ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
31/01/2012 - 16:26

Nurəddin İsmayıl

Biz səninlə bir şəhərdə yaşayırıq. Geniş, işıqlı, gur yaraşıqlı, ölməz rəhbər adına əbədiləşən küçələrin sonuclandığı "göydələn"lərdə sən, şeyx həzrətlərinin minarə boyunca ucaltdığı villalardan daşınan "ehsan qırıntıları"nın töküldüyü yerdə mən yaşayıram, əzizim. Hərəmiz bir kişinin övladı. O sənin güzəranın, bu mənim.

Biz səninlə bir şəhərdə yaşayırıq. Oğru hakimiyyət təbəələrinin ciblərdən telefon oğurladığı, şəkillərlə bəzədilmiş çirkli avtobuslarda məşğulluq idarəsinə pənah aparan mən, motal qarnınla sükanını fırlatdığın "Mersedes"lə quldur vəzifə başına can atan sən.

Biz səninlə bir şəhərdə yaşayırıq. Bu şəhərin "xüsusi dəhliz"i ilə şütüyüb üz tutduğun, kimsənin həndəvərinə yaxın düşə bilmədiyi qəsri-qalada harın həyat yaşamaq sənin payına, yayında baş qaynadıb, qışında qazan qaynatmağın kasıb komada xiffətini çəkmək mənim payıma düşüb, əzizim.

Biz səninlə bir şəhərdə yaşayırıq. Mavi Xəzərin öz dövrəsinə aldığı şəhərdə. Girişi kasıblar üzünə bağlanmış pullu çimərliklərdə şellənmək, sağır malı yeməkdən qızğınlaşan dağarcıq-vücudunu Xəzərin qoynunda sərinlətmək sənin, Novxanıdakı duzlu gölməçələrdən dizə qədər çırmalanıb, duzdan ruzi çıxarmaq mənim qismətimə yazılıb, əzizim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Hərəmizin bir dərddən xəstələndiyi şəhərdə. Sən qalaq-qalaq pulun, şan-şöhrətin, qarınpalaq piyin xəstəsi, mən şərəf adlı ağır yolun içindən keçən əsəbin, kor taleyin xəstəsi. Sənin əlac yolun qabırğana döşənmiş yeddiqat piyin soyulmağından, mənim şəfqət yolum quru candan əl üzüb, mələklər ağuşunda o dünyaya üz tutmağımdan keçir, əzizim.

Biz səninlə bir şəhərdə yaşayırıq. Sənə ucuz şöhrətin təmtəraqlı toyunun, mənə qəm-möhnətin ölüm soraqlı vayının qurulduğu şəhərdə. Bu şəhərin pişik tumarı  ilə əcnəbilər qoynunda göbək atan qara gözlü bar qızları sənin payına, bu şəhərdən itkin düşüb, əsirlikdə yasın quran qara üzlü vətən qızlarının halına yanmaq mənim payıma düşüb, əzizim.

Biz səninlə bir şəhərdə yaşayırıq. Sənin şəhərin daha varlı, daha zəngin. Mənim şəhərim kasıb, misgin, it günündədir, əzizim. Sənin şəhərində "Şuşa", "Çanaqqala", "Zəngəzur", "Xarı Bulbül", "Xan qızı" var, əzizim. Al şərabdan gillədib, gur səsini zillədirsən o mədəxanalarda. Pırtlamış gözlərin saqilərin titrək əndamına dirənik halda yalançı vətən həsrətindən, qeyrətdən dəm vurursan. "Dərd" sənə güc gələndə hələ bir arsız-arsız "Yanıq Kərəm"ə yan da atırsan. Mənimsə nə Şuşam, nə Göyçəm, nə də Xarı bülbülüm var. Sənin şişmiş, piylənmiş vücudun atlanıb düşür, mənim quru canım ət tökür bu şəhərdə, əzizim.

Biz səninlə bir şəhərdə yaşayırıq. Sənin şəhərin mamlı-matan, mənim şəhərim halıma baxıb, hamı mənə söz atan. Düzünü bilmək istəyirsənsə, sən bu şəhərə daha çox yaraşırsan. Sənin ütülü görkəmin, tər tökə-tökə qurşaq aşağı qalstuk sallamağın, dar-düdük şalvarla, erməni burnuna oxşar ucumiz ayaqqabın, "padnoy moy" danışıq tərzin, buruntaqlı itin, bilərzikli, boyunbağılı əndamınla burcuda-burcuda yeriməyin bu şəhərə lap can verir, əzizim. Mənim işim bu şəhərlik deyil. Rəngləri uyğun gəlməyən geyim dəstim, "kəndəvoy" yerişim, evə çatana qədər əlimdəki bazarlığı kimsəsizlərə paylamağım, yolun bu üzündən o üzünə qışqıraraq öləndən-qalandan, viranə qalmış yurdlardan xəbər tutmağım sənin mamlı-matan şəhərinin tərzinə uyğun deyil, əzizim.

Neyləyim ki, mənim xəcalət, sənin ləzzət çəkdiyin bu şəhərdən baş götürüb getməyə, qərar tutub asudə yaşamağa nə üz tutulası yerim, nə də könlüm tək viranə qalan o yurdlara gedib çatmağa taqətim qalmayıb, əzizim.  


Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/03/2012 ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR

n

31/01/2012 SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM

n

23/01/2012 DƏRDİMİZİ QANAN GƏLSİN

n

23/01/2012 ADAM, GEDƏK DÜNYANIN O ÜZÜNƏ

n

04/06/2010 Fələstin və Livan hadisələrini düşünərkən

n

15/05/2010 İkiqütblü Azərbaycan

n

19/03/2010 CƏNNƏT YUXUSU

n

24/02/2010 ZÜLMLƏ BARIŞANLARA

n

20/02/2010 Cənnət yuxusu

n

11/02/2010 GÖY ADAMI

n

02/02/2010 İLAHİ DUYĞULAR
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.