ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
Öldürüb "inqilab şəhidi" deyirlər!..
24/06/2009 - 12:17

Leyla Tağıyeva

36 adamın öldüyü 1 may 1977-ci il Türkiyə hadisələrinin tətiyinə basan əl ilə, 20 iyun 2009-cu ildə İranda vətəndaş müharibəsinin tətiyinə basan əl arasında nə fərq var? Günahsız bir zərərçəkmiş maskasına ehtiyac duyan "gizli xidmət" Nidanı (İranda qətlə yetirilən gənc xanım)  düz ürəyindən vurdu!

Bəli, Nida simvol olmalıdır amma... ZƏHƏRLİ məlhəmini sürtmək üçün əvvəl yara açan imperializm, "simvol" seçdiyi Nidanı "Yaşıl İnqilab şəhidi" elan etdi. Nida həqiqətən də bir simvol olmalıdır, qəflətdə olan cəmiyyətlər üçün...

1 May 1977-ci il Türkiyənin Taksim meydanında 36 adamın öldüyü qarışıqlığın, 11 sentyabr 2001-ci ildə ekiz qüllələrə çırpılan təyyarənin və 20 iyun 2009-cu ildə İranda fitili odlanan vətəndaş müharibəsi cəhdinin altında eyni imza var...

1 May 1977-ci ildə Türkiyənini Taksim meydanı yaxınlığında yerləşən Sular İdarəsindən ilk gülləni "o" atdı. Yolu bağlayan "o" yük maşını 36 adamı ölümə sürüklədi. 136 adam yaralandı... Bilinən isə odur ki, CİA agentləri hadisədən bir gün əvvəl İntercontinental otelinə yerləşdilər, vəzifələrini tamamladıqdan sonra da otel qeydləriylə birlikdə yox oldular.

11 sentyabr 2001-ci ildə işləyəcəyi cinayətləri müdafiə məqsədi kimi göstərdik, kimsənin şübhələnməyəcəyi qədər göz rəngləyəcək bir nifrətə ehtiyacı vardı; yerli vaxtla saat 08:46:30-da Dünya Ticarət Mərkəzinin 94-cü və 98-ci mərtəbələrinin arasına vurulan təyyarəyə "toqquş" əmrini "o" verdi. 2974 adam öldü. Bilinən isə odur ki, "Mədəniyyətlərin toqquşması" tezisini təqdim edərək, terrorizmi "demokratiya" ilə susdurma kampaniyası başlatmaq həvəsindəki ABŞ, Əfqanıstan və İraq işğallarına haqq qazandırmaq üçün bir gizli xidmət şousu hazırlamışdı.

20 iyun 2009-cu ildə vəhşi pəncələrini gizləyəcək gözəl, günahsız bir zərərçəkmiş maskasına ehtiyac vardı; hadisələrin görüntülənmədiyi İranda, bütün dünyanın görə biləcəyi şəkildə ilk gülləni yenə "o" atdı... Bilinən odur ki, məlhəmini tapa bilmək üçün əvvəl dərin yaralara, dərmanını satışa çıxarmaq üçün amansız bir virusa, pulla bağlamaq üçün diz çökdürən bir yoxsulluğa; xülasə öz nizamı üçün əvvəl yaxşı hazırlanmış bir xaosa ehtiyacı olan Amerika imperializmi bu sahədə mütəxəssisdir.

Qəzet və televiziyalar, Müsəvi tərəfdarı nümayişdə şüar səsləndirərkən əfsanələşdirməyə uyğun şəkildə, düz ürəyindən vurularaq öldürülən Nida adlı gənc qızı "Yaşıl İnqilabın şəhidi" elan etdilər. Beləliklə, İranda baş tutmasına çalışdıqları vətəndaş müharibəsi cəhdinə "simvol" hazırladılar.

İrandan göndərilən son fotoşəkilə baxan hər məntiqli insanın soruşduğunu güman etdiyimiz sualı biz də soruşuruq: "Bütün dünyanın gözü üzərində olan, vətən xaini şahın varislərinin xarici müdaxilə nəticəsində yeni seçki tələbi edərkən, xalqı müxtəlif vədlərlə aldadan müxaliflərinin gözü önündə hansı lider ölkəsinin vətəndaş müharibəsiyə süründürülməsinə səbəb olacaq hadisəni törədər?

Qərb mətbuatı tərəfindən guya küncə sıxılmış vəziyyətdə olduğu bildirilən bir dövrdə, Əhmədinejadın həm qadın, həm adı Nida, həm də ürəyi hədəfə alınan çox funksiyalı bir qurban seçdiyinə, kameraların çəkilş aparılmasına imkan verilmədiyi mühitdə, bir nümayişçinin poza verərək canlı cinayət işlətdiyinə inanmaq çox axmaq fikir deyilmi?"

Xəbəri "İranın Nidası susduruldu" - şəklində, tam olaraq "tanış" dəzgahda toxunduğu kimi, heç araşdırmadan yayımlayanların manşetə qoyduqları o fotoşəkilə bir az da əks tərəfdən baxıb "Əhmədinejada qarşı tətbiq olunan embarqo da İranın səsini kəsməyə istiqamətlənməyibmi?" -deyə soruşmaq lazım deyildimi?

İllərdir Qərbin əsarəti altında yaşayan, etiraz səslərini çıxararkən isə oğurlanaraq qətlə yetirilən, qaz quyularına məhkum edilən, sorğulanan liderlər göz önündədir. Bir iddiası olan insanlara zərbə endirmək üçün küçələri qan gölünə dönən, minlərlə cənazə qaldıran, hansı ki, acı təcrübələrlə yoğurulmuş olan bir ölkədə, "romantik inqilabçı" həyatı yaşamaq üçün insanın beyninin bütün funksiyalarını itirmiş olması lazım deyilmi?

Məncə Nida adlı o gənc qız həqiqətən də bir simvol olmalıdır.

Amma yalnız İran üçün deyil; Qərbin müstəmləkəçiliyini demokratikləşmə kimi görən, hissləri, düşüncələri, mənəviyyatı əsarət altına alınmış, namusu ilə oynanmış bütün qəflət cəmiyyətləri üçün...

Çünki ABŞın, ətindən, südündən, tükündən, dərisindən faydalanıb, sümüklərini də əlaqdə olduqlarının önünə atmağı planladığı bütün ölkələr; Gürcüstan kimi, Ukrayna kimi, Serbiya kimi, Moldova kimi, İraq kimi, Pakistan, Əfqanıstan, Livan və Türkiyə kimi; zərrəcə iqtisadi, siyasi və ya hərbi pay vəd edən ABŞ-dan baxdıqda neft neft, mədən mədən, torpaq torpaq, əsgər əsgər kimi görünən bütün ölkələr təhdid altındadır.

Heç birində hakimiyyəti təhdid üçün küçəyə tökülən vətəndaş bir gəncin, özünə biçilən qarışdıruma missiyasını tamamlamaq üçün "o" güllənin hədəfi olmayacağına zəmanəti yoxdur!

 


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

02/10/2010 İNTERNETDƏ OLAN BÜTÜN XANIMLARA

n

17/04/2010 KİV VƏ AİLƏ

n

02/10/2009 TAĞI ƏHMƏDOV BUNDAN DANIŞSIN

n

12/09/2009 Bu nə vaxta kimi davam edəcək?!!

n

04/09/2009 Yandım, elə yandım...

n

24/06/2009 Öldürüb "inqilab şəhidi" deyirlər!..

n

15/04/2009 Allahın əmrinə qarşı çıxmaq böyük günahdır
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.