"Kim eyibləri araşdırsa, Allah da onun xətalarını araşdırar, evinin içində ol-sa belə sirrini açar, pərişan edər."
Həzrət Məhəmməd (s)
İnsan Allahın mükəmməl bir
şəkildə yaratdığı varlıqdır. Buna baxmayaraq bəzən bilərəkdən, bəzən də
bilməyərəkdən əxlaqa, dinə, qanunlara zidd hərəkətlər edirik. Mehmanı olduğumuz
dünyada demək olar ki, hamının belə rəftar etməsi adi hal alsa da, yenə mümkün
qədər davranışlarımıza diqqət etməliyik. Bu barə-də aləmlərə rəhmət olaraq
göndərilən əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: "Bütün insanlar
səhv edir, onların ən xeyirlisi isə səhvindən dönən-dir".
Müqəddəs dinimiz İslam insanları
hörmətdən salmaq məqsədiyləgünahlarını
və eyiblərini cəmiyyət içində sadalamağa və onların şəxsi həyatlarını, ailə
məh-rəmiyətlərini açan hərəkətlərə icazə vermir, bu cür davranışları
əxlaqsızlıq kimi qəbul edir. Qurani-Kərimdə də insanların eybinin araşdırılması
qadağan olunmuşdur ("Hucurat", 12).
Deməli, İslam mənfi hərəkətlərin
araşdırılması və aşkar edilməsinin deyil, gizlədilməsinin tərəfdarıdır. Həzrət
Məhəmməd (s) "bir bəndə bu dünyada başqa-sının eybini gizlətsə, Qiyamət
günündə Allah da onun eybini gizlədər" , -bu-yurmuşdur. Bundan əlavə, əziz
Peyğəmbərimiz eyb axtaranların zəif imanlı kəs-lər olduğunu da qeyd etmişdir:
"Ey diliylə inanıb hələ ürəklərinə iman girmə-yənlər! Müsəlmanların
qeybətini etməyin. Onların eyblərini araşdırmayın. Kim onların eyiblərini araşdırsa,
Allah da onun xətalarını araşdırar. Allah kimin eybini araşdırsa onun evinin
içində olsa belə sirrini açar, pərişan edər." Həzrət Əli (ə) də dəfələrlə
öz hədislərində belə insanların sirrinin Allah tə-rəfindən açılacağını
buyurmuşdur.
İndi düşünəcəksiniz ki, axı
yuxarıda deyilənlərin nə zərəri ola bilər, bəlkə əksinə, insanların
davranışlarında daha diqqətliliyə səbəb olar. Əlbəttə, bun-da da haqq payı var.
Amma diqqətlə araşdırsaq görərik ki, bu məsələnin zərəri xeyrindən çoxdur.
Birincisi, eyiblərin araşdırılıb ortaya çıxarılması insanla-rı bir-birindən
soyutmağa, aralarında kin və düşmənlik toxumları əkməyə, pis-liklərin
yayılmasına səbəb olar.
İkincisi, gizli qalmış
qüsurların açıqlanması, hər kəsə eşitdirilməsi tədricən günahın adiləşməsinə, cəmiyyətdə
utanma duyğularının yox olmasına, ictimai idarənin azalmasına və beləcə
əxlaqsızlığın sürətlə yayılmasına gətirər.
Həzrət Peyğəmbərimiz və
imamlarımız heç kəsin eybini araşdırmamış və araşdı-ranları da şiddətlə
qınamışdır. Necə ki, Həzrət Əli (ə) buyurur: "Başqalarında eyb axtarmaq ən
pis eyb və günahdır". İmam Baqir (ə) isə buyurur: "Mömin mömi-nin
yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur."
Digər tərəfdən, təsəvvür edin,
günahkar adam bir zaman elədiyi xətasına görə tövbə edir və Allah da qəbul
edir. Bir düşünün, bu zaman dedi-qoduçu, fəsadçı və eyibləriaraşdıran kəslərin aqibəti necə olacaq?
Bir vacib məsələni də qeyd edim
ki, öz günah və qüsurlarını laqeydcəsinə baş-qalarına izah etmək də dinimiz
tərəfindən qadağan edilmişdir. Bu hərəkəti edənlər Allaha, Onun Rəsuluna,
İmamlara və möminlərə saymamazlıq edir, pislik-lərini yaxşılıq, günahlarını
savab, xətalarını fəzilət sayır. Beləliklə, güna-hın cəmiyyətdə yayılmasına,
onun normal bir davranış hesab edilməsinə səbəb olur.
Əziz möminlər! Gəlin əvvəlcə öz
qüsur və səhvlərimizi axtaraq, onları aşkar etməkdən həya edək və imkan
dairəsində düzəldək. Çünki müqəddəs dinimizə görə ən pis adam odur ki, camaatın
eyblərini axtarsın, amma öz səhvlərini görməsin. Başqalarının nə qədər
xətalarını örtə bilsək, axirət günündə o qədər səhvləri-mizin gizlədiləcəyini
düşünək və müqəddəs dinimizdə sirri ifşa etmənin deyil, əksinə gizlətməyin
məqbul olduğunu əsla unutmayaq: "Ən pis adam səhvi bağışla-mayan və eybi
örtməyəndir" (İmam Əli (ə)).
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.