ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
27/12/2011 - 18:04

Mayis Güləliyev
Bu gün Azərbaycanın mövcud olmayan və heç vaxt yazılmayan Neft strategiyası ilə fəxr edən ekspertlər məgər bu reallığı dərk etmirlər?

"Soyuq müharibənin sonunda və iqtisadi böhranın yüksək olduğu vaxtlarda mən Rusiyanın bir neçə şəhərinə və kənd ərazilərinə səfər etdim. BVF-nun maliyyələşdirdiyi islahatlar keçmiş Şərq bloku ölkələrini məhv edən yeni mərhələyə daxil olmuşdu. 1992-ci ildən başlayaraq keçmiş Sovet İttifaqının Baltik ölkələrindən tutmuş Şərqi Sibirə qədər geniş ərazisi dəhşətli dərəcədə yoxsulluğa düçar edilmişdir." (Michel Çossudovski)

Əksər ekspertlər və siyasilər düşünürdülər ki, 2007-ci ilin əvvəllərində Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artması cəmiyyətdə sosial gərginlik yaradacaq. Müxalifət düşərgəsində buna ümid edib öz siyasi planlarını korrektə etməyə çalışanlar da az deyildi. Kimi bunu hökumətin səhv addımı, kimi Tarif Şurasının xəyanəti və gizli əməli, kimi hökumətin vacib və xariqələr yaradan addımı kimi qiymətləndirdilər.

İlk baxışda müxalifət və iqtidar kimi əks siyasi düşərgəyə məxsus olan, lakin əslində bir düşərgədə sosial cəhətdən zəif təbəqəyə qənim kəsilmiş və televiziya ekranından əskik olmayan sağ millətçi və iqtidar partiyası tərəfdarları, həmçinin özünü bitərəf adlandıraraq hər iki tərəflə siyasi alver edən ömürlük iqtisadi ekspertlər, həmişəki kimi vətəndaşlara yalan söyləməkdən çəkinmədilər. Bu məsələ ilə bağlı siyasi tədqiqatı kimi mən də öz mövqeyimi, həm sağların, həm də iqtidar partiyası tərəfdarlarının mövqeyindən kəskin fərqlənən, hətta ziddiyyət təşkil edən mövqeyimi açıqladım .

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Azərbaycanda son qiymət artımı məhz 2007-ci ildə, yəni Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) Azərbaycandakı fəaliyyətinin on ili tamam olanda baş verdi. Bu beynəlxalq qurumlar Azərbaycanda yoxsulluğun aradan qaldırılmasında, demokratik idarəçiliyin qurulmasında və qeyri-neft sektorunun inkişaf etdirilməsində Azərbaycan hökumətinə kömək etməyi öhdəsinə götürmüşdür. Təəssüf ki, Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun son 10 ildə zəifləməsində, inflyasiya və qiymət artımının baş verməsində BMİ-nın məsuliyyəti ictimai müzakirələrdən kənarda qaldı.

Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihə maliyyələşmələri əsasən neft və qaz sektoruna, müvafiq olaraq 93 və 66 faiz həcmində, cəmlənmişdir .
Dünya Bankı, BMK və AYİB Beynəlxalq Maliyyə İnstitutlarının ümumi kreditinin 57 faizi neft və qaz sektoruna yönəlmişdir. Beləliklə, bu göstərir ki, Azərbaycana kredit verən üç çox mühüm BMİ-nın kredit əməliyyatları Azərbaycanın neft sektorundan asılılığının artmasına dəstək verir.

Azərbaycan KİV-də BMİ-nın, o cümlədən Dünya Bankının və BVF-nun guya sərvət bəlasının qarşısını almağa və Azərbaycan iqtisadiyyatının dayanıqlı olmayan neft gəlirlərindən qorumasına, gözlənilmədən gələn böyük miqdarda sərvətin gələcək nəsillərə saxlanılmasını təmin etməyə və neft gəlirlərinin idarə edilməsinin şəffaflığını artırılmasına cəhd etdikləri təbliğ edilir. Guya 1999-cu ildə BMİ-nın dəstəyi ilə yaradılmış Dövlət Neft Fondu (ARDNF) bu problemlərin aradan qaldırılmasına yardım edəcəkdir. Lakin ARDNF-nun fəaliyyətə başladığı dövrdən indiyə qədər nəinki bu problemlər azalmamış, əksinə daha da ciddiləşmişdir. Lakin ARDNF daxil olan gəlirlərin BMİ tərəfindən daha yaxşı nəzarətdə saxlanması və ondan istifadə imkanları daha da asanlaşmışdır. BMİ-nın dəstəyi ilə fəaliyyətə başlayan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT) deyilən və şəffaflıq imitasiyası yaratmağı nəzərdə tutan təşəbbüs də əslində ABŞ-ın ideoloji işğal piramidasının nəzərdə tutduğu fəaliyyəti, yəni müştəri ölkəsinə çevrilmiş Azərbaycanın daxili stabilliyinin təmin edilməsini nəzərdə tutur.


BMİ Azərbaycanda iqtisadi müxtəlifliyin genişlənməsi üçün vacib olan şəraitin yaradılması adı ilə bir neçə təşəbbüs və layihələri, o cümlədən, Neft Fondunun yaradılmasını, antikorrupsiya qanununun hazırlanmasını, kiçik və orta sahibkarlığın maliyyələşməsini həyata keçirmiş, bank islahatlarını və kənd təsərrüfatına yardımları dəstəkləmişdir. Lakin BMİ-nın bu fəaliyyəti Azərbaycanda zəif və qeyri-stabil iqtisadiyyatın, Qərb kapitalından asılı olan neft sənayesinin yaradılmasına, qeyri-neft sektorunun zəifləməsinə, korrupsiyanın daha da güclənməsinə, kiçik və orta sahibkarlığın, həmçinin bank fəaliyyətinin hakimiyyətə yaxın olan qrupların əlində cəmləşməsinə, kənd təsərrüfatının dağılmasına səbəb olmuşdur.


Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatına, xüsusilə neft sənayesi sahələrinə xarici şirkətlərin maraq göstərməsi hər şeydən əvvəl qoyulan investisiyaların nisbətən qısa müddətdə və kifayət qədər mənfəətlə qaytarılmasının mümkünlüyü ilə əlaqədardır. Əlbəttə belə investisiyaların qoyulmasının siyasi səbəblərini də unutmaq olmaz. Bəzən belə yanlış fikirlər də irəli sürülür ki, Azərbaycanın özü zəngin neft yataqlarını istismar etmək gücündə deyildir. Əlbəttə. Azərbaycan iqtisadiyyatı təkbaşına böyük həcmdə neft (məsələn ildə 50 milyon ton) və ya qaz hasil edərək dünya bazarına geniş tutumlu boru kəməri (məsələn BTC kimi) vasitəsilə çıxara bilməzdi. Lakin bu hasilatı məhz bu həcmdə həyata keçirmək nə dərəcədə Azərbaycan iqtisadiyyatına vacib idi?

Doğrudanmı hasilatın və həmçinin ixracatın belə həcmdə olmasının mümkün təsirləri ölkə iqtisadçıları tərəfindən tədqiq edilmiş və onun vacibliyi elmi əsaslandırılmışdır?

Əlbəttə köhnə texnoloji imkanlara malik olan Azərbaycan neft sənayesinin müasirləşdirilməsinə və bununla da məhsuldarlığın yüksəldilməsinə ciddi ehtiyac vardır. Azərbaycan dövləti ilə Neft Konsorsiumu arasında Hasilatın Pay bölgüsü sazişinin təhlili bunu deməyə əsas verir ki, əslində belə sazişlər milli sərvətlərin özəlləşməsidir və milli neft sənayesinin gələcəkdə inkişaf perspektivlərini xeyli məhdudlaşdırır. Məhz bu məqamı nəzərə alaraq təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan ictimaiyyətində, xüsusilə regionlarda neft kontraktlarının mahiyyəti ilə bağlı təsəvvürlər çox məhduddur.


2005-ci il Milli Məclisə namizədliyi qeyd edilən namizədlərin demək olar ki, heç biri imzalanmış Neft Kontraktlarının Azərbaycan iqtisadiyyatı üçün ciddi mənfi təsirləri haqqında fikir söyləməmişlər. Bu heç də təsadüfi deyildir. Ona görə ki, neft kontraktlarının əsas tərəfləri olan BP, StatOil, Total və digər neft şirkətləri və onların ölkələri nəzərdə tutulmuş neft hasilatını və ixracatını müvəffəqiyyətlə həyata keçirmək üçün Azərbaycanın siyasi həyatına ciddi müdaxilə edirlər. Odur ki, həm müxalifət və iqtidar partiyaları, həm də müstəqil namizəd kimi namizədliyi qeyd edilən şəxslər özlərinə bu şirkətlər tərəfindən hər hansı bir problemin olmağını istəmirlər. Əlbəttə, qəbul etmək lazımdır ki, dünyada iqtisadi rəqabət elə parametrlərə uyğun aparılır ki, Azərbaycanda əsrin müqaviləsinin iştirakçıları da gələcək gəlirlərin yalnız yetərincə yüksək səviyyəsini təmin edən strategiyaya əsaslanaraq öz siyasətini qura bilərdilər. Bu təbiidir! Lakin eyni arzuda Azərbaycan cəmiyyəti, xüsusilə onun aparıcı sosial qrupları və siyasi partiyaları da, hökumət nümayəndələri və ziyalılar da ola bilərdilər!


Əlbəttə, yetərincə yüksək və təhlükəsiz mənfəət əldə etməklə Azərbaycan neft hasilatına investisiya qoymaq strategiyasına əsaslanan şirkətlər gələcəkdə də təkcə dünya neft bazarında qiymət konyunkturasını nəzərə almaqla kifayətlənməyəcək və onu müəyyənləşdirən amillərə açıq və ya gizli təsir etməkdə davam edəcəklər. Bu gün Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin icmalara təsirini əsasən iki qrupa bölmək olar: dolayısı ilə və birbaşa olan təsirlər. Dolayısı ilə olan təsirlər Azərbaycanın iqtisadi, siyasi, sosial, demoqrafik və sair sahələrinə olan təsirlərin tərkib hissəsidir. İcmalarda yaşayan və fəaliyyət göstərən hər bir Azərbaycan vətəndaşı belə təsirləri hər an hiss edir və yaşayır. Azərbaycanın neft hasilatı artdıqca və bu sənaye sahəsində çalışanların iqtisadi vəziyyəti digər sahələrdə çalışanların vəziyyətindən kəskin fərqləndiyinə görə qeyri-neft sektorunda olan ixtisaslı mütəxəssislərin neft sektoruna axını baş verir. İxtisaslı kadrların çatışmaması səbəbindən qeyri-neft sektorunda təşəbbüslərin zəifləməsi baş verir. Dünya neft bazarında neftin qiymətinin artması və Azərbaycanın idxal mallarının qiymət artımına səbəb olur. İcmalarda yaşayan əhalinin məhz istehlakçısı olduğu malların qiymətinin kəskin artması ümumi həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.


Neftdən gələn gəlirlərin artması və dövlət büdcəsinin əsas hissəsinin məhz neft gəlirlərindən asılılığı Milli valyutanın haqq qazandırılmayan möhkəmlənməsinə və idxalın artımına, kənd təsərrüfatı məhsullarının ixracının azalmasına səbəb olur. Bu isə qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının zəifləməsinə və stimullaşdırılmamasına gətirib çıxarır. Əsasən kənd təsərrüfatı ilə məşğul olan və öz kiçik təsərrüfatından gələn gəlirlərlə dolanan icma üzvü qalxan qiymətlər qarşısında tab gətirə bilməyərək ya icmanı tək etməyə, ya da mövcud vəziyyətlə razılaşmağa məcbur olur. Transmilli Neft şirkətləri yüksək gəlirlərini təmin etmək və fəaliyyətlərini təhlükəsiz davam etdirmək naminə ölkənin siyasi həyatına təsir göstərməklə, dolayısı ilə pis idarəetmənin stimullaşdırılmasını, demokratiyanın məhdudlaşdırılmasını və korrupsiyanın genişlənməsini dəstəkləmiş olurlar. Belə vəziyyət fəaliyyəti yerli problemlərin həllinə yönələn yerli özünüidarə qurumlarının inkişafını zəiflədir və demokratik institutlara olan inamı azaldır. Son illər demokratik institutlara olan inamın icmalarda kəskin azalması 2004-cü ilin bələdiyyə seçkilərində bir daha təsdiq edildi. İcma üzvlərinin seçkilərdə iştirakının çox aşağı səviyyədə olması yerli demokratiyaya olan inamsızlıqdan xəbər verirdi.


Azərbaycan ərazisində Neft sənayesindən icmalara olan birbaşa təsirlər isə əsasən BTC boru kəməri ilə bağlıdır.

Kəmərin tikintisi zamanı insan hüquqlarına, sosial sahəyə, ətraf mühitə və iqtisadi vəziyyətə və sair sahələrə mənfi təsirlərlə yanaşı, BTC şirkəti tərəfindən regionlarda həyata keçirilən sosial investisiya proqramlarının da müəyyən təsirləri vardır. Əlbəttə bu investisiyalar icmaların rastlaşdığı sosial problemlərin hamısını həll etmək iqtidarında deyil. Bu kəmərin çəkilişi zamanı icma əhalisinin hüquqlarının pozulması faktları haqqında həm Azərbaycan, həm də xarici mətbuatda geniş məlumatlar verilmişdir. İnsan hüquqlarının pozulması faktları təkcə torpaq mülkiyyətinə olan hüquqlarla bağlı deyil, həmçinin boru kəmərinin təhlükəsizliyini əsas məqsəd kimi qoymuş tədbirlərlə bağlıdır.
Azərbaycan Respublikası Milli Məclisinin ən yüksək tribunalarından belə qurumların vergi və digər ödəmələrdən boyun qaçırması artıq rəsmilər tərəfindən də etiraf edilir. Təkcə Bakının əyləncə və istirahət infrastruktur obyektlərində orta illik vergidən boyun qaçırmanın miqdarı 200 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Yüksək gəlirlərin xarici ölkələrdə daşınmaz əmlaka yatırım edilməsi (xüsusilə, Türkiyə, İtaliya, Fransa, İspaniyada villalar, Avropa və Yaxın Şərqin sahilyanı ölkələrində isə infrastruktur və xidmət obyektləri), beynəlxalq səviyyədə qeyri-leqal gəlirlərlə mübarizə çərçivəsində alınmağa başlandıqdan sonra belə gəlirlər daha çox ölkənin daxilində (əsasən Bakıda) tətbiq edilir.

Xarici şirkət və təşkilatların, xüsusilə neft layihələri üzrə fəaliyyət göstərən şirkətlərin yerli işçi qüvvəsindən istifadə etməsi sözün əsil mənasında klassik ayrı-seçkilik və yerli əmək qanunlarının kobud pozulması hallarına gətirib çıxarmışdır. Mədən sənayesi şirkətlərinin, o cümlədən BTC Co podratçılarının fəaliyyətinin monitorinqi bir daha göstərdi ki, yerli işçilərə işin həcminə müvafiq əmək haqqı verilmir, yerli işçilərin əcnəbi işçilərə nisbətən keyfiyyətsiz qidalanması halları vardır.

Transmilli şirkətlərin Azərbaycan Respublikasının ictimai həyatına ciddi təsirinin nəticəsidir ki, müvafiq dövlət orqanları, o cümlədən Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində olan Dövlət Əmək Müfəttişliyi bu işlərə qarışmaqdan və eləcə də müvafiq yoxlamalar keçirməkdən imtina edir.

İnsan Hüquqlarının və demokratiyanın heç bir ölkənin daxili işi olmadığını və bununla da neftlə zəngin olan ölkələrin daxili işinə ciddi surətdə qarışan ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Norveç Krallığı və digər Avropa ölkələri demokratiyanın və insan hüquqlarının heç olmazsa onların ölkələrinə məxsus olan BP, Total, StatOil və digər neft şirkətlərində qorunması və dəstəklənməsi naminə həmkarlar ittifaqının yaradılmasına cəhd göstərməli idilər. Təəssüf ki, məhz bu şirkətlərdə yerli işçilərin həmkarlar ittifaqı yaratması üçün edilmiş hər bir cəhd şirkət rəhbərliyi tərəfindən ciddi təzyiqlərlə qarşılaşır. Demokratiya və insan hüquqlarından bəhs edən bu şirkətlərin heç birində bu gün həmkarlar təşkilatları yoxdur.


Təəssüflə qeyd etmək lazımdır ki, neft şirkətlərində, xüsusilə transmilli şirkətlərdə insan hüquqları ilə bağlı konkret problemlərin və iqtisadi təsirlərlə bağlı dolayısı problemlərin qarşısının alınması istiqamətində nəinki bu şirkətlərlə qeyri-bərabər hüquqlu müqavilələr bağlamış hökumət nümayəndələri, müqavilələri ratifikasiya etmiş və qeyri-demokratik əsasda formalaşmış Milli Məclis üzvləri, hətta Azərbaycanda demokratiya və insan hüquqlarının bərpasına çalışdıqlarını iddia edən və hakimiyyətdə təmsil olunmağa cəhd edən müxalifət partiyası nümayəndələri də, çoxlu sayda QHT nümayəndələri də mübarizə aparmamışlar. Əksinə hakimiyyətə iddialı olan müxalifət partiyaları transmilli şirkətlərin fəaliyyətində insan hüquqlarının kobud pozulması faktlarına göz yummaqla gələcək seçkilərdə onlar tərəfindən siyasi və iqtisadi dəstək almağa can atırlar.


Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının son on ildə Azərbaycandakı fəaliyyətinin izlənməsi bir daha təsdiq edir ki, bu ölkədə iqtisadi islahatlar adı ilə aparılmış struktur dəyişiklikləri və enerji sektorunun maliyyələşdirilməsi BMİ-nın digər ölkələrdəki fəaliyyətini təkrar edir. Dərindən təhlil edən Görkəmli tədqiqatçı M. Çassudovski özünün Yoxsulluğun qloballaşması əsərində bu institutların fəaliyyətinin əsas məqsədini belə xarakterizə edir: BVF, Dünya Bankı və Dünya Ticarət Təşkilatının nəzarəti ilə həyata keçirilən makro-iqtisadi və ticarət islahatları bazar iqtisadiyyatının gücündən düşünülmüş manipulyasiya edərək ölkələrin sülh yolu ilə yeni müstəmləkəyə çevrilməsi məqsədi güdür .


ABŞ-ın ideoloji işğal piramidası təkcə ABŞ dövlətinin nəzarətində olan təşkilatlar, kommersiya şirkətləri və qeyri-hökumət qurumları tərəfindən deyil, həmçinin Avropa İttifaqı, transmilli şirkətlər və BMİ tərəfindən də həyata keçirilir.

Üçüncü Dünya ölkələrinin iqtisadi istismarının hərbi güc ilə koordinasiyası şübhəsiz ki, ABŞ tərəfindən həyata keçirilir. Beynəlxalq Maliyyə İnstitutları, transmilli şirkətlər və NATO əməkdaşlığı artıq danılmaz faktdır. Lakin bu reallıq ABŞ-ın müxtəlif dövlət institutları və qeyri-hökumət təşkilatları vasitəsilə pərdələnir. M. Çassudovski haqlı olaraq qeyd edir ki,  "Yerli iqtisadi islahatlara nəzarət edən BVF, Dünya Bankı və Dünya Ticarət Təşkilatı Bretton Wood İnstitutlarının post-konflikt quruculuq işlərinin maliyyələşməsində deyil, NATO ilə onun müxtəlif sülhməramlı fəaliyyətində əməkdaşlıq edir .

Azərbaycan iqtisadiyyatının, xüsusilə sovet dövründə kifayət qədər güclü olmuş kənd təsərrüfatının, məhv edilməsi, Azərbaycan iqtisadiyyatının digər ölkələrlə olan əlaqələrinin zəiflədilməsi məqsədilə BMİ-nın həyata keçirdiyi layihələr Avropa Birliyinin layihələri ilə çox həmahəngdir. Bu layihələrdən biri də Ərzaq Tədarükü Sektorunun Özəlləşdirilməsi layihəsi olmuşdur. Bu layihə 1994-96-cı illərdə TACİS Proqramı çərçivəsində BDPA Konsorsiumu + INTEAL (Fransa) tərəfindən həyata keçirilmişdir. Bu layihə elə bir dövrdə həyata keçirilmişdir ki, sosialist kənd təsərrüfatı tam dağıdılmamış və torpaq islahatı hələ həyata keçirilməmişdir. Çox rayonlarda sovxoz və kolxoz təsərrüfatları mövcud olduğundan əhalinin işlə təminatı hələ normal vəziyyətdə idi. Lakin əmək məhsuldarlığı aşağı düşməkdə və kənd təsərrüfatına qoyulan investisiyaların azalması davam edirdi. Əhali arasında kənd təsərrüfatı islahatları ilə bağlı heç bir maarifləndirmə işi aparılmırdı. Sovet və kollektiv təsərrüfat sistemini getdikcə əvəz edən və xüsusi mülkiyyətə əsaslanan və yeni istehsal münasibətlərinin olmasını tələb edən təsərrüfatların necə yaradılması ilə bağlı məlumatların azlığı əhalidə pessimist əhval-ruhiyyə yaratmışdır. Artıq bu dövrlərdə bəzi rayonlarda islahata hazırlıq pərdəsi altında on illərlə yaradılmış və fəaliyyətdə olan kənd təsərrüfatı xidmət sahələrinin, maşın və avadanlıqların və daşınmaz əmlakın ələ keçirilməsi planları hazırlanırdı.

Belə bir dövrdə həyata keçirilən Ərzaq Tədarükü Sektorunun Özəlləşdirilməsi layihənin əsas məqsədi isə tamam başqa bir sahəyə, daha dəqiq desək, tədarük sahələrinin özəlləşdirilməsinin stimullaşdırılmasına yönəlmişdir.
Qeyd edək ki, layihənin sifarişçisi kimi çıxış edən Kənd Təsərrüfatı Nazirliyində bu layihə ilə bağlı müfəssəl informasiyası yoxdur. Nazirliyin bəzi nümayəndələri etiraf edirlər ki, layihə müvəffəqiyyətli olmamış və tədarük sahələrinin tez-tələsik özəlləşdirilməsi üçün bir vasitə olmuşdur.
Sovet dövründə kifayət qədər böyük vəsaitə malik olan bu sahələrin, hələ respublikada özəlləşdirmə ilə bağlı aydın siyasətin olmadığı və stabilliyin təmin edilmədiyi zamanda, özəlləşdirilməsinin stimullaşdırılması kənd təsərrüfatının gələcək inkişafına öz mənfi təsirini göstərməyə bilməzdi. Planlı Sovet iqtisadiyyatının tərkib hissəsi olan tədarük sahələrinin özəlləşdirilməsinin Avropa Birliyi tərəfindən stimullaşdırılması kənd təsərrüfatının tədarük sahəsindən asılı olan digər sahələrinin ciddi surətdə geriləməsinə və sürətlə dağılmasına şərait yaratmışdır. Məsələn, üzümçülük sahəsi ilə məşğul olan rayonlarda tədarük sahələrinin üzümçülük və şərabçılıq zavodlarının ləğv edilməsi və özəlləşdirilməsinin stimullaşdırılması nəticəsində üzüm plantasiyalarının inkişafı zəifləmiş, əhali üzüm istehsalı ilə məşğul olmağın qeyri-rentabelliyinə əsaslanaraq bu ənənəvi sahədən üz çevirmişdir.
Qeyd edək ki, Azərbaycan keçən əsrin 70-ci illərində 2 milyon tona yaxın üzüm istehsal edirdi. Əhalinin təqribən yarısı kənd rayonlarında məskunlaşmış və kənd təsərrüfatı ilə bağlı sahələrlə, o cümlədən emal sənayesi ilə məşğul idi. İşsizliyin olmadığı və yoxsulluğun kifayət qədər aşağı olduğu bu respublikada kənd təsərrüfatı sahələrinin özəlləşdirilməsi həm işsizlik, həm də yoxsulluq səviyyəsinin kəskin artmasına səbəb oldu.
Yüksək inkişaf etmiş kənd təsərrüfatının sıçrayışla zəifləməsi minlərlə insanın işsiz qalmasına və kənd rayonlarını tərk etməsinə səbəb olmuşdur.

Layihə çərçivəsində ən əhəmiyyətli məhsulların Bakıya tədarük edilməsi işi ilə məşğul olan əsas istehsalçıların layihə şəbəkələrinin əsas başlanğıc subyektləri kimi seçilməsi yaxşı hal olsa da, sonradan bu istehsalçıların bazarda fəaliyyəti və müvafiq məhsulların tədarükü prosesinin yaxşılaşdırılması baş verməmişdir. Biz bu qənaətə ona görə gəlirik ki, o dövrdə kənd təsərrüfatında aparıcı yerləri tutan məhsulların bugünkü tədarükü nəinki normal qurulmamış, əksinə yox dərəcəsindədir. Tədarük sahəsində yaxşı idarəetmənin qurulması layihənin nəticəsi kimi gözlənilsə də, əslində layihənin son nəticəsi tədarük sahələrinin qısa müddətdə hakimiyyətə yaxın qüvvələr tərəfindən özəlləşdirilməsi və ictimai mülkiyyətin sosial ədalətsizliklə mənimsənilməsi olmuşdur.


Əlbəttə, bu dövrdə və hətta sovet hakimiyyətinin ən izdihamlı dövrlərində tədarük prosesləri lazımsız bürokratik proseduralarla zəngin olmuşdur. Layihə tərəfindən belə proseduraların üzə çıxarılması, tədqiq edilməsi və aradan qaldırılması üçün lazım olan tövsiyələrin verilməsi, müvafiq fəaliyyət sahələrində tənzimləyici qaydaların araşdırılması müsbət addım ola bilərdi.


Layihənin həyata keçirildiyi qeyri-sabit iqtisadi və siyasi şəraitdə kənd təsərrüfatı strukturlarının zəiflədilməsi və özəlləşdirilməsi istiqamətində treninqlərin, seminarların və digər maarifləndirici tədbirlərin keçirilməsi, dolayısı ilə kənd təsərrüfatında çalışın insanların mülkiyyət və əmək hüquqlarının pozulmasına şərait yaratmışdır.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında aparılmış islahatlardan əsasən qadınlar və kənd regionlarında yaşayan gənc qızlar zərər çəkmişlər. Belə ki, kənd rayonlarında yaşayan qadınların 90%-i kənd təsərrüfatı sahələrində məşğul olduqları üçün bu islahatlardan sonra işsizliklə qarşılaşmış və iqtisadi müstəqilliklərini itirmişlər.
İslahatlardan sonra baş vermiş demoqrafik dəyişikliklər isə kənd rayonlarında gənc oğlanların sayının kəskin azalmasına və gənc qızların ailə qurmaq imkanlarının məhdudlaşmasına səbəb olmuşdur.

Təəssüf ki, Avropa Birliyi tərəfindən həyata keçirilən layihənin konkret nəticələri ilə bağlı rəsmi hesabatları əldə etmək mümkün deyil. Layihələrin yerinə yetirilməsi proseduraları, əldə edilən nəticələr, müvafiq qurumlar tərəfindən aparılmış monitorinq və qiymətləndirmələr vətəndaş cəmiyyətindən və kütləvi informasiya vasitələrindən gizli saxlanılır. Bu faktın özü bu layihələrin gizli məqsədlərə xidmət etməsi şübhəsi yaradır.


Yuxarıda qeyd edildiyi kimi, BMİ-nın, ABŞ dövlət və qeyri-dövlət qurumlarının, Avropa İttifaqı layihələrinin və transmilli şirkətlərinin fəaliyyət strategiyaları arasında üzvü əlaqə var. Bu əlaqə Dünya Bankı və AYİB tərəfindən dəstəklənən neft və qaz sektoru üzrə investisiya strategiyası ilə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) arasında daha aydın görünür. ABŞ Ticarət Departamentinin 2004-cü ilə aid olan məlumatlarına görə Azərbaycanda ümumi dəyəri 50 milyard dollara qədər olan 22 HPBS imzalamışdır. Dünya Bankı təsdiq edir ki, Azərbaycanda karbohidrogen sektoru Azərbaycan hakimiyyəti ilə HPBS əsasında razılaşdırılmış xüsusi müqavilə tədbirləri sayəsində ümumi investisiya mühitinə münasibətdə nisbətən qeyri-həssas olmuşdur. Odur ki, bu sahəyə investisiya qoyuluşu digər sahələrə nisbətən daha yüksəkdir. Əsil həqiqət isə hər hansı sahədə HPBS tipli müqavilələrin bağlanması ilə deyil, daha çox bu sahənin Qərb dövlətləri, xüsusilə ABŞ üçün maraq kəsb etməsi ilə bağlıdır.

Xüsusi razılaşdırılmış tədbirləri nəzərdə tutan HPBS müqavilə modeli qeyri-karbohidrogen sektoruna tətbiq edilmir və ABŞ Dövlət Departamenti bəyan edir ki, Hökumətin bürokratiyası, zəif hüquqi institutlar, siyasi cəhətdən əlaqəli olan monopolist dairələrin talançı fəaliyyəti enerji sektorundan kənarda investisiyalara ciddi mane olmuşdur .
Qeyd edək ki, xüsusi razılaşdırılmış tədbirləri nəzərdə tutan HPBS mahiyyətcə yerli iqtisadiyyata ciddi ziyan vuran, sözün həqiqi mənasında talançı şərtləri nəzərdə tutan müqavilə formasıdır.

HPBS tipli müqavilələr üçüncü dünya ölkələrinin iqtisadi istismarını və yeni müstəmləkəçiliyi qanuniləşdirən hüquqi aktlardır. Lakin maraqlı fakt budur ki, BMİ hətta belə talançı şərtlərlə Azərbaycanın qeyri-karbohidrogen sektoruna investisiyaların cəlb edilməsinə razı deyildirlər. Bu sahələrə investisiyaların cəlb edilməsinə müxtəlif bəhanələrlə mane olan BMİ əslində ABŞ-ın üçüncü dünya ölkələri ilə bağlı iqtisadi siyasətini, yəni bu ölkələrdə zəif və neft sektorundan asılı iqtisadiyyatın yaradılmasını həyata keçirirlər. Qeyri-neft sektorunda investisiya mühitini inkişaf etdirmək üçün bəzi hüquqi çərçivənin, məsələn Monopoliyaya Qarşı Qanunun, Dövlət Satınalması haqqında Qanunun, Korrupsiyaya Qarşı Qanunun yaradılmasını dəstəkləyən Dünya Bankı və BVF sadəcə olaraq Azərbaycanın iqtisadi inkişafında maraqlı olduqları ilə bağlı imitasiya yaradırlar.

Belə ki, BMİ bu qanunların da Azərbaycan Parlamentinin qəbul etdiyi digər qanunlar kimi effektiv işləməyəcəyini qabaqcadan dəqiq bilirlər və mövcud rejimin dəstəklənməsini davam etdirirlər.
Odur ki, korrupsiya ilə mübarizə aparan mövcud qanunların və sərəncamların effektiv həyata keçirilmədiyini, Azərbaycanda insan hüquqlarının pozulduğunu deyən ABŞ Dövlət Departamenti , təəssüf ki, ailəyə və klana olan pərəstiş Azərbaycanın siyasi həyatında geniş rol oynayır və bu vəziyyət Avropa demokratik prinsiplərinin tam ifadə edilməsi istiqamətindəki fəaliyyətin ləngiməsinə kömək edir deyən Avropa İttifaqı mövcud siyasi vəziyyətin karbohidrogen sektoruna investisiya qoyuluşuna mane olmadığına əmindir, lakin belə investisiyaların qeyri-karbohidrogen sektoruna qoyuluşuna isə ciddi təhlükə kimi yanaşır.

HPBS ABŞ-ın nəzarətində olan şirkətlərə əlverişli şərtlərlə fəaliyyət göstərməyə, yüksək mənfəət əldə etməyə, mövcud hüquqi çatışmazlıqlardan effektiv şəkildə yan keçməyə imkan verir. HPBS tərəflərin məsuliyyətini yerli hökumətlərin maksimum ziyanına müəyyən edərək şirkətlərə əhəmiyyətli vergi güzəştləri və aşağı vergi dərəcələri müəyyən edir. HPBS şərtlərinə əsasən karbohidrogen fəaliyyəti üçün işlədilən idxal malları əlavə dəyər vergisindən və idxal vergilərindən azaddır. Eyni şərtlər Yerli Hökumətlərlə Razılaşmalar (YHR) üzrə də tətbiq edilir.

Neft və qaz sektoruna belə əlverişli mühitin yaradılması və ya qeyri-neft sektorunda belə güzəştlərin edilməməsi bu sahələr arasında ciddi fərqlər yaratmaqla bərabər həm qeyri-neft sektorunda kadr potensialının inkişafına, həm də bu sahələrə investisiya axınına mənfi təsir göstərir. Beləliklə, Dünya Bankı və AYİB tərəfindən dəstəklənən HPBS tipli müqavilə model zəif idarəçiliyi dəstəkləməklə bərabər, iqtisadiyyatda müxtəlifliyin genişlənməsinə və iqtisadi dayanıqlılığın təmin edilməsinə ciddi maneələr yaradır.

Azərbaycanın neftdən asılılığı durmadan artır.

Holland Xəstəliyinin əlamətləri və yoxsulluğun davam edən yüksək səviyyəsi Azərbaycan cəmiyyətinin ciddi təhlükə altında olduğundan xəbər verir. BMİ tərəfindən təklif edilən iqtisadi islahatlar son on ildə Azərbaycan iqtisadiyyatını tamamilə xarici kapitaldan asılı vəziyyətə saldı. BMİ neft və qaz sənayesinə qeyri-mütənasib kreditlər ayırmaqla, neft və qaz sənayesinə imtiyazlı rejim yaratmaqla və neftdən asılılığı daha da stimullaşdırmaqla Azərbaycanın müstəmləkə ölkəyə çevrilməsini təmin etdilər. Bundan başqa, BMİ tərəfindən kreditləşmənin on ili ərzində həll edilməyən iki böyük problem - yoxsulluğun azaldılması və korrupsiya problemləri əslində BMİ tərəfindən dəstəklənən indiki hakimiyyətin zəif idarəçiliyinin dəstəklənməsinin nəticəsidir.
Hazırda neft sektorundan daxil olan vəsaitlərin qeyri-səmərəli istifadəsi və BMİ-dan alınan kredit vəsaitlərinin həcminin getdikcə artması və mənimsənilməsi neft gəlirlərinin azalacağı dövrlərdə Azərbaycan büdcəsində xarici borcların çəkisinin kəskin artacağından xəbər verir. Azərbaycan dövlətinin BMİ-dan borc almağa ehtiyacı olmadığı indiki halda, BMİ tərəfindən onun belə kreditlərə təşviq edilməsi iqtisadiyyatda korrupsiya hallarının daha da kəskinləşməsinə və inflyasiyanın artmasına səbəb olur.

Düz 5 il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi gündəmə gələndə bir qrup beynəlxalq qeyri-hökumət təşkilatı bəyan etdi ki, BTC-nin çəkilişi Azərbaycanı ciddi iqtisadi və siyasi çətinliklər qarşısında qoyacaqdır .

Bu çətinliklər siyahısında təkcə qeyri-neft sektorunun zəifləyəcəyi, ixracın azalacağı, idxalın artacağı, milli valyutanın haqsız olaraq möhkəmlənəcəyi təhlükəsi yox, həmçinin, gündəlik tələbat mallarının da qiymətlərinin sürətlə artacağı, inflyasiyanın güclənəcəyi, əhalinin geniş təbəqəsinin həyat səviyyəsinin aşağı düşəcəyi xüsusi yer tuturdu. Əlbəttə, belə bəyanatların səslənməsi, dövlət hakimiyyətini uzun müddət üçün əldə saxlamağı planlaşdıran və bu məqsədlə Qərbin hər bir tələbini yerinə yetirməyə hazır olan Azərbaycan hökumətinə, həmçinin Azərbaycanın yeraltı sərvətini dəyər-dəyməzinə ələ keçirtmiş və onu sürətlə ixrac etməyə hazırlaşan ABŞ və onun nəzarətində olan BP-yə xoş gəlməyə bilərdi.
Odur ki, BMİ-nın fəaliyyəti, xüsusilə neft sənayesinə yönəldilən böyük miqdarda investisiyanın mümkün fəsadları ictimaiyyətin müzakirəsindən tamamilə kənarda qaldı.

2007-ci ildə baş vermiş qiymət artımı bu günün yox, çox uzaq olmayan dünənin səhvləridir. Bu səhvlər Azərbaycan cəmiyyətində ictimai nəzarəti həyata keçirməyə borclu olan təşkilatlanmış qrupların, xüsusilə də siyasi müxalifətin, mətbuatın və vətəndaş cəmiyyətinin səhvidir. Lakin Azərbaycan ictimai və siyasi həyatında baş verən bu səhvlər Azərbaycan siyasi və ictimai elitasını idarə edən qurumların, o cümlədən hökumətin, ABŞ və BP-nin uzun müddət üçün nəzərdə tutduqları planlardır. Odur ki, Azərbaycan siyasi və ictimai elitası ABŞ ideoloji maşını tərəfindən aldanaraq səhv etdikləri üçün, ABŞ və onların nəzarətində olan BMİ, Azərbaycan hökuməti və BP isə Azərbaycan xalqının həyat səviyyəsinə planlı şəkildə ciddi ziyan vurduqları üçün məsuliyyət daşımalıdır.


Azərbaycan iqtisadiyyatının getdikcə neftdən asılılığının artması faktı, təəssüf ki, siyasi və ictimai elitanı, Azərbaycan ziyalılarını və mətbuatı ciddi narahat etmir. BMİ Azərbaycandakı fəaliyyətinin analizi bunu deməyə əsas verir ki, Azərbaycanda geniş yayılmış yoxsulluğun davam etməsi, yüksək işsizlik səviyyəsi, neftdən asılılığın artması, Holland Xəstəliyinin aşkar əlamətləri, Hasilatın Pay Bölgüsü Sazişinin pis idarəçiliyi BMİ ilə Azərbaycan hökumətinin iş birliyinin nəticəsidir. BMİ-nın Azərbaycana yardımlarının iqtisadi müxtəlifliyin və qeyri-neft sektorunun inkişafına yox, məhz neftdən asılılığın artmasına yönəlməsi faktını artıq heç kəs inkar edə bilməz.


BMİ-nın fəaliyyətinin görkəmli tədqiqatçısı Uilyam Engdahl haqlı olaraq qeyd edir ki, Vaşinqtonun BVF-nun keçmiş Sovet İttifaqında həyata keçirdiyi bazar islahatlarının məqsədi qəddar və sadədir: Moskva ilə Sovet İttifaqının nəzarətində olan digər ölkələr arasındakı iqtisadi əlaqələrin, Özbəkistandan Qazaxıstana qədər, Gürcüstandan Azərbaycana qədər, Estoniyadan Polşaya qədər, Bolqarıstandan Macarıstana qədər olan iqtisadi əlaqələrin məhv edilməsi. Baxmayaraq ki, BVF bu məqsədi heç vaxt bəyan etməmişdir, onun şok terapiyası Rusiyanın ucqarlarında zəif və qeyri-stabil iqtisadiyyatın, Qərb kapitalından və dollar axınından asılı olaraq yaşayan iqtisadiyyatın, yaradılmasını nəzərdə tuturdu. Bu yeni müstəmləkəçilik formasıdır .

BMİ-nın Azərbaycandakı fəaliyyətinin tədqiqi də bu faktı təsdiqləməyə əsas verir ki, bu fəaliyyət ABŞ-ın yeni müstəmləkəçilik siyasətinin tərkib hissəsidir və onun reallaşmasına xidmət edir.
Odur ki, BMİ maliyyələşdirdiyi layihələrin nəticələrinin daha düzgün başa düşülməsi üçün ABŞ xarici siyasətinin anatomiyasına bir daha diqqət yetirək.

Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ-ın xarici siyasətinin əsas məqsədi beynəlxalq hegemonluğa nail olmaqdan ibarətdir.

Bu məqsəd dünya bazarının və enerji ilə zəngin ölkələrin idarə edilməsinin nəzarətə alınmasını zəruri edir. Nəyin bahasına olursa olsun müvəqqəti və sözəbaxan yerli hökumətlərin formalaşması, ABŞ şirkətlərinin və qurumlarının əlverişli və təhlükəsiz fəaliyyətinin təmin edilməsi ABŞ-ın yeni müstəmləkəçilik siyasətinin əsas məğzidir.

ABŞ-ın yeni müstəmləkəçilik siyasətini reallaşdıran beynəlxalq strukturlardan biri də beynəlxalq maliyyə strukturlarıdır. Beynəlxalq Valyuta Fondu yenicə müstəqilliyə qədəm qoymuş (əslində isə beynəlxalq səviyyədə təklənmiş) və öz borcları üzrə ödənişləri etmək imkanında olmayan ölkələrə kredit təklif edir. Əvəzində isə bu ölkələrin iqtisadi siyasətinin BVF-in nəzarətinə keçməsinə imkan verən struktur islahatları Proqramı (SAP) adlanan islahatları yerinə yetirmələrini tələb edir. Belə xidmətlər ölkələrin dinc yolla ABŞ nəzarətinə keçməsini təmin edir.

Belə ki, BVF və Dünya Bankı ABŞ-ın aparıcı rola malik olduğu birinci Dünya ölkələri hökumətləri tərəfindən nəzarətdə saxlanılır və təəccüblü deyildir ki, bu institutların həyata keçirdiyi siyasət bu ölkələrin mənafeyinə xidmət edir
Məhz bu qurumlar vasitəsilə yerli sözəbaxan hökumətlərlə razılığa gəlinir və onların siyasi və maliyyə cəhətdən dəstəklənməsi müqabilində ölkənin ABŞ-dan tam asılılığına nail olunur.
Deməli, BMİ-nın əsas siyasi vəzifəsi maliyyə vasitəsilə hökumət-xalq birliyini sındıraraq, hakimiyyəti əlində cəmləşdirən qrupla (bu ailə, klan hakimiyyət qrupu və ya sözəbaxan psevdo-demokratik hökumət ola bilər) ABŞ-ın iş birliyini yaratmaq və ölkənin birgə talanmasını və zəifləməsini stimullaşdırmaqdır.
Yerli əhaliyə qarşı BMİ-nın həyata keçirdikləri belə qeyri-insani fəaliyyətdə ABŞ təkcə siyasi dəstəkdən yox, lazım gələrsə, hərbi gücündən də istifadə edir.

ABŞ-Azərbaycan və ABŞ-İraq əlaqələrinin qısa müddətli tarixi müqayisəsi bunu deməyə əsas verir ki, tətbiq edilən metodların fərqli olmasına baxmayaraq, hər iki halda məqsəd bu ölkələrin müştəri ölkəsinə çevrilməsindən ibarət olmuşdur. 1994-cü ildən başlayaraq Azərbaycan hökumətinə və Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərə 3,4 milyard ABŞ dollarından çox vəsait ayıran BMİ, əslində Azərbaycan cəmiyyətini iki sosial sinfə parçaladı: Birincisi, hökumətdə təmsil edilən və onunla bu və ya digər formada əlaqəsi olan az sayda insanlar, ikincisi, hökumətdə təmsil edilməyən çoxsaylı xalq kütləsi. BMİ-nın Azərbaycandakı 10 illik fəaliyyəti hökumətdə təmsil edilən və onunla bu və ya digər formada əlaqəsi olan az sayda insanlar tərəfindən küllü miqdarda dövlət mülkiyyətinin ələ keçirilməsinə, yüksək səviyyəli korrupsiyanın stimullaşdırılmasına şərait yaradaraq hökumət-xalq birliyini qırmağa nail oldu. Beləliklə, ABŞ-ın Azərbaycanı uzun müddət üçün tam nəzarətdə saxlaması təmin edildi.


Lakin ABŞ-ın İraqdakı yeni müstəmləkəçilik fəaliyyəti keçmiş Sovet respublikalarındakı kimi asan başa gəlmədi.

Belə ki, bu ölkənin BMİ vasitəsilə müştəri ölkəyə çevrilməsi mümkün olmadığı üçün hərbi gücdən istifadə edildi.
Lakin İraqın iqtisadiyyatının dağıdılması və İraq cəmiyyətinin real parçalanması təhlükəsi çox yüksək olsa da bu ərazidə ABŞ-ın talançılığı hələ onun qələbəsindən xəbər vermir. Belə ki, ABŞ-ın İraqdakı qələbəsi o vaxt dayanıqlı olacaqdır ki, İraq cəmiyyəti Azərbaycanda olduğu kimi siyasi tərki-silah edilsin, cəmiyyətdə sabaha inamsızlıq və pessimizm hökm sürsün, insanlarda birləşmək və mübarizə aparmaq hissi məhv edilsin.
Qeyd edək ki, ABŞ ideoloji maşını bu sahədə öz fəaliyyətini durmadan genişləndirir.

BMİ-nın Azərbaycana ayırdığı ilkin kreditlərin, o cümlədən Dünya Bankı və BVF tərəfindən verilən 719 milyon dollarlıq kreditlərin qeyri-müəyyən və əsaslandırılmamış struktur islahatlarına yönəlməsi, əslində, ticarətin liberallaşması, özəlləşdirmənin sürətlə həyata keçirilməsi və bank sektorunda islahatların aparılması yolu ilə illərlə qurulmuş istehsal sahələrinin dağıdılmasına, yuxarıda qeyd etdiyimiz kimi, əhalinin ənənəvi yaşayış imkanlarının məhdudlaşdırılmasına və onların idarə edilə bilən olmasına yönəlmişdir.

BMİ-nın əsas fəaliyyətinin neft və qaz sənayesinin genişləndirilməsinə yönəlməsi onların ABŞ-ın enerji təhlükəsizliyinə xidmət etdikl<

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
 

YAZARIN DİGƏR YAZILARI

n

27/12/2011 BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN

n

29/03/2011 QƏZZAFİ, AZƏRBAYCAN İQTİDARI VƏ MÜXALİFƏTİ

n

01/02/2011 MİSİR HADİSƏLƏRİ VƏ AZƏRBAYCAN

n

17/01/2011 DÜNYAVİLİK NƏDİR?

n

05/01/2011 HİCAB VƏ DÜNYAVİLİK

n

01/07/2010 AZƏRİ ÜÇBUCAĞI SINDIMI?

n

23/06/2010 "Ənənəvi müxalifət"lə iqtidarın böyük səhvi

n

17/05/2010 Müxalifət kimə arxalanmalıdır?

n

11/05/2010 Müxalifətin siyasi mübarizə motivləri

n

03/05/2010 Milli Məclisə seçkilər

n

08/04/2010 YENİ AZƏRİ DÖRDBUCAĞI

n

29/03/2010 İşğaldan 7 il sonra

n

09/03/2010 Türkiyə yol ayrıcında

n

03/12/2009 NATO və Azərbaycan

n

07/10/2009 Azərbaycan cəmiyyəti və qloballaşma

n

21/09/2009 Qarabağ problemi...

n

04/09/2009 Metyu Brayza kimdir?

n

20/08/2009 Qarabağ problemi və siyasi partiyalar

n

06/08/2009 İsrailin tarixçəsi

n

11/07/2009 Obama ABŞ-ın yox, İslamın dəyişməsinə eyham vurdu

n

22/05/2009 Kim uduzdu, kim uddu?

n

14/05/2009 "Gözün aydın" Amerika!
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.