ya "yalanı insanları inandırana qədər təkrarlamaq lazımdır". Burada biz iki qətldən qısaca söz açmaq istəyirik. Bu qətllərdən biri müsəlman dünyasında digəri isə qərb dünyasında baş verib.
Neda Salehi Ağa Soltan. Bu xanım İran iğtişaşları zamanında əvvəlcə kimliyi bəlli olmayan, sonrakı araşdırmalardan isə qatilin məhz İngiltərədə yaşayan və iğtişaşlardan 5 gün öncə İrana gəlib, qətlin səhərisi bu ölkəni tərk edən əslən İranlı Səid Hicazi tərəfindən məqsədyönlü şəkildə qətlə yetirildiyi aydınlaşıb. Danılmaz faktların mövcudluğu bu şəxsin interpol (beynəlxalq polis) tərəfindən axtarışınada əsas verib və hazırda bu qurum tərəfindən də axtarışdadır.
İkinci xanım Almaniyada bıçaq zərbələri ilə qətlə yetirilən əslən Misirli olan, Alman vətəndaşı doktor Mərvə Əş-şərbinidir.
Hadisə belə baş verdiki, Almaniyanın Drezden şəhəri parklarının birində, gəzinti zamanı bir kişi ona yaxınlaşır, baş örtüyündə olduğuna görə o, hamilə olan Mərvəni təhqir edərək "terrorist" adlandırır. Hücum çəkərək bu xanımın başından örtüyü zorla açır. Buna görə Mərvə onu məhkəməyə verir. Məhkəmə zamanı isə qatil ALEX. W. Mərvəyə hücum çəkərək 18 bıçaq zərbəsi qətlə yetirir. Maraqlısı budur ki, alman polisi qatili vurmaq əvəzinə, həyat yoldaşını qatilin əlindən qurtarmaq istəyən Mərvənin yoldaşını güllə ilə vuraraq ölümcül vəziyyətdə yaralamışdır. Bu hadisə bu ayın əvvəli baş vermişdir (iyul ayı).
Ancaq bu qətl heç bir qərb mətbuatı tərəfindən işiqlanlanmadı. Qərbdə tam sükut hökm sürürdü. Neda Salehinin Tehranın hansısa bir küçəsində ölüm anlarını şübhəli çəkildə qeydə alıb dünyada tez, ani zamanda yayan BBC kimi kanallar nədənsə bir müsəlman və hicablı qadının belə vəhşicəsinə qətlə yetirilməsi haqda sükuta qərq olaraq, sanki heç bir hadisə baş verməmiş kimi heç bir məlumat xarakterli xəbər belə vermədilər. Nəhayət Misirdə bu ölümlə əlaqədar xalq tərəfindən geniş aksiya keçirildikdən sonra və bir çox kanallar bu mövzu ilə əlaqədar məlumat yaydıqdan sonra qərb kanallarıda məcbur qalaraq bu xəbəri "mülayim" üsulda yayımladılar.
Neda Salehinin qətlində qərb kütləvi informasiya vasitələri İslamın insanlığa hörmət etmədiyi tezisini yumşaq şəkildə insanlara elə diktə edirdilər ki, tamaşaçılarda bu informasiyaları izlədikdə istər-istəməz İslama və İslam hakimiyyətinə qarşı bədbinlik yaranırdı. Ancaq başında İslam atributunu gəzdirdiyinə görə "qərb tərbiyəsi" almış bir şəxsin əli ilə vəhşicəsinə qətlə yetirilməsi nədənsə onların jurnalist mədəniyyəti qanunlarına yazılmamış kimi görsəndi. Bəlkədə bu sükutun özü qərbin razılıq əlamətidir. Və yaxud bu sükut, qərb hakim dairələrində İslam və müsəlmanlara qarşı nədərəcədə gizli aqressiya yaşandığından xəbər vermirmi?"