Hacı Mövsüm yox. Doktor Mövsüm Səmədov. Azərbaycan
İslam Partiyasının sədri. Bu yaxınlarda mən də jurnalist kimi onların
məhkəməsini işıqlandırmaq üçün məhkəmədə idim. Hakim Eldar İsmayılov
məhkəmədə fasilə elan etdi. Məhkəmə binası qarşısında həmişə olduğu kimi
öz telefonumla qurdalanırdım. Bu zaman bir nəfər mənə yaxınlaşdı.
Gülümsəyərək dedi: "Bir neçə dəfə səni məhkəmədə görmüşəm. Sənə
bir şəkil göndərim onu işıqlandır."
Açığı
mənə qəribə gəldi ki, axı şəkili necə işıqlandırım. Nə isə göndər
dedim. Şəkilə işə gələndə baxdım. Öz-özümə dedim bu şəkilə bir neçə
cümlə cızma-qara etməsəm, ən azından jurnalistlik hissimə zidd addım
atmış olaram. Yazmağa başladım. Bunu əvvəldə qeyd edim ki, şəkil
Azərbaycan hakimiyyətinin daxili siyasətinin analoqsuz təcəssümüdür.
İndi görün nə qədər bu kimi körpələr hər gün həbsaxanaların,
məhkəmələrin qarşısında gözü yaşlı - daxilən nalə edirlər. Əlbəttə
söhbət cinayətkardan getmir. Siyasi əqidəsinin qurbanı olanlardan,
düşmən bostanına daş atıb, dəmir barmaqlıqlar arxasında olanlardan
gedir. Bu şəkilə baxdıqda məndə formalaşan ilk fikir idi. Çünki
hamımız bilirik ki, Doktor Mövsüm Səmədov, hakimiyyətin apardığı
müqayisəsiz daxili və xarici siyasəti tənqid etdiyi üçün həbs edilib. Bu
elə də "mühüm" deyil. Mənə elə gəlir bu gözü yaşlı qızcığaz tək deyil.
Ona yoldaşlıq edənlər çoxdur. Bu qızcığazın timsalında Arif Hacılı,
Tural Abbaslı, Abgül Süleymanov, Ramin Bayramov, Nemət Pənahlı, Şahin
Həsənli, Vidadi İsgəndərli, Fəxri İlyasov, Azər Cəbiyevin və.s saymaqla
qurtarmaz, övladları həbsxanalar önündə boynu büküklüdürlər. Təbii ki,
bu biz qəbullandığımız hazırki rejimin bəxş etdiyi "yüksək səviyyəli"
həyatın görünməyən tərəfidir. Yaşadıqlarımızda və çəkdiklərimizdə
qisməndə olsa, biz də günahkarıq. Yəqin nə demək istədiyimi hamımız
anladıq.
Amma fotoya 3D formatında
baxanda tamam başqa təəssüratlara qapılır insan. Sanki qızcığaz deyir
ki, axı atam can həkimi idi. O insanlara şəfa bəxş edirdi. Mənim atam
insalarlaın maariflənməsində əlindən gələni edirdi. Axı o məndən sevgi
və nəvazişi heç vaxt əskik etmirdi. İndi onsuz mənə yay gecələridə
soyuqdur. Çünki, onun isti nəfəsi üzərimdə deyil. Amma gecələr mənə
gəlib baş çəkir deyir "qızım narahat olma mənim sənin və cəmiyyətin
azadlığına az qalıb. Sənin bu acı dolu yaşadıqlarının tarixə
qovuşmasına az qalıb. Sənin timsalında olan balalarımız artıq həbsaxana
qarşısında "ata", - deyə sızıldamaycaq. Sizlər bundan sonra Azərbaycanın
gələcəyini təmin edəcəksiniz."
"Atacan
mən bu həbsaxanın qarşısında gözü yaşlı, qəlbi sınıq, əlim açıq şəkildə
sənin yolunu gözləyirəm. Gəl! Atacan, gəl əlimdən tut və məni yuxuda
dediyin azadlığa qovuşdur."
P.S.
Diqqətinizə çatdırım ki, Doktor Mövsüm Səmədov Azərbaycan hakimiyyətini
sərt tənqidi ilə yadda qalmışdı. Mövsüm bəy, sən demə həm də qayğıkeş
ata, istedadlı həkim, savadlı zabit və böyük dini alim imiş. Maraqlı
burasındadır ki, tanınmış müxalifət liderləri o cümlədən Əli Kərimli,
İsa Qəmbər Səmədovu dəstəkləyərək onun nəhz siyasi iradəsi və xalqın
müdafiəsinə qalxdığı üçün həbs olunduğunu bildirsələrdə, amma nədənsə
bir çox müxalifətə mənsub medialar həbsə atılan digər müxalif
dustaqlardan fərqləndirirlər.
