Məntəqədə getdikcə maraqların artması, hansısa stratejik dəyişiklərdən xəbər verdiyini göstərir. Bəziləri Ərdoğanın DAVOS konfransında qəzəblənərək işğalçı sionist başçısı Peresə sus deməsi və onu cinayətkarlıqda ittiham etməsinin dalında təkcə, Qəzzə məsələsinin durmadığını, bu işğalçı rejimin müttəfiqi sayılan ABŞın əli ilə İraqın Kürdüstan məntəqəsində Türkiyə maraqlarına zidd, aparılan yeni siyasətinə etirazı kimidə qiymətləndirirlər.
Məlum olduğu kimi İsrail işğalçı rejimi İraq Kürdüstan məntəqəsinin İqlim diyarında əlqaidə adı altında terror aktlarına rəvac verməklə, bu məntəqədə yaşayan insanları məcburi köçürmək niyyətindədir. Və bununlada kürd mənşəli yəhudiləri buraya köçürüb Tövrat Yəhudiləri Diyarı adlı yeni bir işğalçılıq siyasəti yürütməkdədir. Bu isə uzunmüddətli siyasətdə Türkiyənin maraqlarına daban-dabana ziddir.
Türkiyənin günügündən ABŞ və İsraildən uzaqlaşması bu iki işğalçı ölkəni, öz mənafelərini məntəqədə təmin etmək məqsədi ilə yeni tərəfdaş axtarmaq məcburiyyətyində qoyur. Bu baxımdan vaxtilə bir millət, iki dövlət sayılan Azərbaycan və Türkiyə maraqları getdikcə ziddiyyətlə üzləşə bilər. Bu arada ABŞ və İsrail rejimləri ilə yaxınlıq Azərbaycanı təkcə Türkiyə ilə deyil, eyni zamanda Rusiya və İran kimi qonşu ölkələrlə əlaqələrində problem yarada bilər. Medvedevin də məhz Peresin Bakını tərk edmədən Bakıya gəlməsi, məsələnin ciddiliyindən xəbər verir. Azərbaycan diqqət etməlidir ki, məntəqədə düzgün siyasət aparmaması onu qonşu ölkələr arasında təkliyib və bu ölkələr arasında Ermənistanın mövqeyini dahada möhkəmlədə bilər. Odur ki, daima ABŞ və İsrail kimi rejimlər yalnız bir müddət öz maraqları naminə ilkin mərhələdə himayədar kimi görünsələrdə sonda bizim kimi müsəlman və kiçik ölkələri rahatlıqla öz maraqlarına qurban verməyə hazır olduqlarını tarix boyu göstəriblər. Azərbaycanın bu gün diqqət mərkəzində olması bizi əlayağa salıb, tələsərək səhv siyasət yürütməyə sürükləməməlidir.
Buna görə bu gün nəzərə çarpan kiçik bir səhv sabah ağır nəticələrlə bizi üz-üzə qoya bilər.