Dünən bir yuxu gördüm. Gördüm ki, böyük bir elm xəzinəsinin qarşısındayam. Elm xəzinəsinin qapısına belə yazılmışdır: "İmanı olmayan bura girməsin". Ötən yazıda imanlı avropalıların protestant hərəkatı, cəmiyyətin bütün sahələrində intibahı və onun meydana gəlmə səbəbləri haqda qeydlər etdim. İmanlı avropalılar insanlığı kilsənin əlindən aldığı gündən avropa "fikr bazarı"ına çevrilməyə başladı. Çox tezliklə scientizm (elm) hər yerə hakim oldu. Bir vaxtlar elmə görə həbs olunaraq öldürülən avropalılar indi elm yarışına çıxmışdılar. Qısa zaman kəsiyində elmi və texnoloji kəşlər sayəsində sənayenin inkişafı sürətləndi. Scientizim avropanın qaranlıq keçmişini bir göz qırpında aydınılaşdırdı.
Bu arada protestantların başlatdığı "insanlığı" xilas etmə əməliyyatı da öz hədəfindən yayınırdı. Böyük qəhrəmanlıq hesabına avropa insanını protestant kilsəsi, papa hakimiyyətinin caynağından qurtaran protestanların hərəkatı tezliklə həmən avropalını "Çezar", "Papa" idarə üsulunden heç nəyi ilə fərqlənməyən "kapitalizm"in caynağı altına salacaqdı. Bununla paralel science (elm) də öz yerini yavaş yavaş materializmə verirdi. İmanlı protestanları tezliklə imansız kapitalizm bataqlığı gözləyirdi. "Human" kapitalizmin alətinə çevrildikcə, "humanisme" də unudulurdu. Avropalını yeni bir qaranlıq dövr gözləyirdi. İki dünya müharibəsi, milyonlarla insanın qətlinə gətirib çıxaracaq qaranlıq insanlıq böhranın yaranmasında materializm və kapitalizmin rolu danılmaz oldu. Bir vaxtlar insanın qladiator döyüşlərində öldürülməsindən həzz alan avropalı indi insanın tankların altında altında qalmasına biganə qalırdı. XX əsrin əvvəllərindən əsrin ortalarınadək avropa "insan", "insan haqları" terminlərindən istifadə olunmurdu. Baxmayaraq ki, protestantların kilsə idarəçiliyinə ilk önəmli zərbəsindən sonra avopada ən çox danışılan mövzu "ictimai müqavilə (public contract)" və "insan haqları (human rights)" idi. Avropa insanı üçün növbəti insanlıq təbilini imanlı ekzistensialistlər çalacaqdılar.. (bu barədə növbəti yazıda)
Üç yazıdır ardıcıl olaraq qeydlər etdiyim avropa fikr tarixində ən nəzərə çarpacaq məntiq budur: Elm olan yerdə iman olmazsa, elm olan yerdə insan vicdanı olmazsa, elmsizlik olan yerdə iman olarsa, elmsizlik olan yerdə insan vicdanı olarsa cəmiyyət uçuruma gedəcək. Elm və İman, Elm və İnsanlıq bir-birində ayrılmayan anlayışlardır. Elm insana, insanlığa xidmət etmədiyi andan artıq elm deyil, cəhalətdir. Eləcə də insanlıq elm olmayan yerdə uçuruma doğru hərəkətdədir. Hələ qədim yunanıstanda Platon Akademiyasının giriş sözünə böyük hərflərlə belə yazılmışdı: "Özünü tanı". Çünki, Platon Elmlər Akademiyasında "öz"ünü tanımayan, vicdanı olmayanlara yer yox idi. Eyni mənzərə ilə biz İslam dinin zühurundan sonra rastlaşırıq. Beləki İslam Akademiyasının giriş sözü də bu idi: "Özünü tanı, özünü tanıyan Allahını tanıyar". Ardı var...
IV yazı "COPY-PASTE" MƏDƏNİYYƏT? Və ya halva halva deməklə ağız şirin olmur
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.