ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İSA QƏMBƏRİN MÜAVİNLƏRİ AZAD EDİLDİ | QARABAĞ BLOKUNDAN İCTİMAİ PALATAYA DƏSTƏK | NİCAT ƏLİYEVİN ANASI BAŞ PROKURORA MÜRACİƏT EDİB | YUNANISTANIN BÖHRAN TALEYİ | BMT TŞ ARTIQ TÜKƏNİB VƏ ÖZ TAPŞIRIQLARINI YERİNƏ YETRƏ BİLMİR | YAP RƏSMİSİ: "BİZ AYƏTULLAH XAMENEYİ İLƏ FƏXR EDİRİK" | İCTİMAİ PALATANIN AKSİYASINDAN VİDEOGÖRÜNTÜ | RÖVŞƏN AĞAYEV | BİLGƏH-NOVXANI-SUMQAYIT YOLUNUN ÇƏKİLİŞİNƏ BAŞLANILIB | JURNALİST ANAR BAYRAMLININ NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB |

Foto Xəbər
ƏRƏBSARANIN MÖHTƏŞƏM MƏNZƏRƏLƏRİ İNSANI HEYRAN EDİR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Rövşən Ağayev: "Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiym<

"NATO-nun AZƏRBAYCANI DƏSTƏKLƏMƏSİ MÜNAQİŞƏNİ HƏLL ETMƏYƏCƏK"

Elxan Şahinoğlu NATO-nun yekun bəyanatındakı bənddən danışdı

BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ

Cümə axşamı dərc olunan qəzetlərdən çıxarışlar

TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU

"Tədbirin əhəmiyyətindən daha çox onların müsbət obrazının cəmiyyətə təqdim olunması etik-siyasi baxımdan düzg

BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ

Əli Kərimli: "Bizim istəyimiz azad seçkilərə yiyələnmək, ölkəni idarə edən avtoritar rejimin demokratik sistemlə əvəz ol

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 

 
HƏYASIZ HƏYATIMIZ
22/08/2011 - 14:26

Emilya Tağıyeva
Görəsən abır nə olan şeydir ki, onu itirirlər?
Dünən avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi oldum. Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb, buna görə də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram, niyə avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı baxışlarından utanmayan "qadın", "gül" ağzını bir açdı ki, gəl görəsən. Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən?
Bəli, elə bir söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə qadınlıq qüruruna, nə də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20 il əvvəl belə hadisə baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı olacaqdı?
Abır, həya... İlk dəfə bu sözü mən uşaq olanda eşitdim. Məclisdən qayıdan nənəm dedi ki, filankəs lap abrını itirib, həyasızlaşıb. Mənə maraqlı gəldi ki, görəsən abır nə olan şeydir ki, onu itirirlər. Nənəmdən soruşanda bunları dedi: "Həya adamın pis söz və davranışlardan utanması və uzaq dayanmasıdır. İnsan, əsasən də qadın hər zaman öz ləyaqətini, abrını qorumalıdır". Axırda dedi ki, Allahdan diləyim budur ki, hamını bu bədbəxtlikdən qorusun. Mən o zaman yenə  başa düşə bilmədim ki, bədbəxtlik bunun harasındadır. Lakin böyüyə-böyüyə nənəm demiş, belə abırsız insanlar və onların gətirdiyi bədbəxtliklər daha çox qarşıma çıxmağa başladı. Biri də elə dünən. Nə isə...
Bu gün elə bir zəmanədə yaşayırıq ki, yad adamlar bir tərəfə, ata-balanı, bacı-qardaşı, dost-dostu öldürür, var-dövlətini əlindən alır, evindən çıxardır. Elə bir zəmanədə yaşayırıq ki, insanlar dünyaya övlad gətirməkdən qorxurlar. Bəs bu aqressivliyə səbəb nədir? Var-dövlət hərisliyimi, azad respublikada yaşamağımızmı, qərbə inteqrasiyamı, nədir bizi bir-birimizi incitməyə vadar eləyən, həyat şəraitini çətinləşdirən. Bəlkə bunları hamısı bir yerdə? Məsələnin dərinliyinə baxanda görürük ki, bütün problemlərin kökündə əslində abır-həyanı itirməyimiz durur. Çünki həya fərdi deyil, ictimai bir məsələdir.
Baxın, tək bir nəfər məmurun həyasızlığı nəticəsində nələr baş verir: Xaliqin bir kəlməsi ilə var olan torpaqda Onun Evinə yer tapılmır, dünyadakı bütün gözəlliyi bircə "Ol!" kəlməsi ilə var eləyən Yaradanın çağırışı olan "Azan"ın səsi batırılır, Onun əmrinin yerinə yetirən insanların başından hicabları açılır. Bu gün öz biliyindən əlavə, abırı, mərifəti ilə müəllimlərindən "afərin" almış hicablı qızın əvəzinə, dükandan adicə çörək alanda kalkulyatorla hesab əməliyyatı aparan, "şortik", "dekolte"  geyinən "gözəli" yüksək maaşla işə götürülür. 20 il əvvəl saçının qabağını "zayavka" elədiyi üçün dibindən kəsən qardaşın oğlu, bu gün qadınların çarşabını açır, yerlə sürüyür. Elm üçün Bağdada gedən babanın nəvəsi, bu gün Azərbaycanın ən saf, ən təmiz insanların timsalında hacı mövsümləri, vaqifləri, zülfüqarları... tutur.
Gör nə günə qalmışıq ki, abır-həya geridəqalmışlıq sayılır, belə insanlarla rastlaşdıqda da deyirlər ki, "rəhmətliyin oğlu, heç elə bil bu dünyanın adamı deyil". Necə də yanlış təsəvvürdür? Məgər abırlı olmaq bu dünyanın insanına xas olan bir xüsusiyyət deyilmi?
Axı Yaradan bizi bu dünyaya göndərib ki, axirətdə  əlimizdə azuqə olsun və bunu qazanmağın yollarından biri həyadır. Yazıqlar haradan bilsin? Dindən elə qaçırlar ki, elə bil oddan qaçırlar. Elə bilirlər ki, din onların azadlığını əlindən alır.
Ey azadlığı açıq-saçıq geyimdə, söyüşlərlə olan sözləri əyə-əyə danışmaqda, ata-anaya cavab qaytarmaqda, içki içməkdə, narkotik çəkmədə görən biçarə. Azadlığın elə İslamda olduğunu anlayacaqsınız. Amma onda gec olacaq. Çünki artıq dönüşü olmayan dərin bir bataqlıq girdabına yuvarlanmış olacaqsınız.
Bir düşün. Sən özünə hörmət eləməsən, başqası sənə necə hörmət eləyəcək? Əgər səndə sağlam fikir, inanc, həya duyğusu olmasa, nəfsinə və şeytanın pis təlqinlərinə necə qalib gələ bilərsən? Unutma ki, Allaha imanı möhkəm olan və həya duyğusunu itirməyən insan yaxşılıq və gözəlliklərə yönələr, bu dünya onun üçün cənnətə çevrilər. Əksinə, şeytana məğlub olana isə həyat cəhənnəmə çevrilər, bugünkü kimi hətta dünyaya uşaq gətirməkdən qorxar. Bütün bunlar mənim tövsiyələrim deyil. Zəmanəsindən bu günə kimi abrına-həyasına, ağlına görə düşmənlərinin belə hörmətlə yanaşdığı Əhli-beytin nəsihətləridir. Gəlin, doğru yola elə qədəmini atdığımız bu Qədr gecələrindən başlayaq.

Şərh et

Dosta göndər

Çap variantı
 

Şərhlər

FAKTXEBER
Cavad 03-11-2011, 19:00:00
Əgər yazının adını həyatsız həyatımız qoysadınız məncə pis olmazdı!
 
Elvin Qarayev 28-01-2012, 13:38:58
Emilya XANIM INANINKI MEQALELERINIZI OXUYURAM VE GOZ YASLARIMI SAXLAYA BILMIREM.SONUNACAN BELE OLUN
 
 

YAZARIN DİGƏR YAZILARI

n

28/04/2012 AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK

n

03/04/2012 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR

n

06/03/2012 UŞAQLARIMIZDA "QADAĞAN OLUNMUŞ MEYVƏ" SİNDROMU YARATMAYAQ

n

11/02/2012 İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!

n

30/11/2011 "İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ

n

22/08/2011 HƏYASIZ HƏYATIMIZ

n

09/12/2010 CƏHƏNNƏM YOLUNDA DOSTLUQ OLMUR

n

30/10/2010 PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI

n

09/08/2010 BİR GENERALIN OĞLU ÖLSƏ...

n

17/04/2010 MÜSİBƏT...

n

13/03/2010 Dilimizə sahib çıxaq

n

27/02/2010 YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ

n

25/01/2010 DÜRÜST OLA BİLİRİKMİ?

n

08/12/2009 YOXSULLUQ MÖHÜRÜ

n

07/11/2009 SƏDƏQƏ

n

17/10/2009 HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ

n

01/10/2009 SON PEŞMANLIQ...

n

12/09/2009 Oruc bala

n

05/09/2009 Ramazan ayının xüsusiyyətləri

n

18/07/2009 Gəncliyimiz - gələcəyimiz

n

04/07/2009 Keçmişdən ibrət almayan...

n

20/06/2009 Müsəlmanların eyiblərini araşdırmayın!

n

30/05/2009 Tətili təhsillə bəzəyək

n

22/05/2009 Kimə deyim dərdimi...

n

08/05/2009 İki aləm xanımlarının seyyidəsi
 
 


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
RÖVŞƏN AĞAYEV
"Taxılın istehsalı ciddi şəkildə azalıb, qiyməti artarsa təbii ki, ölkədə çörəyin qiyməti də bahalaşacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.