Artıq dünyanı öz müstəmləkinə çevirmiş sionist-İsrail rejimi Azərbaycanıda öz müstəmləkəsinə çevirmək ərəfəsindədir. Bu gün Azərbaycan da artıq bu işğalçının legitimliyinə dəstək verənlər sırasına daxil oldu. Artıq Azərbaycan, kimlərinsə, müqəddəs müsəlman torpağı olan Qarabağı işğal edənlərlə əlaqə yaratmasına etiraz etmək mənəvi haqqını əldən verməkdədir. Görəsən daima dünyanı Qarabağ məsələsində ikili standartlarla suçlayan bizlər zö ağzımıza sus möhürü vurmadıqmı? Görəsən milli maraqlar naminə işğalçı, qatil və cinayətkarı legitimləşdirmək humanistliyin hansı bəndində yer alıb? Axı biz hər şeydən öncə insanıq? Uşaq, qadın, qoca, cavan bilməyərək onları qanlarına qəltan edəni azad buraxıb hələ onu dəbdəbə ilə qarşılıyırıqsa o zaman Azərbaycanda zindanların qapısını açaraq bütün məhbusları azad etməliyik. Çünki azından bizim məhbusların ən ağır cinayət törətmişi belə Peres kimilərin əməllərinin yanında məsumluq kimi nəzərə çarpır. Milli maraqlar demişkən, görəsən doğrudan da bu cinayətkarların gəlişi bzizm milli maraqlarımıza cavab verir? Dünya xalqlarının yanında ən mənfur, işğalçı bir rejim kimi tanınan bu rejim, bəzən dünyanı yumşaq müstəmləkəçilk siyasəti ilə, bəzən isə sionizmin əlaltısı və vuran əli kimi tanınan ABŞ-ın vasitəsi ilə təzyiqdən istifadə edərək müstəmləkəçiliyə çəkir. Bu gün Azərbaycanda nüfüz etmək üçün hər iki vasitədən istifadə edərək, Azərbaycanı öz müstəmləkəsinə çevirməkdədir. Yoxsa bu mənfur rejim nə zaman Azərbaycanın maraqlarına uyğun hətta kiçicik belə bir addım atmışdır?! Bu rejim Yəhidi-Erməni lobbisinin razılığı ilə, Ermənistanı Azərbaycanın üstünə salaraq, digər tərəfdən öz yalanla dolu qucağını açdı ki, Azərbaycan özünü çarəsiz hesab edib bu sionist rejimin qucağına atılsın. Bu mənfur rejim vaxtilə hətta Erməni əsgərlərinin təliminə belə əl atdı. Bu gün bizə gün kimi aydındır ki, keçən il BMT-də Qarabağın Azərbaycanın tərkib hissəsi olub-olmadığı haqda keçirilən müzakirə və səs vermədə bu işğalçı rejim bizim əleyhimizə səs verərək bitərəf mövqe nümayiş etdirdi. O zaman bu mənfur rejimlə əlaqə görəsən bizim hansı milli maraqlarımızı təmin edirki, biz kiçik dövlət olaraq başqa qonşu və güclü dövlətlərlə əlaqələrimizə xələl gətirib, tarix və xüsusi ilə müsəlman dünyası qarşısında özümüzü biabır edirik? Axı biz yaxşı başa düşməliyik ki, bu rejim və sionizm hər hansı bir ölkəyə xüsusi ilə müsəlman ölkəsinə özünə məzsüs maraqlarla gəlirlər. Bunlar öz maraqlarına çatmaq məqsədi ilə Azərbaycana gələrək əslində bizim təhlükəsizliyimizə xələl gətirib və bizi maraqların toqquşduğu mərkəzinə çevirirlər. Azərbaycan kiçik bir ölkədir, burada hər hənsı bir mənfi işlər digər qonşu ölkələrin kəskin reaksiyaları ilə nəticələnə bilər ki, bu arada uduzan isə yalnız biz ola bilərik.