ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
ALİMLƏR BİTKİLƏRİN SÖHBƏTİNİ KAMERAYA ÇƏKİBLƏR | ERMƏNİLƏR PUTİNDƏN ABİDƏ İSTƏDİLƏR | I DÜNYA MÜHARİBƏSİNİN SONUNCU VETERANI VƏFAT EDİB | BIÇAQLA SİLAHLANMIŞ ŞƏXS MƏKTƏBƏ GİRƏRƏK İKİ UŞAĞI YARALAYIB | NOKİA ŞİRKƏTİ 4 MİN ƏMƏKDAŞINI İŞDƏN ÇIXARIR | ABŞ-da 15 YAŞLI GƏNC QIZ ADRENALİN XATİRİNƏ RƏFİQƏSİNİN BAŞINI KƏSDİ | CEYRANBATAN SU ANBARI DONUR | ELMAR MƏMMƏDYAROV BRÜSSELƏ GEDİB | JURNALSİTLƏRƏ GÖRÜNMƏMİŞ CƏZA | AVTONƏHƏNG "MİTSUBİSHİ" CƏMİ 1 AVROYA SATILIR |

Bizimlə Əlaqə
Foto Xəbər
2012-Cİ İLİN SƏRT QIŞI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ REALLAŞA BİLƏRMİ?

Gülağa Aslanlı: "Azərbaycanda azad, demokratik seçki keçiriləndən sonra partiyaların fəaliyyəti məlum olacaq"

AZƏRBAYCAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR?

Nurəddin Məmmədli: "Azərbaycan iqtidarı müxalifət qarşısında o qədər zəif və gücsüzdür ki, onlar hər hansı

ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR

Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"

ALMAN TELEVİZİYASI EUROVİSİON QABAĞI PAYTAXT BAKIDAN GENİŞ REPORTAJ YAYIMLAYIB

Leyla Yunus: ""Eurovision Song Contest" Azərbaycan xalqına sevinc gətirməyib və özü ilə yeni faciələr gətirəcək"

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n ATASI ÜÇÜN ÖZÜNÜ XƏSTƏXANANIN DAMINDAN ATDI
n HİNDASTANIN ÜÇ NAZİRİ ƏXLAQSIZLIĞA GÖRƏ QOVULDU (foto)
n 18 AYLIQ KÖRPƏ TENİS MÜƏLLİMLƏRİNƏ DƏRS KEÇDİ
n BAKIDA REKORD SƏVİYYƏDƏ ŞAXTA QEYDƏ ALINDI
n SURİYA TÜRK CASUSLARINI GERİ QAYTARMAQ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRDÜ
n AVTONƏHƏNG "MİTSUBİSHİ" CƏMİ 1 AVROYA SATILIR
n TƏHSİL NAZİRLİYİ DƏRSLƏRİN DAYANDIRILMASINI TÖVSİYƏ EDİR
n KANADA HÖKUMƏTİ İŞGƏNCƏLƏRƏ RƏSMƏN İCAZƏ VERDİ
n PETERBURQDA GEYLƏRİN AKSİYASI DAĞIDILIB

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 

 
Ən mökәm vә düzgün yol
13/06/2009 - 13:22

Faiq Vəlioğlu
Bu gün hәr bir insaflı müsәlman İslam alәminә diqqәt etsә, açıq-aşkar hiss edәr vә bu hәqiqәtә çatar ki, Quran vә Әhli-Beyt (ә) yolunu tutub möhkәm dayanan müsәlman millәtlәri hәm elmi, hәm mәnәvi vә hәm dә iqtisadi cәhәtdәn dünyanın gözü önündә әn möhkәm ruhiyyәli cәmiyyәti tәşikil edirlәr. Görәsәn bunun sәbәbi nәdir? Görәsәn o ``qüdrәtә malik`` İsrail kimi bir ölkә cәmisi on mindәn artıq olmayan Livan Hizbullahına nәyә görә mәğlub oldular?!
Bu gün hәr bir insaflı müsәlman İslam alәminә diqqәt etsә, açıq-aşkar hiss edәr vә bu hәqiqәtә çatar ki, Quran vә Әhli-Beyt (ә) yolunu tutub möhkәm dayanan müsәlman millәtlәri hәm elmi, hәm mәnәvi vә hәm dә iqtisadi cәhәtdәn dünyanın gözü önündә әn möhkәm ruhiyyәli cәmiyyәti tәşikil edirlәr. Görәsәn bunun sәbәbi nәdir? Görәsәn o ``qüdrәtә malik`` İsrail kimi bir ölkә cәmisi on mindәn artıq olmayan Livan Hizbullahına nәyә görә mәğlub oldular?! Görәsәn dünyanın 300-dәn çox ölkәsi arasında bu gün Amerika hökümәti cәmi 30 il İslam inqilabından keçmәsinә baxmayaraq, 8 il müharibә şәraitini keçmiş İran İslam Respublikasını hәdәfә alır, onunla hesab aparır vә belә bir İslam ölkәsini özünün әn güclü rәqibi sayır? Görәsәn nәyә görә Amerikanın 70% büdcәsini tәşkil edәn әrәb әmirliklәri müsәlman ölkәlәrindә 200 ildәn çoxdur ki, bir dәfә dә olsun demokratik seçki keçirilməyib. Seçki sözünün mәnasını bilmәyәn, amma milyardalara malik olan bir ölkәdә insanlar bu sәrvәtdәn istifadә edә bilmirlәr vә milli sәrmayәlәri Avropa banklarında Avropa ölkәlәrinә işlәyir? Görәsәn nәyә görә, İslam ümmәti belә bölük-bölük olub vә İslam ümmәtinә elә proqram qurublar ki, daim bir-birinin әtini didmәlidirlər, Heç vaxt yaxınlaşıb Quranın buyurduğu qardaşlıq göstәrişinә әmәl edә bilmirlәr? Görәsәn әziz İslam Peyğәmbәrimizdәn (s) bir dәnә dә olsa hәdis var ki, bu müsәlmanlar hansı yolu tutusalar hәmişә qalib, qüdrәtili vә möhkәm olarlar?! Görәsәn biz hәlә dә başa düşə bilmirik ki, nәyә görә, 15 illik bir müharibәdә doqquz әn yaxşı şәhәrimizi vә Azәrbaycanımızın gözü olan Qarabağ mәntәqәlərini әldәn vermişik vә hansı ruh, hansı güclә onu geri ala bilәrik? Görәsәn kim bizim әvәzimizә fikirlәşәcәk ki, artıq o zaman çatıb ki, İslam kimi parlaq vә pak, Quran kimi ali, müqәddәs bir kitabı vә Әhli-Beyt (ә) kimi müqәddәs, ideoloji mәktәbi olan bir fürsәtdәn nәyә görә keyfiyyәtli şәkildә istifadә edib millәtimizi, xalqımızı Allahın dediyi ağ günә, xoşbәxtliyә çıxara bilmirik?! Görәsәn Quran vә Әhli-Beyt (ә) mәktәbi nәyә görә araşdırılıb bu mәktәbin dәrin maarif, mәrifәtindәn, incәliklәrindәn ölkәmizdә tam şәkildә araşdırma aparıb bәhrәlәnmәyә imkan yoxdur, amma ata-ananın övlad müqabilindә lüt-üryan soyunması ideyasını irәli sürәn Freyd kimi Avropa ideoloqlarının nәzәriyyәlәri univristet vә ya ali mәktәblәrdә dәrslik kimi keçirilir?! Amma bütün düynanı heyrәtә salan Quran vә Həzrət Әlinin (ә) Nәhcül-Bәlağәsinini hikmәtlәrindәn ali sәviyyәdә bәhrәlәnә bilmirik?!  Görәsәn Vәtәni yadelli düşmәnlәrdәn qorumaq vә tәmizlәmәkdәn ötrü Kәrbala qәhrәmanlırının ruhiyyәsi bizә hava-su kimi lazım olduğu halda, informasiya mənbələrində günün 90%-i pop musiqilәr, şoular, әylәncә vә konsertlәr tәşikl edir?! Görәsәn nәyә görә bizim Vәtәnimizdә bütpәrәsәtilk tәbliğ edən təşkilatlar asanlıqla qeydiyyatdan keçirilir, amma Quran vә Әhli-Beyt (ә) mәktәbi ardıcılları çox çәtinliklә qeydiyyatadan keçirilir?! Görәsәn biz bugünkü gәnclәrә kimi daha yaxşı tanıtdırsaq yaxşıdı? Bütün dünyada, müsәlman vә qeyri-müsәlman mütәfәkkirlәri, tәfәkkür vә möcüzәsini qәbul etdiyi İslam Peyğәmbәrini (s) vә әmirәl-möminin Әlinin (ә), yaxud hәr hansı bir mavi yolunun qulluqçusu olan Avropa aktyorunu?! Görәsәn Vәtәn, xalq, millәt üçün abır, namus, qeyrәt, qüdrәt, şücaәt, hәya, möhkәm ruhiyyә, möhkәm mәnәviyyat, halalçılıq, iffәtçilik, elm, iman, әn başlıcası Allaha, Qurana, Peyğәmbәr (s) vә Onun pak Әhli-Beytinә (ә) mәhәbbәt mühüm, hәlledici rola malikdir, ya fahişәlik, qeyrәtsizlik, haramçılıq, kazinolar, lotuxanalar, meyxanalar, iffәtsizlik, lüt-üryan olmaq, şәrabxorluq, qumarbazlıq, narkomaniya vә onlarla belә sağlam ağlın qәbul etmәdiyi xüsüsiyyәtlәr vә bәlalar sәrfәlidir?!
Әlbәttә, hәr bir vicdanı oyaq insan tәsdiq edәr ki, bütün bu verilәn suallarnın müqabilindә bir cavab var. O da budur ki biz hәlә yatmışıq vә qәflәtdәyik. Әsas idieal vә sadalananların hamısı hәr bir müsәlman cәmiyyәtindәn ötrü zәruridir. Milәtini, xalqını vә Vәtәnin gәlәcәyini düşünәn müsәlman bu yolda çalışmalı vә әlindәn gәlәni etmәlidir ki, bu ideal yollar bizim hayatımızda özünü tapsın, müsәlman xalqımız onlardan istifadә edә bilsinlәr.
    İndi dә bәzi sualların cavabların qısa da olsa aydınlaşdırmağa çalışaq vә lazımı dәlillәrdәn istifadә edәk.
İlk növbәdә Quranda Allahın Peyğәmbәr (s) vә Onun Әhli-Beyti (ә) haqqında buyurduğunu qeyd etmәk yerinә düşәr. Ondan sonra İslam Peyğәmbәrinin (s) özünün peyğәmbәrliyә seçildiyi ilk gündәn Quran vә Әhli-Beyti (ә) ümmәtinә tapşırması haqqında tarixә nәzәr salacağıq. Ondan sonra aydın olar ki, nәyә görә müsәlman ümmәtini dağınıq salmaqdan ötrü milyardlarla sәrmaylәr qoyulur, vәhhabilәr, bәhailәr kimi quraşdırma firqәlәr İslam ölkәlәrindә baş qaldırır, cavanları fanatizmә, azğınlığa, Allahın, Quranın, Peyğәmbәrin (s) bәyan etdyi xalis yoldan uzaqlaşdırırlar.  
Allah-taala Quranda Peyğәmbәr (s) vә Onun Әhli-Beytini (ə) pak vә mәsum günahsız bәyan edir, Peyğәmbәrimizin (s) 23 illik zәhmәti müqabilindә İslam ümmәtindәn o Hәzrәtin Әhli-Beytinә (ə) mәhәbbәt, sәmimiyyәt, ehtiram, tәbbi ki bunların ardınca İslam alәmindә müsәlmanlardan onlara tabeçilik tәlәb edir:
1.    ``Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!`` (Ali-İmran surәsi-103)
Bu ayәni Quranda oxuyan hәr bir insaflı müsәlman tez fikirlәşәcәk ki görәsәn Peyğәmbәr (s)  olmayan zamanda elә pak vә günahsız insanlar var ki, onların әtrafında birlәşәk? Vә Quranda bu barәdә Allah-taala heç olmasa işarә dә olsa buyurub? Bәli, Allah-taala Qiyamәtә qәdәr olan pak İslam dinini Peyğәmbәrә (s) vә Onun pak Әhli-Beytinә (ə) tapşırıb. Peyğәmbәr (s) hәyatda olan halda vә hәtta son nәfәsdә dә bu mәtlәbә ciddi işarәlәr edib vә Quran tapşırdığı kimi O hәzrәt dә  tapşırıb. Quranda oxuyuruq:
2.    Ey) Peyğәmbәrin) Әhli-beyti! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
  Bәli, Allah-taala işarә edib ki müsәlmanların içindәn kimlәr pak vә pakizәdirlәr. Bütün tәfsirçilәr buna sәmimi qәlbdәn iqrar edirlәr ki onlar Peyğәmbәrin (s) yolunu olduğu kimi dәyişmәdәn qoruyan vә bәyan edәn Әhli-Beytdir. Әhli-Beyt kimlәrdir? Bu başqa bәhsdir vә xüsusi bir bәhs istәyir.
 Nәhayәt Allah-taala Quranda yenә buyrur:
3.    ``Allah iman gәtirib yaxşı әmәllәr edәn bәndәlәrinә bununla müjdә verir. (Ya Peyğәmbәr!) De: ``Mәn sizdәn bunun (risalәti tәbliğ etmәyimin) müqabilindә qohumluq mәhәbbәtindәn (Әhli-beytimә sevgidәn) başqa bir şey istәmirәm.`` (Şura surәsi-23)
Görәsәn, Qiyamәtin günündә bu aylәri oxuyan müsәlmanlar   ``mәn bilmәdim kimә tabe olum`` sözünü bәhanә edib, İslamda ``parçalanma qadağandır`` ayәsinin әksinә getmәyi bәhanә edә bilәrmi?! Әlbәttә, aqil, insaflı insan qәtiyyən etməz. Yalnız qәlbәlri tәfәkkürә gәtirib, insafa riayәt edib, hәqiqi tarixdә Әhli-Beytin (ə) mәqamını tanıyıb, araşdırıb onu tapmaq tәlәb olunur. Bütün bu tәfәkkür yollarının qarşısını almaq vә İslamda bu birliyi dağıtmaqdan ötrü әziz Peyğәmbәrimiz (ə) dünyadan köç etdiyi gündәn etibarәn, ta bu günә kimi tarixdә bütün vasitәlәrdәn istifadә edilib vә edilir. Çox tәssüflәr olsun ki, tarixdә Quran, Peyğәmbәr (s) vә Onun Әhli-Beytinin (ə) aşiqlәri kimi tanınan Azәrbaycanımızda da missionerlәr tәrfindәn milyonlarla sәrmayә qoyulur ki, bu çılğın, şir, qәhrәman, Kәrbәlada İmam Hüseyn (ə) kimi şәhidlәr ağası vә Әbәl-Fәzl aşiqlәri olan millәti belә bir mәktәbdәn uzaqlaşdırsınlar.
Bәli hәdәf budur. Hәr nә olursa olsun, Kәrbәla qәhrәmanı imam Hüseyndən (ə) ``danışmayın vә çox da inanmayın!`` Çünki, әgәr bu qәhrәman millәt belә bir mәktәblә yaxından tanış olsa, o ruhiyyәni, mәnәviyyatı әlә gәtirә bilsә, bu xalqın müqabilindә nәinki 2-3 milyonluq ermәni dığaları dayana bilәr, hәtta bütün dünya әlbir olub bu mәmәlәkәtә, bu ölkәyә tәcavüz etsә dә belә, bu millәt bir qarış da olsa nә Vәtәndәn satar, nә dә Vәtәnin müdafiәsi yolunda şәhid olmaqdan qaçar.   
Könüllülәr dәstәsi heç bir göstәriş gözlәmәdәn ayıq vә yüksәk dәrәcәli mәnәvi ruhiyyә ilә әliyalın  da olsa canlarını, mallarını, balalarını bu elә, obaya, Vәtәnә sәmimi qәlbdәn qurban verәrlәr. Bundan ötrü milyonlarala pul xәrclәyib silah-sursat almağa dәymәz. Çünki silahı verәndә gәrәk bilәsәn ki, kimә verirsәn. İmanlı, әqidәli, sağlam, mәnәviyaatı, ruhiyyәsi Allaha bağlı olan әsgәrә silah verilsә, Vәtәn uğrunda ölmәk onunçun şәrәf sayılar. Bu ideologiya vә ruhiyyә bu gün yalnız vә yalnız Quran vә Әhli-Beyt (ə) mәktәbindәdir. Biz bu mәktәbin elmi, mәdәni, iqtisadi, mәnәvi proqramlarından Qurana әsaslanaraq var qüvvәmizlә gәnc nәslin tәrbiyәsindә istifadә etmәliyik. Budur bizim vәtәnimizin qorunmasının zamini. Bütün düyna Fәlәstinә hücumu müşahidә etdi. Amma Allaha, Qurana iman,  İmam Hüysen (ə) mәktәbinә olan eşq-mәhәbbәt bu silahsız vә ayaqyalın xalqa ruh verdi, qәhrәmancasına müdafiә olundu. Livan döyüşlәrindә minlәrlә vәtәnpәrvәr oğlanları tәpәdәn dırnağa qәdәr silahlanmış düşmәn müqabilinә çıxaran Allaha, Quran, Peyğәmbәr (s) vә Әhli-Beyt (ə) mәktәbinә, imam Hüysenin (ə) şәhadәt mәktәbinә olan inam, eşq-mәhәbbәt oldu.
    Vә nәhayәt, Peyğәmbәrimizin (s) dilindәn Quran, Әhli-Byet (ə) barәsindә tarixdә nә var?  Peyğәmbәrimizdәn (s) çoxlu  hәdislәr var ki Quranda Allah-taalanın Әhli-Beyt (ə) haqqında buyurduqlarını tәsdiqlәyir vә müsәlmanlara dağılmaq üçün bәhanә yeri qoymur.
1.    Qәdir Xum hәdisi:
Ey müsəlmanlar, mən sizə sizin özünüzdən daha yaxın deyiləmmi? (Yəni mənim əmr və göstərişlərim sizin öz fikirlərinizdən daha əhəmiyyətli deyilmi? Mən sizin rəhbəriniz deyiləmmi?) Dedilər: Bəli, ya Rəsuləllah! Həzrət Peyğəmbər, Әliyby (ə) əlindən tutaraq bacardıqca yuxarı qaldırdı və buyurdu: Mən hər kəsin mövlasıyamsa (rəhbəri), Әli də onun mövlasıdır! İlahi! Onu sevəni Sən də sev, ona düşmən olana Sən də düşmən ol. Ona kömək edən şəxsə kömək et, onu zəlil etmək istəyəni zəlil et!
Daha sonra üzünü bütün müsəlmanlara tutaraq: Gedin Әliyə beyət edin! Buyurdu.  Әli (ə)-a hamıdan öncə Ömər, sonra Әbu Bəkr daha sonra Osman, Təlhə, Zübeyr və bütün müsəlmanlar beyət etdilər.
Bu böyük hadisəni bütün tarixçilər 120-dən artıq mötəbər sənədlə nəql etmişlər.
2.    Sәqәleyn hәdisi:
``Həqiqətən mən (Allah tərəfindən) dəvət olunmuşam və yaxın vaxtlarda (o dəvəti) icabət edəcəyəm, (Yəni, dünyadan köçəcəyəm) bir halda ki, sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı (Quran), digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Әhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz.
Quranın vә Peyğәmbәrimizin (s) Әhli-Beyt (ə) yolunu bu qәdәr tәkidlә sifariş etmәsindәn vә müsәlman ümmәtinin olarla birlikdә olması halında ittihad vә birliklәri olmasını tapşırmasından sonra bir sıra şәxsi mәfәәtlәrini güdәnlәr vә hәva-hәvәs sahiblәri tarix boyu olmazın zülm, әzab-әziyyәtini Peyğәmbәrimizin (s) Әhli-Beyti (ə) haqqında rәva bildilәr. Tarixə baxın! Peyğәmbәrin (s) dәfәlәrlә ümmәtinә tapşırdığı Әhli-Beytindәn (ə) qızı Fatimeyi-Zәhranı (s.ә) üç ay keçmәmiş evinə od vurub şәhid etdilәr. Qәdir Xumda öz canişini elan etdiyi әmirәl-mömini evindә 25 il tusdaq etdilәr, hakimiyyәtә gәldyi müddәtdә vәzifә almaqdan ötrü mәnafelәri zәrәrә düşәnlәr, o Hәzrәtlә dörd ildә dörd böyük müharibә etdilәr. Peyğәmbәrimizin (s) Әhli-Beytindәn olan әziz nәvәsi İmam Hәsәni (ə),  Müaviyә kimi şәhvәtbaz vә hiylәgәrin әli ilә zәhәrlәdilәr, imkan vermәdilәr ki, İslam ümmәti bu pak nәsildәn istifaәd etsinlәr. Ondan sonra Peyğәmbәrimizin (s) әziz balası İmam Hüseyni (ə) cәmiyyәtdә baş alıb gedәn fitnә-fәsadın qarşısını almaqdan ötrü hәrәkәtә gәlib etiraz etdiyi zaman zalım vә şәhvәtpәrәst hakimiyyәt otuz minlik qoşunla 72 nәfәrdәn ibarәt öz alilәsi, xırda körpәsi, kömәkçilәri ilә birlikdә qanlarına qәltan etdirir, İslam tarixindә hәtta müşrik vә kafirlәrә dә rәva bilinmәyәn bir әmәli şәhidәrin başlarını kәsib nizәlәrdә şәhәrbәşәhәr gәzdirirlәr. Peyğәmbәmbәrin (s) dost-doğma nәvә nәticәlәrini әsir alıb olmazın әziyyyәtlәrini verirlәr. O insanlar ki, gündәlik beş vaxt namazda Peyğәmbәrin (s) adını dilinә gәtirir, Onun Allahın elçisi olmasına şәhadәt verir. Nәhayәt tarix boyu zalım, şәhvәtbaz xәlifәlәr vә ya hakimlәr öz mәnfur niyyәtlәrini, hakimyyyәtlәrini saxlamaqdan ötrü Peyğәmbәrimizin (s) tәrәfindәn qorunmasını tapşırdığı Әhli-Beyt (ə) sülalәsinə olmazın әziyyәt vә zindanlara salmaqla nәhayәtdә şәhadәtә çatdırırlar. Sonda Peyğәmbәrin (s) son canişini saylın 12-i İmamı (ә.c) axtarırlar vә onu da şәhadәtә yetirmәk istәdikdә, artıq Allahın hikmәti belә olur ki, bu qәdirbilmәz müsәlmanlara hәlә İmam lazım dyeil, qoy bir müddәt İmam vә Rәhbәr hәsrәtini çәksinlәr. Peyğәmbәrin (s) vәfatından iki әsrdәn çox keçәn müddәtdә adlarını müsәlman qoymuş hakimlәr bütün qüdәrt vә imaknlarından istifadә edərək, O Hәzrәtin Әhli-Beytinә (ə) zülmü, sitәmi rәva bildilәr. O pak vә mәsum İmamlar (ə) Allaha xatir bütün bu müsübәtlәr müqabilindә sәbr edib İslam ümmәtinә nifrin etmәdilәr. Çünki Peyğәmbәrimiz (s) bütün alәmlәrә rәhmәt ünvanı ilә göndәrilmişdir. Әhli-Beyt (ə) də babaları Peyğәmbәrin yolunu getdiklәrinә vә o yolu qoruduqlarına görә sәbr etdilәr.
Quran bu barәdә buyurur: ``Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.`` (Әnbiya surәsi -105)
Buna görә mәsum İmamlarımız (ә) bütün bu zülm vә sitәmin müqabilindә Allah-taaladan İslam ümmәtinin qәflәt yuxusundan ayılmasını istәmişlәr. Vә nә qәdәr ki bu ümmәt qәflәt yuxusundan alyılmayıb bütün müsәlmanlar yolunu gözlәdiyi 12-ci İmam (әc) da qeybdә qalacaq. Bütün müsәlmanlar tәrәfindәn yolu gözlәnilәn bu sonuncu İmamın (әc) Peyğәmbәrimizin (s) Әhli-Beytindәn (ə) yәni, Onun pak nәslindәn olmasına iqrar edir vә bu mövzuda qәti ixtilaf yoxdur.
İndi insaflı mütәfәkkirlәr fikirlәşsinlәr ki, İslam ümmәti nәyә görә belә bölük-bölük olub? İslam ümmәtindә nәyә görә, Peyğәmbәrimizin (s) Әhli-Beytinә (ə) tarix boyu zalım vә şәhvәtbaz hakimlәr tәrfindәn zülm olunub? Vә İslam ümmәtinin dünyanın hәr yerindә mәxsusәn, bizim Vәtәnimizdә çıxış yolu vә nә nicat yolu nәdәdir? Bu sualın cavabını әziz oxucuların insafına tapşırıram. Hәr kәs öz ağlı, düşüncәsi vә elmindәn düzgün bәhrәlәnә bilsә, tәbii ki, cavab dә aydın olar. Necә ki Qurani-Kәrim buyurur: ``O kəslər ki, sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!`` (Zümәr surәsi-18)
Bütün bunlardan bir nәticә alırıq, o da budur ki, din vә dindarlığa qanun çәrçivәsindә kimliyndәn asılı olmayaraq, istәr müsәlman istәrsә dә qeyri-müsәlman icazә verilmәli vә onların sözlәri dinlәnmәlidir. Bu hәr bir ölkә dә olduğu kimi bizim dә vәtәnimizdә bir növ demokratiya, ya söz azadlığı simvoludur. Amma ümumi şәkildә icazә verilsin vә bu yolda qanun çәrçivәsindә bütün bu dinlәrin ideyası, insan tәrbiyә edәn proqramları araşdırılmalı vә hәqiqәt, insaf, elm, haqq nәyi tәlәb edirsә, o da әsas mәnәvi qida mәnbәsi kimi istifadә olunmalıdır. Tarix vә faktlar göz önünüdәdir.
Ümidvaram, vәtәnimizin gәlәcәyi olan gәnclәrin ali şәkildә mәnәvi, dini sәviyyәlәrinin vә ruhiyyәlәrinin yuxarı sәviyyәdә olmasından ötrü bütün xalqı sevәn vә mәnәviyyatının keşiyindә duran dövlәt vә din xadimlәri әsaslı proqram verәcәklәr. Bu gün bir müsәlman ölkәsi kimi cavanların intizarı budur ki media vә telekanallarda saatlarla şoulara ayrılan vaxt kimi müstәqil Quran kanalı, mәnәviyyatı vә dinimizi 24 saat tabliğ edәn milli mәnәvi kanallarımız olmalıdır. Onsuz da mәnәviyyat, din vә paklığ aşiqi olan insanlar bugünkü elm vә texnika ilә bu informasiyanı istәnilən vaxt istәnilәn digәr ölkәlәrin telekanallarından alacaqlar. Amma bu telekalnallar başqa millәtlәrin, dövlәtlәrin vә onların әhval ruhiyyәsinә uyğun hazırlanıb. Bәs bizә nә olub ki, biz belә mәnәvi telekanallardan qaçırıq?! Onlara sәrmayә qoymuruq? Yaxud sәrmayә qoyanlara da mane oluruq?! Artıq zәmanә dәyişib. Әqidә senzurası vә әqidә buxovluğu, әqidә quraşdırmaları zәmanәsi komminizmin muzeyә getdiyi kimi arxivlәrdә qaldı. Bu gün dünya millәtlәri vә ya ölkәlәrin alimlәri, mütәfәkkirlәri istәnilәn әqidә vә etiqadları araşdırır, elmi mәrkәzlәrdә dәyәrlәndirir vә onlardan sәmәrәli istifadәlәr edirlәr.
Mәn yenә dә imkanlı vә imanlı hәmvәtәnlәrimdәn xahiş edirәm ki, nәticәsi iztirab vә psixloji böhrana gәtirib çıxaran onlarla şou telekanallarının müqabilindә cәmiyyәti, xalqı vә cavanları mәnәviyyat, paklıq, möhkәm ruhiyyә, vәtәnpәrvәrlik vә bu gün vәtәnin müharibә şәraitini nәzәrә alaraq vәtәn yolunda şәhidpәrvәrlik istiqamәtindә xüsusi informasiya kanalı açılsın, bu yolda imanlı alimlәrdәn, tarixdәn, Kәrbәla tarixindәn, әn başlıcası müqәddәs Quran vә Әhli-Beytin (ə) ali sәviyyәli maarifindәn bәhrәlәnsin!
Allah-taaladan arzumuz budur ki, bәşәriyyәti zülm vә sitәmdәn xilas etmәkdәn ötrü yolladığı Quran, sonuncu Peyğәmbәrimiz (s) vә Onun pak Әhli-Beytinin (ə) mәhәbbәtini, vәtәnpәrvәr vә sülhpәrvәr idrologiyasını bizim müsәlman, qәhrәman xalqımızın qәlbindә günü-gündәn artıq qәrar versin! İnşallah!

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

28/01/2011 VƏTƏN-KƏRBƏLA MEYDANI!

n

11/01/2011 Vətəni Kərbəla səhrasına çevirməyək!

n

30/11/2010 AZƏRBAYCANDA HİCAB MÜHARİBƏSİ

n

30/10/2010 QURANIN YER HAQQINDA MÖCÜZƏSİ

n

11/10/2010 ALMAÇILARA İKİNCİ CAVAB

n

01/10/2010 QURANIN ELMİ MÖCÜZƏSİNDƏN YER KÜRƏSİNİN YARANIŞI

n

12/07/2010 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!

n

03/07/2010 QURANDA ALLAHIN ƏZƏMƏTİ

n

24/06/2010 QURAN ELMİNDƏN XƏBƏRSİZLƏRƏ

n

27/05/2010 Hanı bizim şəhadət arzumuz?!

n

04/05/2010 MƏSCİDİ QORUMAQ HAMIYA VACİBDİR!

n

25/03/2010 ALMAÇILAR AZMASINLAR!

n

27/02/2010 QURANDA ZALIMIN SON ANI

n

10/10/2009 MƏSCİDİ SÖKMƏK YOX, TİKMƏK LAZIMDIR!

n

17/08/2009 Tәvәlla vә Tәbәrra

n

13/06/2009 Ən mökәm vә düzgün yol

n

29/05/2009 Şərab və içkidən tövbə

n

11/04/2009 Şərabın bəlaları
 
 

Günün Sitatı
RAFİQ ƏLİYEV
“Əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net